28 Iyul 2024 22:59
216
SİYASƏT
A- A+

Türkiyə mətbuatı: Parisdə Olimpiadanın açılışı Qərbin dəyərlər böhranının və qərəzliliyinin göstəricisidir

 

Türkiyə mətbuatı 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasiminin təşkilini tənqid edib.

AZƏRTAC xəbər verir ki, “TRTHaber” telekanalı “Dünya idman bayramı”nın açılışından idman etikasından və ənənələrindən uzaq olan qalmaqallı görüntülərinə diqqət çəkib.

Aparıcı xatırladıb ki, ənənəvi ailə və din dəyərlərinə edilən hücumlara cavab olaraq Türkiyə televiziya kanalları hətta Fransadan canlı yayımlarını dayandırmağa məcbur olublar. Türk-Alman Universitetinin dosenti Enes Bayraklı “TRTHaber”in efirində qeyd edib ki, Olimpiada təşkilatçılarının ünvanına hətta Qərbin özündə də ciddi tənqidlər səsləndirilib. Bayraklı ötən dövrün digər beynəlxalq yarışları ilə paralellər aparıb. “Məsələn, futbol üzrə dünya çempionatının keçirildiyi Qətərdə böyük miqyaslı idman tədbiri baş tutdu. Dünya çempionatının təşkilatçılarına qarşı heç bir qalmaqal və tənqid səsləndirilməyib”, - deyə o bildirib.

“CNN Türk” telekanalı da tamaşaçıların diqqətini 2024-cü il Olimpiadasının açılış mərasiminin təşkilatçılarına qarşı mənfi emosiyaların artmasına yönəldib. Telekanal qeyd edib ki, digərləri ilə yanaşı, gizli şam yeməyində özünü İsa Məsih və onun şagirdləri kimi təqdim edən transvestitlərin mərasimdə iştirakı narazılığa səbəb olub. Bununla bağlı Fransanın Olimpiya Oyunlarını təhrif ideologiyanın təbliği, ənənəvi ailə və dini dəyərlərə hücumlar platformasına çevirdiyini qeyd edən ekspert Coşqun Başbuğun fikrinə istinad edilib. "Parisdə Olimpiadanın açılışı Qərbdə, o cümlədən Fransada dəyərlər böhranını ortaya qoydu", - deyə Başbuq vurğulayıb.

“HaberGlobal” telekanalı Fransa mətbuatının Olimpiya açılış mərasiminin qərəzli işıqlandırılması ilə bağlı Parisdə daha bir qalmaqala diqqət çəkib. “Fransanın “Frans 2” telekanalının canlı efirində Qarabağ münaqişəsinin həlli kontekstində Azərbaycana qarşı təxribat xarakterli bəyanatlar səsləndirilib. Aparıcı Azərbaycanı “Ermənistanla ərazi münaqişəsində olan Qafqaz respublikası” kimi təqdim etməklə yanaşı, Ermənistanı “tarixən fransızların qəlbinə yaxın” ölkə adlandırıb, - deyə Türkiyə telekanalı qeyd edir.

Türkiyə Araşdırmalar Fondunun (TAV) eksperti Ayhan Sarı “HaberGlobal”a bildirib ki, ikili standartlar siyasəti Qərb ölkələrində jurnalistlərin mövqeyində yeni bir şey deyil. O qeyd edib ki, Türkiyə də dəfələrlə Qərb ölkələrinin, o cümlədən Fransanın mediasının qərəzli münasibətilə qarşılaşıb. “Türkiyə futbol komandalarının oyunlarının yayımı zamanı Qərb ölkələrinin telekanalları türk azarkeşlərini göstərməməyə çalışır, Avropa komandalarının xaçla olan azarkeşləri isə hər taymda bir neçə dəfə efirə verilir. Eyni ikiüzlülük Azərbaycana münasibətdə də olub”, - deyə Sarı qeyd edib.

Ekspert vurğulayıb ki, Fransa televiziyasının efirindəki Azərbaycana qarşı qalmaqal təsadüf və ya aparıcıların özləri tərəfindən ekspromt deyil. “Bu, Fransa dövlət televiziyasının qabaqcadan düşünülmüş və planlaşdırılmış təxribatdır”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, Qərbdə söz azadlığı ilə bağlı deyilənlər yalandır, mətbuat isə göstəriş və təlimatlarla hərəkət edir. “Fransanın Cənubi Qafqazda gərginliyin yeni mərhələsini yaratmaq cəhdləri Ermənistanın özünün maraqlarına cavab vermir”, - deyə TAV eksperti əmindir.

“Sözcü” qəzeti 2024-cü il Olimpiadasının açılışında daha bir hadisə ilə bağlı oxucularına məlumat verib. “İdmançıların paradı zamanı Cənubi Koreya komandası KXDR komandası kimi elan edilib”, - deyə qəzet yazır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video