29 Iyun 2024 15:47
248
SİYASƏT
A- A+

“The Defense Post”: Azərbaycan “C-27J Spartan” hərbi-nəqliyyat təyyarəsi alıb

 

Xarici media Azərbaycanın İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” hərbi-nəqliyyat təyyarəsi alması barədə materiallar dərc ediblər.

AZƏRTAC xəbər verir ki, Rusiyanın “AviaPort” profilli informasiya agentliyinin və ABŞ-ın “The Defense Post” nəşrinin materiallarında bildirilir ki, təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilib.

Materiallarda qeyd olunur ki, dövlət başçısına təyyarənin taktiki-texniki xüsusiyyətləri, əməliyyat və digər göstəriciləri barədə məlumat verilib.

“AviaPort” agentliyi Prezident Administrasiyasının məlumatına istinadla yazır: “Çətin coğrafi və əməliyyat şəraitində həm müdafiə, həm də mülki tapşırıqları yerinə yetirməyə qadir olan təyyarə hərbi daşımalar, paraşütçülərin və yüklərin havadan buraxılması, həmçinin tibbi missiyalar üçün istifadə olunacaq”.

“The Defence Post” nəşri “C-27J Spartan” təyyarəsinin Azərbaycanda hərbi-nəqliyyat əməliyyatlarında və tibbi missiyalarda istifadə olunacağı barədə məlumat verməklə yanaşı, oxucuları təyyarənin xüsusiyyətləri ilə də tanış edir. Məqalədə qeyd olunur ki, onun maksimal faydalı yük əmsalı 11500 kiloqram, ən uzaq uçuş məsafəsi isə 1760 kilometrdir. Təyyarənin güc qurğusu iki “Rolls-Royce” turbovintli mühərrikdən ibarətdir.

Materialların tam mətni ilə göstərilən media orqanlarının saytlarında tanış olmaq mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video