03 Oktyabr 2026 23:18
1681
CƏMİYYƏT
A- A+
Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Texnofest-Cənub-Şərq” festivalının keçirildiyi Şanlıurfaya səfəri çərçivəsində Azərbaycan bulvarında yeni körpülü yol qovşağının açılışını edib.

Mərasimdə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və Azərbaycanın Ankaradakı səfiri Rəşad Aslanov iştirak ediblər.

Yeni körpülü yol qovşağı şəhərin nəqliyyat sisteminə düşən yükü əhəmiyyətli dərəcədə azaldacaq, şəhər mərkəzi ilə GAP hava limanı arasındakı yolun müddətini qısaldacaq.

Azərbaycan bulvarı Şanlıurfada 2 min çarpayılıq yeni şəhər xəstəxanasına aparır.

AZƏRTAC-ın müxbiri Türkiyənin bir milyon əhalisi olan şəhərinin ən müasir nəqliyyat arteriyalarından biri hesab edilən Azərbaycan bulvarında olub.

Şəhər sakinləri, bələdiyyə strukturlarının əməkdaşları və yol polisi əməkdaşları infrastrukturun fəal inkişaf etdirilməsindən məmnunluqlarını ifadə edərək, yeni körpülü yol qovşağının Şanlıurfa ilə Diyarbəkir arasında nəqliyyat əlaqəsinin asanlaşdırılması baxımından əhəmiyyətini vurğulayıblar.

Yeni yolötürücüsünün uzunluğu 200 metr, yerdən hündürlüyü 5,75 metr, hərəkət zolağının eni isə 7,5 metrdir. Qovşağın tikintisi 2023-cü ildən davam edib.

Şanlıurfa bələdiyyəsi gələcəkdə körpülü yol qovşağı boyunca tramvay xəttinin çəkilməsini planlaşdırır.

Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Kasım Gülpınar AZƏRTAC-a müsahibəsində Azərbaycan bulvarının mövcudluğunun Türkiyənin cənub-şərqində yaşayan vətəndaşların ölkəmizlə əlaqələrinin möhkəmləndirilməsi baxımından da əhəmiyyətini vurğulayıb.

“Azərbaycan bulvarı böyük simvolik əhəmiyyət daşıyır. Bu, “Bir millət, iki dövlət” kəlamı fonunda Azərbaycanla birliyimizi bir daha xatırladır”, – deyə o, ölkəmizlə əlaqələrin gələcəkdə də inkişaf etdirilməsinə hazır olduqlarını vurğulayıb.

Bələdiyyə sədri “Türkiyə və Azərbaycan Sahibkarları və Sənayeçiləri” İctimai Birliyinin (TÜİB) fəaliyyətini yüksək qiymətləndirərək, ölkəmizin işgüzar dairələrinin nümayəndələrini tezliklə Şanlıurfaya səfər etməyə çağırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqavilə təsdiqlənib  

13:37
03 Noyabr

Elektromobillərin şarj edilməsi 6 dəqiqə çəkəcək: Çin şirkəti müvafiq danışıqlar aparır  

13:21
03 Noyabr

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq

13:16
03 Noyabr

İntizam Komitəsi klubları 12 min manatdan çox cərimələyib

13:07
03 Noyabr

Rusiyanın Yaroslavl vilayətinə dron hücumu nəticəsində iki nəfər yaralanıb  

13:01
03 Noyabr

Ötən ay dövlət sərhədini pоzduqlarına görə 46 nəfər saxlanılıb

12:53
03 Noyabr

Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib  

12:50
03 Noyabr

Azərbaycanda pul bazası artıb

12:49
03 Noyabr

Milli Məclis 8 Noyabr − Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul edib  

12:48
03 Noyabr

Mərkəzi banklar son 2 ilin ən sürətli tempi ilə qızıl alıblar  

12:41
03 Noyabr

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

12:40
03 Noyabr

Azərbaycan Ordusunda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir  

12:37
03 Noyabr

Fransada əhali 72 saatlıq fövqəladə vəziyyətə hazır olmağa çağırılıb  

11:45
03 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib  

11:36
03 Noyabr

Azərbaycanın turizm potensialı Çində tanıdılır

11:34
03 Noyabr

Panama Respublikasının Prezidenti Zati-aliləri cənab Xose Raul Mulino Kinteroya  

11:29
03 Noyabr

Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi rüşvət almaqda şübhəli bilinərək həbs edilib – BİRGƏ MƏLUMAT

11:28
03 Noyabr

Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib  

11:26
03 Noyabr

Çindən kosmosa daha 18 peyk göndərilib

11:16
03 Noyabr

Milli Məclisin növbəti plenar iclası: müzakirəyə 10 məsələ çıxarılıb

11:15
03 Noyabr

“Qarabağ” 11 ildən sonra ardıcıl üç heç-heçə edib

11:09
03 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!