31 Yanvar 2025 12:10
289
SİYASƏT
A- A+
Tural Gəncəliyev: Fransa ilə praqmatik münasibətlər mövcud olub

Tural Gəncəliyev: Fransa ilə praqmatik münasibətlər mövcud olub

Vaxtilə Fransa ilə praqmatik münasibətlər mövcud olub və son 100 ildə Fransa və Azərbaycan intellektualları bir-birindən təsirləniblər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Tural Gəncəliyev "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” mövzusunda keçirilən beynəlxalq konfransın panel müzakirəsində söyləyib.

Deputat çıxışında Fransada təhsil alıb ölkəyə qayıdan Əhməd bəy Ağaoğlunun Azərbaycanda fransız sinfi açdığını xatırladıb.

O vurğulayıb ki, 2003-cü ildən etibarən Azərbaycanın xarici siyasətdə daha güclü strategiya yürütməsi Fransada ölkəmizə qarşı münasibəti dəyişib. Azərbaycan gücləndikcə, bu, Fransadakı erməni diasporunda narahatlıq yaradıb və onlar öz mövqelərini bu istiqamətdə formalaşdırmağa başlayıblar.

Tural Gəncəliyev əlavə edib ki, Emmanuel Makron hakimiyyətə gəldikdən sonra ikitərəfli münasibətlər daha da gərginləşib. Bundan əvvəl Azərbaycana qarşı mövqelər qapalı şəkildə ifadə olunurdu. Lakin Fransa, xüsusilə 2020-ci ildən sonra ölkəmizə qarşı açıq şəkildə mövqe sərgiləməyə başlayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında

01:27
05 Mart

F.H.Nağıyevə şiddətli töhmət elan edilməsi haqqında

01:27
05 Mart

Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında

01:26
05 Mart

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Novruz bayramı münasibətilə Şəhid övladları üçün bayram tədbirlərinin təşkili" (Bakı, Abşeron, Sumqayıt, Gəncə və respublikanın digər şəhər və rayonları üzrə) və "Novruz bayramı münasibətilə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün bayram tədbirlərinin təşkili" (Bakı, Abşeron, Sumqayıt, Gəncə və respublikanın digər şəhər və rayonları üzrə) adlı müsabiqələr keçirir

01:26
05 Mart

Volodimir Zelenski: Ağ evdə baş verənlər utancvericidir

00:18
05 Mart

I Ümumrespublika Musiqi Festivalının açılış mərasimi keçirilib

00:17
05 Mart

Arzu Əliyeva şəhid anaları ilə birgə iftar məclisində iştirak edib

23:35
04 Mart

Nizami Kino Mərkəzində “Bir səfərin izi ilə - Böyük Britaniya” filminin təqdimatı olub

23:29
04 Mart

Xocalının Ballıca kəndində uzun illərdən sonra Od çərşənbəsi tonqalı qalanıb

23:09
04 Mart

Ceyhun Bayramov D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

22:56
04 Mart

Ruben Vardanyanın vəkili vəsatətlərlə çıxış edib  

22:41
04 Mart

Ağdərənin Həsənriz kəndində 33 ildən sonra ilk dəfə çərşənbə tonqalı yandırılıb

22:26
04 Mart

Ruben Vardanyana “VoMa” terror təşkilatı ilə bağlı suallar ünvanlandı - MƏHKƏMƏ

22:16
04 Mart

Xankəndidə Od çərşənbəsi qeyd edilib  

22:07
04 Mart

Ruben Vardanyanın vatsapda və teleqramda apardığı gizli danışıqlar məhkəmə zalında nümayiş etdirilib

21:55
04 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib

21:18
04 Mart

Prezident İlham Əliyev D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib YENİLƏNİB  

21:03
04 Mart

Türkiyənin ixracatı iki ayda 42 milyard dollara yaxınlaşıb

21:00
04 Mart

Azərbaycan İdman Akademiyası Qazaxıstanın Bədən Tərbiyəsi və Kütləvi İdman Akademiyası ilə əməkdaşlığa başlayıb  

20:59
04 Mart

Xəzər səthindəki buz suitiləri quruya çıxmağa məcbur edir - ekoloqlar həyəcan təbili çalır

20:52
04 Mart

Milli Olimpiya Komitəsində Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının rəhbərliyi ilə görüş olub  

20:50
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!