08 Sentyabr 2022 00:22
466
Mədəniyyət
A- A+
Türkiyədə keçirilən mədəniyyət və incəsənət festivalında respublikamızı Şirvan şəhərinin nümayəndələri təmsil ediblər

Türkiyədə keçirilən mədəniyyət və incəsənət festivalında respublikamızı Şirvan şəhərinin nümayəndələri təmsil ediblər

 

Ankara şəhəri Etimesgut Bələdiyyəsi türk dünyasında qardaşlıq, birlik və mədəni əlaqələri inkişaf etdirmək, ortaq türk mədəniyyətini dünyaya tanıtmaq məqsədilə 26 avqust - 4 sentyabr tarixlərində türkdilli dövlətləri təmsil edən mədəniyyət nümayəndələrinin iştirakı ilə "Beynəlxalq Anadolu Günləri 24" adlı Mədəniyyət və İncəsənət Festivalı təşkil edib.
Türkiyənin Ankara Etimesgut Bələdiyyəsi ilə Azərbaycan Respublikasının Şirvan Şəhər Bələdiyyəsi 2011-ci il iyul ayından etibarən qardaşlaşmış bələdiyyələr olaraq möhkəm əlaqələr qurmuşdur. Bu qardaşlığın davamı olaraq hər il olduğu kimi, bu il də festivalın sonuncu günü keçirilən Azərbaycan gecəsində Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan Şəhər Bələdiyyəsi və mədəniyyət işçilərindən ibarət olan nümayəndə heyəti iştirak edib. Şəhərin mədəniyyət işçiləri milli mədəniyyətimizi əks etdirən xalq rəqsləri, xalq mahnılarından ibarət rəngarəng proqramla çıxış ediblər. Festivalda nümayəndə heyətimiz tərəfindən milli atributlarımızı özündə əks etdirən eksponatlar və milli mətbəx nümunələrimiz nümayiş olunub.
Ankara şəhəri Etimesgut Bələdiyyəsinin sədri Ənvər Dəmirəl festivalın məqsədinin türk millətinin birliyini, həmrəyliyini və qardaşlığını möhkəmləndirmək olduğunu və türk coğrafiyasında icmaların mədəniyyətini və sənətini yaşatmaq istədiklərini bildirib.
Festivalda Azərbaycan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov çıxış edərək Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamının yaşadığını və hər iki dövlət tərəfindən bu dostluğa və qardaşlığa dəyər verildiyini vurğulayıblar. Azərbaycan-Türkiyə münasibətlərini ən yüksək formada davam etdirdiyinə, bu il də Azərbaycan nümayəndə heyətinin iştirakına şərait yaratdığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Ölkəmizdə aparılan qurucluq işlərindən, keçirilən beynəlxalq miqyaslı tədbirlərdən bəhs edərək bu cür tədbirlərin keçirilməsinin ölkələrarası mədəni əlaqələrin daha da inkişaf etməsində  mühüm əhəmiyyəti olduğunu nəzərə çarpdırıblar. Yerli bələdiyyə başkanına onlara göstərilən doğma münasibətə görə təşəkkürlərini bildiriblər və hər bir azərbaycanlının qəlbində xüsusi yeri olan "Qarabağ" xalçasını Ənvər Dəmirələ təqdim ediblər. 
Ankara Etimesgut Bələdiyyə Başkanı Ənvər Dəmirəl bu əlaqələrin daha da dərinləşməsini arzulamış və simvolik olaraq nümayəndə heyətinə hədiyyələrini təqdim etmişdir.

Seyran CAVADOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!