07 Sentyabr 2026 17:55
73
CƏMİYYƏT
A- A+
Torpağın altında gizlənən ölüm

Torpağın altında gizlənən ölüm


Azad edilmiş torpaqların hər qarışı həyat üçün təhlükəsiz olsun deyə səssiz və ağır bir mübarizə davam edir. Hər həftə minaaxtaranların qarşısında bir torpaq parçası, torpağın altında isə illərin gizlətdiyi ölüm dayanır. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin  məlumatına görə, 31 avqust–6 sentyabr 2026-cı il tarixlərində işğaldan azad edilmiş ərazilərdə 140 piyada əleyhinə mina, 28 tank əleyhinə mina və 1390 partlamamış hərbi sursat aşkarlanıb.

Bir həftədə aşkarlanan təhlükəli vasitələrin sayı 1 558-ə çatıb. Eyni müddətdə 1706,4 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Bu rəqəmlərin hər birinin arxasında bir insanın həyatı dayanır. Təmizlənən hər hektar isə sabah orada qurulacaq ev, salınacaq yol, əkiləcək torpaq və uşaqların qorxmadan addımlayacağı bir gələcək deməkdir.

Minalar səssizdir, amma onların yaratdığı təhlükə illərlə susmur. Buna görə azad edilmiş torpaqlarda hər təmizlənən sahə təkcə ərazinin deyil, gələcəyin də təhlükəsizliyinə atılan bir addımdır.Torpaq yavaş-yavaş öz sirrindən azad olur. Bir mina çıxarılır, bir həyatın yolu açılır. Bir hektar təmizlənir, doğma torpağa qayıdışa daha bir addım yaxınlaşılır.


Züleyxa ƏLİYEVA,

 “Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hansı hallar ayrı-seçkilik hesab edilərək qadağan olunur?

17:57
07 Sentyabr

Torpağın altında gizlənən ölüm

17:55
07 Sentyabr

AZAL-da uçuşlar ikiqat artdı: göyə qalxan hər təyyarənin artıq karbon izi də hesablanır

17:53
07 Sentyabr

Fermerə pul əkin başlamamış çatacaq

17:50
07 Sentyabr

Söyüdlüdə qızılın yolu açıldı

17:47
07 Sentyabr

Texnologiya dünyasında yeni güc birliyi: “MoveUP” səhnəyə çıxdı

17:45
07 Sentyabr

24,2 milyardlıq manat dalğas

17:43
07 Sentyabr

Ahıllar Evində hazırda 214 ahıl yaşayır

17:40
07 Sentyabr

FHN hazırda müşahidə olunan güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət edib 

17:35
07 Sentyabr

Bakı İqlim Fəaliyyəti Həftəsində binaların enerji effektivliyi üzrə pasportlaşdırılması müzakirə edilib

17:20
07 Sentyabr

Azərbaycanla Pakistan arasında gənclər və idman sahəsində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub

17:17
07 Sentyabr

Dövlət Komitəsinin sədri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib  

17:15
07 Sentyabr

Azərbaycanda pul bazası artıb  

17:13
07 Sentyabr

Rəqəmsal inkişaf və nəqliyyat naziri Bərdədə vətəndaşların müraciətlərini dinləyib  

17:10
07 Sentyabr

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Bibiheybət məscidini və Zəfər abidəsini ziyarət ediblər

16:10
07 Sentyabr

Ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 6,3 faiz artıb 

16:05
07 Sentyabr

Avqustda Bakı metrosunda eskalatorlar 198 dəfə dayanıb  

16:00
07 Sentyabr

Metan emissiyalarının azaldılmasının sürətləndirilməsi: Aşkarlamadan fəaliyyətə” mövzusunda sessiya başa çatıb YENİLƏNİB 

15:50
07 Sentyabr

Bolqarıstanın Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub

15:44
07 Sentyabr

Mərkəzi Bankın valyuta ehtiyatları rekord həcmə çatıb

14:33
07 Sentyabr

Ahıllar Evində 214 şəxsə sosial xidmət göstərilir

14:30
07 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!