01 İyun 2025 08:10
613
SİYASƏT
A- A+
TDT: türklərin Avropanı "institusional fəthi" və Azərbaycanın yeni təşəbbüsləri

TDT: türklərin Avropanı "institusional fəthi" və Azərbaycanın yeni təşəbbüsləri


Türk Dövlətləri Təşkilatının Macarıstanın paytaxtında keçirilən qeyri-rəsmi Zirvə görüşü dünya miqyasında böyük əks-səda yaratdı. Siyasətçilər və ekspertlər bu hadisəni Zirvə görüşünün yekun sənədi olan Budapeşt Bəyannaməsində yer almış bəndlər əsasında təhlil edirlər. Ümumi mövqeyə görə, türk birliyi özünün yeni təşkilati və fəaliyyət mərhələsinə qədəm qoyub. Bu tezis özündə bir çox faktoru ehtiva edir. Bu baxımdan TDT-nin hazırkı vəziyyəti və perspektivlərinin geosiyasi təhlili aktuallıq kəsb edir.


Siyasi həmrəylik və təşkilati yüksəliş


Türk Dövlətləri Təşkilatının (TDT) Budapeştdəki qeyri-rəsmi Zirvə görüşünə bir sıra daxili problemlərlə getdiyindən bəhs edilirdi. Müəyyən dairələr hətta türk birliyinin baş tutmadığı xülyasını türk cəmiyyətlərində yaymağa çalışırdılar. Bu məqsədlə böhtan və iftira xarakterli qarayaxma kampaniyasına dünyanın ən inkişaf etmiş ölkələrinin təbliğat sistemlərini də qoşmuşdular. Həm TDT üzvləri, həm də türk dövlətlərinə dost olan dövlətlərin cəmiyyətləri "informasiya həmləsi"nə məruz qalmışdı.

Dost olmaq istəməyənlər bu istiqamətdə çox çalışdılar. Lakin TDT dünyaya onların cəhdlərinin puç olduğunu nümayiş etdirdi. Çünki türk dövlətlərinin liderləri Macarıstanda, Avropanın mərkəzində elə siyasi həmrəylik və müdriklik göstərdilər ki, düşmən dairələr susmalı oldular. Ekspertlər burada TDT-nin uğurunu iki aspektdə vurğulayırlar.

Onlardan birincisi TDT daxilində siyasi həmrəyliyin hökm sürdüyünün təsdiqi ilə bağlıdır. Dövlət başçılarının ifadə etdikləri fikirlər göstərdi ki, ölkələr arasında siyasi məsələlərdə həmrəylik mövcuddur və TDT üzvləri bu prosesi inkişaf etdirmək əzmindədirlər. Bununla bağlı Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevin fikri təşkilat üzvlərinin həqiqi niyyətini düzgün əks etdirir. Qazaxıstan Prezidenti deyib: "Bütövlüyümüzü gücləndirmək üçün türk xalqlarının birliyini və həmrəyliyini möhkəmləndirmək vacibdir".

TDT-nin onun haqqında Zirvə görüşü ərəfəsində yayılan informasiyalara bu cür reaksiya verməsi türk dövlətlərinin təşkilatlanması aspektində maraqlı bir gedişatı ifadə edir. XXI əsrin yeni çağırışları fonunda türk dövlətləri təşkilatlanmağı bacardıqlarını sübut etmiş oldular. Budapeşt sammitində aydın göründü ki, TDT təşkilat olaraq yeni səviyyəyə yüksəlib. Daha konkret desək, onun kənar neqativ təsirlərə qarşı "siyasi-ideoloji immuniteti" yeni mərhələyə keçib. Bu mərhələ türk dövlətlərinin öz siyasi-diplomatik fəaliyyətini müstəqil qurmaq əzmi ilə xarakterizə olunur.

Bu prosesdə Azərbaycanın təkanverici və stimullaşdırıcı rol oynadığını vurğulamaq lazımdır. Rəsmi Bakı praktiki fəaliyyətinin məzmunu və forması ilə nümayiş etdirir ki, tam müstəqil addımlar atır. İndi Azərbaycan Prezidenti bir neçə istiqamətdə və geosiyasi miqyasda fəal siyasəti ilə seçilir. Bu, TDT üzvlərinin fəaliyyətinə müsbət anlamda ciddi təsir göstərir.

Bu vəziyyətdən bir maraqlı siyasi nəticə əldə etmək olar. Türk dövlətləri siyasi həmrəylikdən təşkilati yüksəlişə keçid mərhələsinə qədəm qoyublar. Onlar TDT-nin inkişafını birmənalı olaraq ölkələr arasında siyasi həmrəyliyə nail olmaqda görürlər. Məhz bu kontekstdə TDT-nin başqa siyasi təşkilatlardan ciddi fərqini müəyyən edə bilərik.


Türk siyasi birliyi: yeni təşkilatlanma forması


Hazırda dünyada ən güclü siyasi təşkilatlardan hesab olunan Avropa İttifaqı ilə TDT-nin strukturlaşma fəlsəfəsini qısa müqayisə edək. Budapeşt zirvəsi göstərdi ki, TDT təşkilat kimi siyasi həmrəylik əsasında inkişaf etmək xəttini seçib. Təşkilatın üzvləri münasibətlərin bazasına ölkələr arasında siyasi həmrəyliyin təmin edilməsi prinsipini qoyublar. Bu məqam TDT-nin Macarıstan sammitinin yekununda qəbul olunmuş 71 bənddən ibarət Bəyannamənin məzmunundan aydın görünür. Bəyannamədə deyilir: "Tərəflər türk dövlətləri arasındakı böyük potensialdan və imkanlardan istifadə edərək, bütün sahələrdə həmrəyliyi, əməkdaşlığı və koordinasiyanı daha da gücləndirmək əzmində olduqlarını bildirir ... Üzv dövlətlərin birliyini və həmrəyliyini pozmağa yönəlmiş hər hansı hərəkət və təhdidlərin qarşısının alınmasının vacibliyi diqqətə çatdırılır".

