14 Fevral 2026 08:10
262
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atır

Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atır


2024-cü il fevralın 7-də ilk dəfə müstəqil həyatımızda bütün ərazilərimizdə Zəfər seçkiləri keçirildi və Müzəffər Ali Baş Komandan İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Fevralın 14-də keçirilən andiçmə mərasimində isə cənab İlham Əliyev qarşıdakı dövrün əsas prioritetlərini açıqladı. Bununla da Azərbaycanın dünyadakı nüfuzunun daha da möhkəmlənməsi prosesi sürətləndi. Azərbaycan son illər sülh, sabitlik və əmin-amanlığın təminatına ciddi töhfə verməklə regional siyasətin formalaşdırılmasında mühüm rol oynayan dövlətə çevrilib. Bu, Prezident İlham Əliyevin zəngin liderlik bacarığı, praqmatik xarici siyasətinin nəticəsidir. 

Həqiqətən bugünkü mürəkkəb geosiyasi şəraitdə liderlik əsas faktordur, çünki xaos, vətəndaş qarşıdurması baş verən dövlətlərə diqqət yetirdikdə problemin kökündə dayanan əsas səbəbin normal siyasi lider çatışmazlığı olduğunu görürük. Dövlət başçısı zəif olduqda, öz dövlətini, xalqını müdafiə edə bilmədikdə, böyük güclərin əlində marionetə çevrildikdə xalqlar çox böyük faciələrlə üzləşir. İstər Cənubi Qafqazda, istər postsovet məkanında, eləcə də digər regionlarda biz belə neqativ nümunələrə rast gəlirik. Eyni zamanda liderlərin hakimiyyətə gələrkən verdikləri vədləri yerinə yetirməsi də olduqca vacibdir. Dövlətimizin başçısı hər zaman bəyan edir ki, xalqa yalan vədlər verməyin sonu yoxdur. Əsas uğur verilən vədlərin yerinə yetirilməsi ilə bağlıdır.  

2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atır. Ötən dövrdə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin etmiş, ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, dünyada strateji əhəmiyyəti artmışdır. İqtisadi gücünü, siyasi nüfuzunu, hərbi qüdrətini artıran, beynəlxalq mövqeyini möhkəmləndirən Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa etməklə regionun lideri, eyni zamanda qlobal aktor kimi qəbul olunur. 

Son 2 il isə Azərbaycan üçün həm daxili inkişaf, həm də beynəlxalq mövqelərin möhkəmləndirilməsi baxımından mühüm mərhələ kimi xarakterizə olunur. Dövlət idarəçiliyində islahatların davamı, regional diplomatiyada fəallıq və iqtisadi sabitliyin qorunması ötən dövrün əsas istiqamətlərini təşkil edib.

Azərbaycanın xarici siyasətində prioritetlərdən biri regionda davamlı sülhün təmin edilməsidir. Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan praktik addımlar Cənubi Qafqazda yeni siyasi konfiqurasiyanın formalaşmasına zəmin yaradıb, bölgədə sabitlik perspektivlərini gücləndirib. Belə ki, 2025-ci ilin avqustunda Azərbaycan və Ermənistan liderləri, şahid qismində ABŞ Prezidenti Donald Trampın da iştirakı ilə Birgə Bəyannamə imzalanıb. Sənəddə Ermənistan ərazisində xüsusi bağlantı layihəsi - "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun həyata keçirilməsi təsbit olunub. Bu müddəa Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur. Həmçinin "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsi paraflanıb və rəsmi Bakının haqlı tələbinə uyğun olaraq, ATƏT-in Minsk prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu imzalanıb. 2025-ci il dekabrın 1-də isə Minsk prosesi və onun əlaqədar strukturlarının bağlanması yekunlaşıb. Məhz cənab Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər və diplomatik addımlar regional sabitliyin təmin olunması baxımından həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə yüksək qiymətləndirilir.

Sülh təşəbbüsləri yalnız iki ölkə arasında münasibətlərin normallaşdırılması ilə məhdudlaşmır. Kommunikasiyaların açılması, nəqliyyat və iqtisadi əlaqələrin genişlənməsi Cənubi Qafqazı tranzit və əməkdaşlıq məkanına çevirmək potensialına malikdir. Bu isə həm regional dövlətlər, həm də daha geniş Avrasiya məkanı üçün yeni imkanlar yaradır. Qlobal sülh gündəliyində Azərbaycanın artan rolu fonunda Prezident İlham Əliyevin Misirdə keçirilən Sülh konfransında iştirakı, həmçinin Azərbaycanın beynəlxalq Sülh Şurasına üzv seçilməsi və dövlət başçısının "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi eyni siyasi xəttin - qlobal sülh, dialoq və multikultural dəyərlərin təşviqi siyasətinin məntiqi davamı kimi qiymətləndirilə bilər.

Azərbaycan, eyni zamanda ABŞ, Çin başda olmaqla, dünyanın aparıcı güc mərkəzləri ilə imzalanmış strateji tərəfdaşlıq formatında çalışır. Rəsmi Bakı Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, D-8 və digər beynəlxalq platformalarda fəallığını artıraraq çoxtərəfli diplomatiyada mövqelərini möhkəmləndirib.

