07 Sentyabr 2026 19:26
109
Mədəniyyət
A- A+
Tbilisidə “Kəlağayı milli sərvətimizdir” adlı kitab təqdim edilib  

Tbilisidə “Kəlağayı milli sərvətimizdir” adlı kitab təqdim edilib  


Sentyabrın 7-də Gürcüstanın Tbilisi şəhərində “Alyans” Gənclər Mərkəzində “Kəlağayı milli sərvətimizdir” adlı kitabın təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbir “Alyans” Gənclər Mərkəzinin dəstəyi, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin və Kəlağayı Ev Muzeyinin birgə təşəbbüsü ilə təşkil edilib.

Tədbirin iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin və Kəlağayı Ev Muzeyinin sədri Güllü Eldar Tomarlı çıxışında vurğulayıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində 2014-cü ilin noyabr ayında Azərbaycan kəlağayısı UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilib.

“Azərbaycanın zəngin mədəni irsində elə simvollar var ki, onlar əsrlər keçsə də, dərin mənasını, mənəvi çəkisini və estetik dəyərini itirmir. Bu nadir dəyərlərdən biri təbii ipəkdən toxunan, zərif naxışlarla bəzədilən və əsrlər boyu Şərq qadınının ləyaqət tərənnümünə çevrilən kəlağayıdır”, - deyə o diqqətə çatdırıb.

Bildirilib ki, Azərbaycan, rus və gürcü dillərində çap olunan “Kəlağayı milli sərvətimizdir” kitabında kəlağayı Azərbaycan qadını üçün sadəcə baş örtüyü və ya geyim elementi deyil, o, qadın kimliyinin, mənəvi dünyasının, cəmiyyətdəki nüfuzunun və estetik zövqünün aynası kimi təqdim olunub. Kitabda, eyni zamanda, milli kəlağayı sənətinin tarixi zənginliyindən, onun Azərbaycan qadınının ismət, nəzakət və zəriflik rəmzi olmasından geniş bəhs olunub.

Tədbirin sonunda Azərbaycanın milli rəqsləri ifa olunub, uşaqlar kəlağayiya həsr edilmiş şerlər söyləyiblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tbilisidə “Kəlağayı milli sərvətimizdir” adlı kitab təqdim edilib  

19:26
07 Sentyabr

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da sərhədlərarası bərpaolunan enerji sertifikatları müzakirə edilib 

19:23
07 Sentyabr

Hansı hallar ayrı-seçkilik hesab edilərək qadağan olunur?

17:57
07 Sentyabr

Torpağın altında gizlənən ölüm

17:55
07 Sentyabr

AZAL-da uçuşlar ikiqat artdı: göyə qalxan hər təyyarənin artıq karbon izi də hesablanır

17:53
07 Sentyabr

Fermerə pul əkin başlamamış çatacaq

17:50
07 Sentyabr

Söyüdlüdə qızılın yolu açıldı

17:47
07 Sentyabr

Texnologiya dünyasında yeni güc birliyi: “MoveUP” səhnəyə çıxdı

17:45
07 Sentyabr

24,2 milyardlıq manat dalğas

17:43
07 Sentyabr

Ahıllar Evində hazırda 214 ahıl yaşayır

17:40
07 Sentyabr

FHN hazırda müşahidə olunan güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət edib 

17:35
07 Sentyabr

Bakı İqlim Fəaliyyəti Həftəsində binaların enerji effektivliyi üzrə pasportlaşdırılması müzakirə edilib

17:20
07 Sentyabr

Azərbaycanla Pakistan arasında gənclər və idman sahəsində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub

17:17
07 Sentyabr

Dövlət Komitəsinin sədri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib  

17:15
07 Sentyabr

Azərbaycanda pul bazası artıb  

17:13
07 Sentyabr

Rəqəmsal inkişaf və nəqliyyat naziri Bərdədə vətəndaşların müraciətlərini dinləyib  

17:10
07 Sentyabr

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Bibiheybət məscidini və Zəfər abidəsini ziyarət ediblər

16:10
07 Sentyabr

Ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 6,3 faiz artıb 

16:05
07 Sentyabr

Avqustda Bakı metrosunda eskalatorlar 198 dəfə dayanıb  

16:00
07 Sentyabr

Metan emissiyalarının azaldılmasının sürətləndirilməsi: Aşkarlamadan fəaliyyətə” mövzusunda sessiya başa çatıb YENİLƏNİB 

15:50
07 Sentyabr

Bolqarıstanın Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub

15:44
07 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!