14 Fevral 2026 08:05
1465
SİYASƏT
A- A+
Azərbaycan məqsədlərinə doğru inamla irəliləyir

Azərbaycan məqsədlərinə doğru inamla irəliləyir


Prezident İlham Əliyevin ardıcıl, məqsədyönlü və milli maraqlara əsaslanan siyasi kursu nəticəsində Azərbaycanda böyük iqtisadi potensial formalaşıb, müasir dövlət və cəmiyyət quruculuğu təmin edilib, təhlükəsizlik, sosial rifah və ordumuzun gücləndirilməsi sahələrində mühüm nailiyyətlər əldə olunub. Bu siyasət ölkəmizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artırılmasını, Azərbaycanın regional və qlobal miqyasda strateji əhəmiyyətinin yüksəldilməsini təmin edib. 

Prezident-xalq birliyinə söykənən bu siyasət nəticəsində Azərbaycan müstəqillik tarixinin ən mürəkkəb çağırışlarını uğurla dəf edərək suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi. Şuşada, Ağdamda, Xankəndidə, Xocalıda, Cəbrayılda, Laçında, Kəlbəcərdə və digər tarixi torpaqlarımızda üçrəngli bayrağımız ucaldıldı. 2024-cü il fevralın 7-də keçirilmiş və xalqımız tərəfindən Zəfər seçkisi adını almış prezident seçkilərinin nəticələri isə xalqın Liderinə olan inamını, sevgisini aydın şəkildə göstərdi. 

"Bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir. Mən, bildiyiniz kimi, səsvermə prosesində Xankəndidə iştirak etmişdim. Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar.... Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi". İki il öncə andiçmə mərasimindəki nitqində möhtərəm Prezidentimizin səsləndirdiyi bu fikir, eyni zamanda ölkəmiz üçün tarixi zəfərlərlə zəngin mühüm dövrdən inkişafın yeni mərhələsinə keçidi xarakterizə edir. 

Müstəqilliyimizin ilk illərində Ermənistanın işğalçılıq siyasəti ilə üzləşən Azərbaycan təxminən 30 il ərzində böyük inkişaf yolu qət edərək, bütün sahələrdə mövqelərini gücləndirərək tarixi qələbəmizə doğru addım-addım irəlilədi. Vətən müharibəsi və antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyümüz və dövlət suverenliyimiz tam bərpa olundu. Dövlətimizin başçısı 2023-cü il oktyabrın 15-də - prezidentlik fəaliyyətinin 20-ci ilində Xankəndidə üçrəngli bayrağımızı ucaltdı, Azərbaycan ərazisində separatizmin kökü kəsildi. 

Gücünü xalqın dəstəyindən alan dövlət başçısının qətiyyətli rəhbərliyi ilə bu gün Azərbaycan inkişafının yeni mərhələsində inamla addımlayır. Vətən müharibəsində qazanılan tarixi Zəfərimiz regionda yeni reallıqlar yaradaraq, qlobal əməkdaşlıq üçün geniş imkanlar açıb, Azərbaycanın irəli sürdüyü sülh gündəliyi beynəlxalq ictimaiyyət tərəfindən də qəbul olunub. 

Azərbaycanın iqtisadi qüdrətinin, milli həmrəyliyinin təzahürü kimi Qarabağ və Şərqi Zəngəzurda geniş vüsət alan bərpa və yenidənqurma işləri xalqımızın quruculuq əzmini bütün dünyaya nümayiş etdirir. Doğma torpaqlarımızda 70 mindən çox insan böyük qürur hissi ilə yaşayır, çalışır və ya təhsil alır.  

Bu gün azad torpaqlarımız artıq mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilir. İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Sammitinin, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün, Türkiyə-Azərbaycan-Pakistan liderlərinin üçtərəfli görüşünün azad və çiçəklənən Qarabağda və Şərqi Zəngəzurda keçirilməsi, çoxsaylı dövlət və hökumət başçılarının tarixi torpaqlarımıza səfərləri Azərbaycanın siyasi, diplomatik və geostrateji uğurlarının rəmzidir.  

