15 Iyun 2024 15:57
352
SİYASƏT
A- A+

Türkiyənin nazirləri Azərbaycan rəhbərliyini və xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik ediblər

 

Türkiyənin nazirləri Azərbaycan rəhbərliyinin və xalqını 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik ediblər.

AZƏRTAC xəbər verir ki, Türkiyə hökuməti üzvlərinin sosial şəbəkələrdəki səhifələrində yerləşdirdikləri paylaşımlarda iki ölkənin qardaşlıq və dostluğunun sarsılmazlığına xüsusi diqqət yetirilir, Azərbaycanın gələcək uğurlarına inam ifadə olunur.

Türkiyənin xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömer Polat, ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu qardaş Azərbaycana təbriklərini çatdırıblar.

Nazirlər iki qardaş ölkənin Bayraqlarının fotoşəkillərini paylaşıb, Ulu Öndər Heydər Əliyevin məşhur “Bir millət, iki dövlət” kəlamının mənasını xüsusi vurğulayıblar.

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbərinin təbrik mesajında Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ildönümünə də istinad olunur. Nazir Azərbaycan və Türkiyənin birlik və həmrəyliyinin bundan sonra da regionda sülhün və təhlükəsizliyin təminatçısı olacağına əminliyini ifadə edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video