22 Avqust 2024 17:11
110
CƏMİYYƏT
A- A+

Türkiyədən olan şəhid övladları: Azərbaycanlı qardaş-bacılarımızla bir arada olmaqdan çox məmnunuq

 

“YAŞAT” Fondu Naxçıvanda Azərbaycan və Türkiyədən olan şəhid övladları üçün "Yay düşərgəsi" təşkil edib. Düşərgədə 44 şəhid övladı iştirak edir ki, onlardan 9-u Türkiyədən dəvət olunub. Qardaş ölkədən gələnlər arasında şəhid Şükrü Çakarın qızı Nehir Çakar və şəhid Yusuf Arslanın oğlu Burak Arslan da var.

AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı onlarla söhbət edib, ilkin təəssüratlarını öyrənib.

Naxçıvanda təşkil olunan “Yay düşərgəsi”nə Türkiyənin Antalya şəhərindən qatılan Nehir və Burak deyirlər ki, hava limanına enəndən bəri azərbaycanlı qardaş-bacıları onları böyük qonaqpərvərliklər qarşılayıblar. Elə ilk andan dostluğumuzun, qardaşlığımızın necə möhkəm olduğunu hiss ediblər.

Şəhid övladları Naxçıvana ilk dəfədir gəlirlər və azərbaycanlı qardaş-bacıları ilə bir arada olmaqdan çox məmnundurlar. “Bu düşərgədə iştirak edənlərin hər birinin atası Vətənin azadlığı, bütövlüyü uğrunda şəhid olub. Valideynimizin dünyadan köçməsi ağır olsa da, şəhid övladı olmaq çox qürurvericidir. Düşərgə vasitəsilə azərbaycanlı həmyaşıdlarımızla tanış olmaq fürsətimiz yaranıb, bir-birimizə atalarımızın döyüş yolundan, qəhrəmanlığından söhbət açacağıq. Buna görə çox gözəl duyğu içərisindəyik. Azərbaycanlı dostlarımız eyni candan, eyni qandan olduğumuzu bizə hiss etdirirlər. Yeni dostluqlar qazanırıq. Buna görə çox şadıq. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik”, - deyə Nehir əlavə edib.

“Türkiyə və Azərbaycan olaraq Ulu Öndərlərimiz Mustafa Kamal Atatürk və Heydər Əliyevin yolu ilə gedirik”, - deyən Burak isə bildirib ki, “Yay düşərgəsi” həm də dostluq, qardaşlıq nümunəsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video