14 Oktyabr 2024 15:37
405
DÜNYA
A- A+
Tramp seçkilərdə ordudan istifadənin mümkünlüyünü istisna etməyib

Tramp seçkilərdə ordudan istifadənin mümkünlüyünü istisna etməyib

 Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp noyabrda keçiriləcək seçkilər zamanı radikal solçu qüvvələrə qarşı mübarizədə Milli Qvardiyanın üzvlərindən və ya hərbçilərdən istifadə imkanını istisna etməyib.

“Bizdə çox pis insanlar, xəstə insanlar – solçu radikal dəlilər var və mən hesab edirəm ki, Milli Qvardiya və ya həqiqətən də lazım gələrsə, hərbçilər onlarla çox asanlıqla məşğul ola bilər”, - eks-prezident Fox News-a müsahibəsində seçkinin necə keçəcəyini və həmin tarixdə xaosun olub-olmayacağını soruşduqda bildirib.

Tramp həmçinin qeyd edib ki, daxili düşmənlər xarici təhdidlərdən daha təhlükəlidir: "Məncə, daxildəki düşmən Çindən, Rusiyadan və bütün bu ölkələrdən daha təhlükəlidir".

Respublikaçının sözlərinə reaksiya verən rəqibi Kamala Harrisin kampaniyası Trampın “təhlükəli bir şey” təklif etdiyini bildirib: “ Onun prezidentliyə qayıtması  risk olar və amerikalılar buna imkan verə bilməz ” .

Noyabrın 5-də ABŞ-də prezident seçkilər keçiriləcək. Tramp və Harris dövlət başçısı postu uğrunda mübarizə aparacaqlar. Tramp Amerikanın 45-ci prezidenti olub və 2017-2021-ci illərdə vəzifədə olub. O, 2020-ci il seçkilərində demokrat  Co Baydenə uduzub və indi Ağ Evə qayıtmağa çalışır.


Rizvan CƏFƏROV,

“Azərbaycan”






 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda COP29 sammiti: İqlim dəyişikliyi ilə mübarizə üçün daha çox pul tapılacaqmı?  

15:53
12 Noyabr

Prezident İlham Əliyev FIFA-nın prezidenti ilə görüşüb

15:48
12 Noyabr

Afrikalı iştirakçı: Azərbaycanın COP29-a ev sahibliyi etməsi ekoloji dayanıqlılıq mövzusunda nümunəvi addımlar atdığını bir daha təsdiqləyir  

15:47
12 Noyabr

COP-29-da 60-dan çox dövlət öz pavilyonlarını təqdim edib  

15:46
12 Noyabr

COP29 başladığı gün ilk uğuruna imza atıb

15:45
12 Noyabr

Efiopiya Prezidenti: Ümid edirik ki, COP29-da məqsədlərimizə nail olacağıq 

15:44
12 Noyabr

Braziliyalı nümayəndə: Bakıda keçirilən COP29-da iştirak ölkəmiz üçün böyük təcrübədir  

15:33
12 Noyabr

Prezident: İkili standartlar və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib

15:31
12 Noyabr

Baş nazir Əli Əsədov COP29 Liderlər Sammitinin açılış mərasimi çərçivəsində bir sıra görüşlər keçirib  

15:30
12 Noyabr

Senator Rubio ABŞ-nin dövlət katibi vəzifəsinə namizəddir

15:23
12 Noyabr

Baş direktor: Ələt limanının 2-ci fazasında Avropaya gedən yüklərin çoxu konteynerləşəcək

15:22
12 Noyabr

Antonio Quterreş: İnkişaf etməkdə olan ölkələr Bakını boş əllə tərk etməməlidir  

15:21
12 Noyabr

Baş nazir Əli Əsədov Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru ilə görüşüb  

15:21
12 Noyabr

“Şəfəq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib - YENİLƏNİB

15:20
12 Noyabr

Baş nazir Əli Əsədov İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə söhbət edib  

15:18
12 Noyabr

Saymon Stil nikbindir və COP29-un uğuruna əmindir 

15:12
12 Noyabr

Sabah üçün hava proqnozu açıqlanıb

15:06
12 Noyabr

Baş nazir Əli Əsədov İraqın Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb  

15:05
12 Noyabr

Reza Deqati: Əvvəlki COP tədbirləri ilə müqayisədə düşünürəm ki, COP29 həlledici olacaq  

15:04
12 Noyabr

Prezident İlham Əliyev COP29-un açılış mərasimində çıxışı zamanı Azərbaycana qarşı ittihamlardan danışıb 

15:03
12 Noyabr

Azərbaycan güləşçisi Çində kəmər qazanıb  

15:03
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!