Ötən iki ilin ən mühüm hadisələrindən biri Azərbaycanın beynəlxalq iqlim gündəliyində aparıcı rol oynaması oldu. COP29 kimi qlobal əhəmiyyətli tədbirə evsahibliyi ölkəmizin diplomatik potensialını və təşkilatçılıq imkanlarını nümayiş etdirdi. Bu, Azərbaycanın təkcə enerji ixracatçısı deyil, həm də "yaşıl enerji" keçidində məsuliyyətli tərəfdaş kimi çıxış etdiyini göstərdi. Eyni zamanda Orta dəhliz çərçivəsində tranzit imkanlarının genişlənməsi Azərbaycanın Avropa ilə Asiya arasında strateji körpü rolunu daha da gücləndirdi.

Qlobal iqtisadi çağırışlara baxmayaraq, ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılıb. Qeyri-neft sektorunun inkişafı, rəqəmsallaşma və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində addımlar davam etdirilib. Sosial sahədə əməkhaqqı və pensiyaların artırılması, sosial müavinətlərin genişləndirilməsi və həssas qruplara dəstək proqramları əhalinin rifah səviyyəsinin yüksəldilməsinə xidmət edib. Rəqəmsal dövlət xidmətlərinin genişlənməsi isə vətəndaşların gündəlik həyatını daha rahat və əlçatan edib.

İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri son iki ildə daha geniş vüsət alıb. Yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun qurulması, məktəb və xəstəxanaların istifadəyə verilməsi Böyük qayıdış proqramının mərhələli şəkildə uğurla icra olunduğunu göstərir. Həyata keçirilən layihələr regionun iqtisadi və sosial reinteqrasiyasına təkan verir.

Azərbaycan ənənəvi enerji ixracatçısı olmaqla yanaşı, alternativ və bərpaolunan enerji mənbələrinə sərmayəni artırır. Günəş və külək enerjisi layihələri, xüsusilə Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda "yaşıl enerji zonaları" ölkənin uzunmüddətli enerji strategiyasının mühüm hissəsinə çevrilib.

Prezident İlham Əliyevin andiçmə mərasimindən ötən iki il Azərbaycan üçün sabitlik, diplomatik fəallıq və inkişaf kursunun davamı ilə xarakterizə olunur. Regional sülh təşəbbüsləri, beynəlxalq nüfuzun artması, sosial rifahın gücləndirilməsi və azad edilmiş ərazilərdə aparılan quruculuq işləri bu dövrün əsas istiqamətləridir.


Könül NURULLAYEVA,

Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Münxendə Bundestaqın xarici siyasət komitəsinin sədri ilə görüşüb

13:21
14 Fevral

Sabahın hava proqnozu: paytaxtda yağış, rayonlarda duman olacaq

13:19
14 Fevral

DİN sutka ərzində törədilən 72 cinayətin üstünü açıb: 150-dən çox şəxs saxlanılıb

12:52
14 Fevral

Azərbaycan regional gündəliyi formalaşdıran və şərtləri müəyyən edən dövlətdir

12:47
14 Fevral

Prezident: Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil  

10:54
14 Fevral

Ukraynanın enerji infrastrukturuna hücumlar əhali üçün ağır nəticələrə səbəb olub  

10:48
14 Fevral

Prezident İlham Əliyev “France 24”ə qanunsuz separatçı rejimin liderlərinə verilən cəzadan danışdı  

10:18
14 Fevral

Azərbaycan Prezidenti: Normallaşma prosesi uğurla irəliləyir

10:17
14 Fevral

Parisdə jandarmlara hücum edən şəxs güllələnib  

10:11
14 Fevral

Aktyor, rejissor, ssenarist

09:55
14 Fevral

Multikultural ruhu özündə yaşadan Molokan Mərkəzi

09:50
14 Fevral

Əli Vəliyev - hər zamanın yazıçısı

09:45
14 Fevral

Qara bax, qara...

09:40
14 Fevral

Naftalanda "Şəhərsalma və Memarlıq İli" çərçivəsində tədbir keçirilmişdir

09:35
14 Fevral

Neftçalada yazlıq və çoxillik əkinlərinin bəyan edilməsinə dair maarifləndirici tədbir olub

09:30
14 Fevral

Burzubənd artıq ucqar dağ kəndi sayılmır

09:25
14 Fevral

Qazaxın işğaldan azad olunmuş kəndlərinin sakinləri tezliklə doğma ocaqlarına dönəcəklər

09:20
14 Fevral

Paşinyanın sülh sınağı

09:15
14 Fevral

Prezident İlham Əliyev: Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq  

09:13
14 Fevral

Bakıdakı Zəfər parkından Bolqarıstandakı Şuşa parkına

09:10
14 Fevral

"Şəfəq"dən Macarıstan şirkətinə də pay düşdü

09:05
14 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!