Siyasi həmrəyliyin bu cür dəqiq təsbitindən sonra TDT üzvlərinin regional və qlobal miqyaslarda ortaq fəaliyyətlərinin dəqiq istiqamətləri də müəyyən olunur. Belə ki, bəyannamədə qeyd olunur: "Təşkilatın üzvləri regionda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə təhdid və çağırışlar yaradan terrorizm və transmilli mütəşəkkil cinayətkarlığın bütün formaları, terrorizmin maliyyələşdirilməsi və kibercinayətkarlıqla mübarizədə birgə səyləri davam etdirməyə sadiqliklərini bir daha təsdiqləyirlər".

Vurğulanan məntiq göstərir ki, daxildə əsaslı siyasi həmrəyliyə nail olan TDT xarici fəaliyyətində də monolit güc kimi aktiv olacaq və ortaq hədəfə fokuslanacaqdır. Bu məqam türk birliyi üçün vacib bir durumu ifadə edir. Onu Avropa İttifaqının təşkilat olaraq qarşılaşdığı problemlər fonunda daha aydın dərk edə bilərik.

İndi Aİ bir sıra təşkilati çətinliklərlə üz-üzə qalıb. Belə ki, üzv ölkələr mühüm xarici əhəmiyyətli məsələlərdə ortaq fikrə gələ bilmirlər. Bu, həm təşkilatın genişlənmə formasına, həm də qlobal miqyasda təsirli güc olma aspektlərinə aiddir. Hazırda Aİ üzvləri arasında həmin məsələlərlə bağlı ciddi fikir ayrılıqları özünü göstərir. O cümlədən Aİ üçün həyati əhəmiyyəti olan enerji təhlükəsilziyi, miqrasiya və Ukrayna məsələsində mövqelər uzlaşmır. Bunun fonunda NATO-dakı fəaliyyətdə də fərqli yanaşmalar mövcuddur.

Belə qənaət formalaşır ki, TDT-dən fərqli olaraq, Aİ daxili siyasi həmrəyliyə nail ola bilmir. Bu təşkilatın inkişafı daxili siyasi ixtilaflar ucbatından müəyyən risklərlə üzləşməkdədir. Bir sıra analitiklər bütün bunları nəzərə alaraq, Aİ-nin gələcəyi ilə bağlı konkret proqnozlar verə bilmirlər.

Bunlara görədir ki, Aİ-nin təşkilatdaxili konkret layihələrə malik olmaması diqqətdən yayınmır. TDT-də isə bu aspektdə də vəziyyət tamamilə fərqlidir. Bunu Azərbaycan Prezidentinin Budapeştdə ifadə etdiyi fikirlərdən görə bilərik.


Rəqəmsallaşma, nəqliyyat-logistika layihələri və qarşılıqlı sərmayə qoyuluşu


Azərbaycan Prezidenti Budapeşt Zirvə görüşündə belə bir fikir ifadə edib: "Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir".

Bu fikir iki tezisə yol açır. Birincisi, Azərbaycan Orta dəhliz layihəsinə geniş geosiyasi kontekstdən yanaşır. Buna görədir ki, Orta dəhlizin fəaliyyətini ən yeni texnologiyalara bağlamaqla bütün layihə boyu vahid mərkəzdən idarəetmə və tənzimləməni həyata keçirməyi planlaşdırır. Bu halda, əlbəttə, Zəngəzur dəhlizi də beynəlxalq layihənin bütün anlamlarda bir hissəsinə çevrilir, dövlətlər qrupunun ortaq planı halına gəlir.

İkincisi, bu zaman Bakı bütövlükdə vəziyyəti bir tam olaraq qiymətləndirir və Zəngəzur dəhlizi məsələsini TDT ilə digər təşkilatlar arasında əlaqələrin təşkili aspektinə yönəldir. Bu gedişat iki baxımdan TDT üçün əhəmiyyətlidir. Onlardan biri TDT üzvü olan Azərbaycanın Orta dəhliz layihəsində təşəbbüsü ələ alması ilə əlaqəlidir. Bu keyfiyyətdə TDT qlobal geosiyasi proseslərdə öz layiqli yerini tutmaq və rolunu icra etmək imkanını genişləndirir. Digər faktor isə nəqliyyat-logistika sferasında TDT üzvləri arasında əlaqələr imkanının daha da genişlənməsi ilə bağlıdır.

Sonuncu iki tezisdən məntiqi olaraq TDT üçün strateji əhəmiyyətli bir məsələ də aktuallaşır. Biz sərmayə qoyuluşu üçün xüsusi fondun işə başlamasını nəzərdə tuturuq. Azərbaycan Prezidenti bununla bağlı bəyan edib ki, "Türk İnvestisiya Fondunun rəsmi olaraq bu il fəaliyyətə başlaması nəzərdə tutulur".

Yuxarıda vurğuladığımız özəlliklər təsdiqləyir ki, TDT müasir təşkilatlardan təşkilatlanma və fəaliyyət fəlsəfəsinə görə ciddi surətdə fərqlənir. Budapeşt Zirvə görüşü həm bu tezisin əsaslığını, həm də türk birliyinin yüksək perspektivlərə malik olduğunu sübut etdi. Bununla da TDT özünün yeni mərhələsinə qədəm qoymuş oldu.


Kamal ADIGÖZƏLOV,

beynəlxalq münasibətlər üzrə ekspert

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!