Regional və qlobal əhəmiyyətli layihələrin təşəbbüskarı və iştirakçısı kimi Azərbaycan bu gün qlobal enerji təhlükəsizliyinin etibarlı təminatçılarından birinə çevrilib. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi enerji strategiyası Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun olaraq, təkmilləşdirilir. Bu gün Azərbaycan dünyanın 16 ölkəsinə qaz ixrac edir. Müxtəlif ölkələrdə həyata keçirilən layihələrdə uğurla iştirak edir.

 Eyni zamanda aparılan fəal siyasi dialoqlar, qurulan əməkdaşlıqlar, icra olunan nəhəng layihələr ölkəmizin regionda əsas tranzit və logistika mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir. Bu gün regionumuzda yeni əməkdaşlıq üçün yaxşı imkanlar yaranıb. Məhz Azərbaycanın təşəbbüsü ilə Ermənistanla sülhün və sabitliyin bərqərar olması regionu xarici investorlar üçün daha da cəlbedici edir.

Beləliklə, Zəfər seçkisində öz Liderinə sarsılmaz inamını bir daha ifadə edən Azərbaycan xalqı milli həmrəylik ruhunda yeni hədəflərə doğru inamla irəliləyir. Xalqın güclü siyasi iradəsi və dəstəyi ölkəmizin qarşısında duran strateji vəzifələrin ardıcıl və qətiyyətlə həyata keçirilməsinə möhkəm zəmin yaradır. 


Şahin İSMAYILOV,

Milli Məclisin Gənclər və idman komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağ Ev: İranla danışıqlar davam edir

22:53
15 Aprel

Ekspert: Rusiya və Azərbaycan qarşılıqlı münasibətlərdə dostluq formatına qayıdıblar  

22:52
15 Aprel

Ərdoğan: Faciəvi hadisələr siyasi polemika mövzusu ola bilməz

22:51
15 Aprel

“Axios”: ABŞ və İran çərçivə sazişinə yaxınlaşırlar

22:49
15 Aprel

Peskov: İranın dinc nüvə energetikasından qeyd-şərtsiz istifadə etmək hüququ olmalıdır

22:47
15 Aprel

Azərbaycanla ABŞ arasında enerji sektorunda əməkdaşlıq üçün geniş perspektivlər var  

22:46
15 Aprel

Nəqliyyat dəhlizlərində yük daşımalarında dəyişiklik: avtomobil daşımaları artıb

20:34
15 Aprel

   Bakı - Tbilisi - Ərzurum kəməri ilə qaz nəqli artıb

20:21
15 Aprel

Türkiyə Daxili İşlər Nazirliyi: Kahramanmaraşda ölənlərin sayı 9-a çatıb – YENİLƏNİB 3

20:17
15 Aprel

Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılacaq  

20:15
15 Aprel

Milli Məclisin sədri: Daha bir qlobal tədbirə ev sahibliyi etməsi Azərbaycana olan etimadın növbəti təzahürüdür  

20:14
15 Aprel

Sahibə Qafarova: Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi beynəlxalq rolunu daha da gücləndirib  

20:14
15 Aprel

Dünyada su qıtlığı artır

20:14
15 Aprel

“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər nəzərdən keçirilib  

20:13
15 Aprel

Azərbaycanda həyata keçirilən prioritet sahələr üzrə təşəbbüslərdə ABŞ şirkətlərinin iştirakı müzakirə olunub  

20:12
15 Aprel

İdeoloji xətt və gələcəyə baxış: YAP-da dövlət siyasətinin prioritetləri mövzusunda müzakirə  

20:11
15 Aprel

Armands Krauze: Şuşa görüşü Latviya ilə Azərbaycan arasında gələcək əməkdaşlıq baxımından çox vacibdir  

20:09
15 Aprel

 Oğuzda sahibkarlıq mühiti müzakirə olundu: yeni imkanlar və inkişaf yolları

20:03
15 Aprel

İranda "ictimai təhlükəsizliyi pozmaq" ittihamı ilə 31 nəfər saxlanılıb

19:54
15 Aprel

Ət yemək insanlarda demensiya riskini azalda bilər

19:43
15 Aprel

Mayelərin bərk maddələr kimi “partlaya” bildiyi aşkarlanıb

19:31
15 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!