23 May 2024 15:03
335
CƏMİYYƏT
A- A+
TBMM-in nümayəndə heyəti Qərbi Azərbaycan İcmasında olub  

TBMM-in nümayəndə heyəti Qərbi Azərbaycan İcmasında olub  

 

Qərbi Azərbaycan İcmasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri Mahmud Özerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

İcmadan AZƏRTAC-a bildiriblər ki, görüşdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli qardaş ölkənin nümayəndə heyətinə ortaq olaraq bilinən tarixdən - son 200 ildə azərbaycanlıların başlarına gətirilən müsibətlərdən danışıb. O, ötən əsrdə soydaşlarımızın 4 dəfə Qərbi Azərbaycandakı ata-baba torpaqlarından deportasiya olmaları barədə ürəkağrısı ilə bəhs edib. Deyib ki, sonuncu - 1987-1991-ci il deportasiyası zamanı 300 mindən artıq azərbaycanlı el-obasından zorla çıxarılıb və bu gün onlar öz doğma torpaqlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri dönüş üçün Qərbi Azərbaycan İcmasında birləşiblər.


Türkiyə Böyük Millət Məclisinin komissiya sədri Mahmud Özer ölkələrimiz arasında qardaşlıq bağlarından danışaraq tarix boyunca kədərimizdə və sevincimizdə bir-birimizin yanında olduğumuzu bir daha vurğulayıb. Əlaqələrimizin Şuşa Bəyannaməsi ilə daha da gücləndiyini vurğulayan M.Özer TBMM-dəki həmkarları ilə Qərbi Azərbaycan məsələsinə daha yaxından dəstək ola bilmək üçün müzakirlər aparacağını, bundan əlavə, Qərbi Azərbaycanla bağlı Azərbaycan, türk və ingilis dillərində ortaq bir kitab hazırlamaq təklifini irəli sürüb.

Digər çıxışçılar da Oğuz-türk ellərini birləşdirən Qərbi Azərbaycanla bağlı ortaq fikirlərini, xatirələrini bölüşüblər.

Sonda qonaqlara bir neçə dildə dərc edilmiş Qayıdış Konsepsiyası hədiyyə olunub və xatirə şəkli çəkdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

09:48
24 Aprel

Azərbaycan-Çin strateji tərəfdaşlıq münasibətləri müasir beynəlxalq münasibətlər sistemində əhəmiyyətli faktordur  

09:34
24 Aprel

“Azərbaycan və Çin əməkdaşlığında yeni mərhələ başlayır”  

09:27
24 Aprel

Roma Papasının dəfni özünün sevimli kilsəsində keçiriləcək

09:20
24 Aprel

Yaz allergiyaları

09:15
24 Aprel

AZAL Qurban bayramı münasibətilə özəl uçuşların sayını artırır

09:10
24 Aprel

Cıdır düzündə dalğalanan Zəfər bayrağı

09:05
24 Aprel

Uşaq evinin nağıl dünyası

09:00
24 Aprel

Tariximizi dünyaya tanıdan alim

08:55
24 Aprel

Bu günün hədəfi sabahın "yaşıl işığ"ıdır

08:50
24 Aprel

"Azərbaycan Çinlə əksər sahələrdə sıx əlaqələrə malikdir"

08:45
24 Aprel

Erməni kilsəsi başqa xalqlara qarşı daim nifrət və dözümsüzlük formalaşdırmağa çalışıb

08:40
24 Aprel

Avropa İttifaqının məkrli "missiyası"

08:35
24 Aprel

Azərbaycan Qərbin ikili standartları ilə üzləşən ölkələrdəndir

08:30
24 Aprel

Paşinyan çətin sınaq qarşısındadır

08:25
24 Aprel

Qondarma iddialar və əsl həqiqətlər

08:20
24 Aprel

Yeni dünya nizamında Azərbaycanın yeri və rolu

08:15
24 Aprel

Günəş Şərqdən doğur

08:10
24 Aprel

Azərbaycan və Çin "yaşıl enerji" sahəsində əməkdaşlığı genişləndirir

08:05
24 Aprel

Çinlə yüksələn münasibətlər

08:00
24 Aprel

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

00:12
24 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!