27 May 2023 10:05
677
İQTİSADİYYAT
A- A+
ÜDM-də rekord göstərici

ÜDM-də rekord göstərici

 

Ötən il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) həcmi 100 milyard manatı ötüb. Bu göstərici ölkə tarixində ilk dəfə qeydə alınıb. İqtisadi fəallığın kəskin yüksəlməsinə təsir göstərən əsas səbəb isə qeyri-neft-qaz sektorunun inkişafı olub. 
Mövzu ilə bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrəndik. Onların sözlərinə görə, bu, bir daha Azərbaycanda makroiqtisadi sabitliyə nail olunduğunu sübut edir.

 

İqtisadi artım tempi qorunur

 

Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirib ki, ötən il iqtisadi fəallıqda müşahidə edilən artım ÜDM-in də yüksəlməsinə səbəb olub: "Ölkədə pandemiyadan sonrakı dövrdə iqtisadi artım tempini qoruyub saxlaya bilmişik. Bu, xoşagələn haldır. İqtisadi artımı təmin etməklə birbaşa ÜDM-in də həcminin artmasına nail ola bilmişik. Eyni zamanda ötən ildə neftin və qazın qiymətləri də yüksək olub. Bununla yanaşı, qeyri-neft-qaz sektorunda yüksək fəallıq müşahidə edilib".
Deputatın sözlərinə görə, təcrübə göstərir ki, investisiya həyata keçirən ölkələr həm ÜDM-in artımına, həm də iqtisadi artıma nail olurlar: "Ölkəmizdə də investisiyaların həcmi artır, işğaldan azad olunmuş ərazilərimizə investisiya yatırılır. Dövlət büdcəsindən Qarabağ və Şərqi Zəngəzura indiyə qədər 6,6 milyard dollar cəlb edilib. Bu göstərici durmadan artır. Həmin vəsaitlər işğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa və minalardan təmizlənmə ilə bağlı işlərə, böyük infrastruktur layihələrinə ayrılıb. 
Rüfət Quliyev deyib ki, mavi qazın ixracının 12-13 milyard kubmetri keçməsi də əhəmiyyətli işdir: "Bu artımın özü də ÜDM-in artmasına birbaşa təsir göstərir. Həmçinin qeyri-neft sektorunun, kiçik və orta sahibkarlığın inkişafı da göz önündədir. Bu onu göstərir ki, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. İqtisadi artım tempinin qorunması və vətəndaşların sosial rifah halının yüksəlməsi uğurlu siyasətin bariz nümunəsidir". 

 

Növbəti illərdə də artım  proqnozlaşdırılır

 

Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib ki, iqtisadi artıma yalnız neft sektoru deyil, həmçinin qeyri-neft sektorunun inkişafı da ciddi təsir göstərir: "2022-ci ildə neftin qiyməti yüksək olub, həmçinin mavi qazdan əldə olunan gəlirimiz də artıb. Nəticədə neft və qaz gəlirləri ÜDM-in də artımına təkan verib".
Deputatın sözlərinə görə, ÜDM-də müşahidə edilən kəskin artımın əsas səbəbi qeyri-neft sektorundan əldə edilən gəlirlərin artmasıdır: "Ötən il qeyri-neft sektorundakı artım faiz etibarilə neft sektorundakından təxminən iki dəfə çox olub. Neft və qaz gəlirlərinin ÜDM-ə təsir göstərən əsas faktorlar olmasına baxmayaraq, 2022-ci ildə məhz qeyri-neft sahəsinin inkişafı da birmənalı şəkildə ÜDM-də kəskin artımın yaranmasına gətirib çıxarıb. Beləliklə ölkə tarixində ilk dəfə ÜDM-nin həcmi 100 milyard manatı ötüb. Proqnozlara əsasən, Azərbaycanda ÜDM-in növbəti illərdə də artımını müşahidə edəcəyik".

Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!