11 Noyabr 2025 15:09
708
SİYASƏT
A- A+
Türkiyəli professor: Yeni layihələr Azərbaycanın Avrasiya nəqliyyat sistemindəki mərkəzi rolunu daha da möhkəmləndirir  

Türkiyəli professor: Yeni layihələr Azərbaycanın Avrasiya nəqliyyat sistemindəki mərkəzi rolunu daha da möhkəmləndirir  


Hər bir nəqliyyat dəhlizi təkcə texniki marşrut deyil, eyni zamanda fərqli geosiyasi oxları təmsil edən strateji güc vasitəsidir. Bu kontekstdə Şimal-Cənub nəqliyyat dəhlizi Orta və Zəngəzur dəhlizləri kimi Şərq–Qərb istiqamətli layihələri tamamlayıcı xarakter daşıyır və Azərbaycanın Avrasiya nəqliyyat sistemindəki mərkəzi rolunu daha da möhkəmləndirir. Son dövrlərdə Bakıda Azərbaycanın və Rusiyanın baş nazir müavinləri ilə İranın nəqliyyat naziri arasında keçirilən görüşlər dəhlizin texniki, hüquqi və maliyyə aspektlərinin yetkinləşdiyini göstərir. Bu xətt Hind okeanından Baltik limanlarınadək ən qısa və iqtisadi əlaqəni təmin etməklə Azərbaycanı Avrasiya logistikasında mərkəzi tranzit ölkəyə çevirir. İstiqamətləri və ticarət axınları fərqli olduğuna görə, Şimal-Cənub nəqliyyat dəhlizi ilə Orta Dəhliz bir-birinə rəqib deyil, əksinə, bir-birini tamamlayan iki əsas Avrasiya xəttidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Uludağ Universitetinin professoru, iqtisadçı, Türk dünyası üzrə mütəxəssis Mehmet Yüce söyləyib.

O, Şimal-Cənub nəqliyyat dəhlizinin xüsusilə Hindistan üçün vacib fürsət yaratdığını qeyd edib. Professor bunun səbəbini isə dəhlizin Hind okeanından Rusiyaya və Avropaya uzanan yeni ticarət xəttinin qurulmasının mümkünlüyü kimi dəyərləndirib: “Lakin Azərbaycan Hindistanın Ermənistanı silahlandırması, Modi hökumətinin islamofob siyasəti və Bakıya qarşı diplomatik mövqeyi kimi amilləri nəzərə alaraq, Hindistanın dəhlizdəki rolunu “strateji seçim” deyil, “şərtli və riskli tərəfdaşlıq” kimi qiymətləndirir. Bu səbəbdən, Azərbaycanın Hindistanı dəhlizdən kənarlaşdırmaq potensialına malik olması, güc siyasətinin klassik elementi olan “seçici iştirak” və “strateji veto” mexanizminin təzahürüdür”.

O, bildirib ki, Hindistanın Azərbaycana qarşı sərt siyasəti, onun Cənubi Qafqazda təsirini zəiflədir, bu ölkəni həm Xəzər regionundakı proseslərdən, həm də Türk dünyasında formalaşan yeni əməkdaşlıq və ittifaq quruluşlarından uzaqlaşdırır. Əvəzində Azərbaycan–Türkiyə–Pakistan üçtərəfli əməkdaşlığı regional infrastruktur səviyyəsində yeni bir təhlükəsizlik kompleksi formalaşdıraraq Hindistanın bölgədəki manevr imkanlarını daha da məhdudlaşdırır. Pakistanın Ermənistanla diplomatik təmaslara başlaması belə, Hindistanın bölgədə getdikcə daha az təsirli aktor kimi qəbul olunduğunu göstərir.

Beynəlxalq münasibətlər nəzəriyyəsinə əsasən, regional güclər təhlükəsizlik və təsir sahələrini genişləndirmək üçün elastik ittifaqlar qurur, rəqib aktorları isə istisnaedici strategiyalarla çevrələyir və ya marjinallaşdırır. Bu gün Cənubi Qafqazda bu çevrələmə davranışının əsas hədəfi Hindistandır.

“Nəticə etibarilə Zəngəzur və Şimal-Cənub nəqliyyat dəhlizi kimi layihələr sadəcə texniki infrastruktur sərmayələri deyil, həm də regional güc arxitekturasını müəyyən edən strateji sistemqurucu alətlərdir. Hindistan–İran–Ermənistan üçlüyü formalaşdırdığı xəttlə, Azərbaycan–Türkiyə–Pakistan ittifaqının yüksəlişi qarşısında getdikcə müdafiəçi mövqeyə çəkilir. Türk dünyası mərkəzli inteqrasiya layihələri isə Cənubi Qafqazda güc bölgüsünü yenidən müəyyən edən yeni bir geosiyasi tarazlıq formalaşdırır. Bu baxımdan, Hindistanın prosesdən kənarlaşdırılması təkcə Azərbaycanın reaksiya xarakterli addımı deyil, regional ittifaq siyasətinin təbii nəticəsidir”-deyə Mehmet Yüce fikirlərini tamamlayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada hibrid qatar idarəetmə modeli hazırlanıb  

20:46
13 Oktyabr

Alimlər adi buzdan 10 dəfə möhkəm yeni material hazırlayıblar  

20:17
13 Oktyabr

Azərbaycan–Kamboca münasibətlərinin inkişafı daha da sürətlənəcək  

19:52
13 Oktyabr

İspaniyada neandertallara aid taxta alətlərin izləri aşkar edilib  

19:45
13 Oktyabr

  Papa XIV Lev əməliyyata hazırlanır

19:35
13 Oktyabr

Laos Prezidenti Milli Məclisdə olub  

19:28
13 Oktyabr

Kosmetik vasitələrin gözlərdə ciddi zədələnmələrə səbəb olduğu üzə çıxıb   

19:18
13 Oktyabr

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

19:03
13 Oktyabr

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

18:53
13 Oktyabr

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi inteqrasiya genişlənir  

18:42
13 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb  

18:31
13 Oktyabr

Kredit tarixçəsi olmayanlara da şans  

18:30
13 Oktyabr

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

18:19
13 Oktyabr

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub  

18:17
13 Oktyabr

Alimlər hüceyrələrin cavanlaşdırılmasına nail olublar  

18:13
13 Oktyabr

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb  

18:07
13 Oktyabr

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib  

18:01
13 Oktyabr

İqtisadi Şuranın növbəti iclası olub

17:58
13 Oktyabr

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

17:56
13 Oktyabr

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

17:56
13 Oktyabr

Panamada 6 maqnitudalı zəlzələ baş verib  

17:52
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!