24 Dekabr 2024 09:00
121
SİYASƏT
A- A+
Tariximizin ən fərəhli dövrünün müəllifi

Tariximizin ən fərəhli dövrünün müəllifi


Azərbaycan Ulu Öndər Heydər Əliyevin müdrik idarəçiliyi, tarixi qərarları ilə iyirmi birinci əsrə böyük nailiyyətlər və dinamik inkişafla qədəm qoydu. Ümummilli Liderimizdən dərin siyasi bilik, zəngin dövlətçilik təcrübəsi əxz edən cənab Prezident İlham Əliyev isə Azərbaycanı tarixinin ən uca zirvəsinə qaldırdı, regionun lider dövlətinə çevirdi və dünyada söz sahibi etdi. Hazırda Azərbaycan xalqı düzgün seçimi, verdiyi tarixi qərarlar sayəsində ən fərəhli dövrünü yaşayır. 

Böyük qələbələrlə, misilsiz nailiyyətlərlə zəngin olan belə bir dövrdə yaşadığımız, bu dövrə şahid olduğumuz üçün xalqımızın hər bir nümayəndəsi kimi, həqiqətən də, çox xoşbəxtik.

Cənab Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlətimizin başçısı xalqımızın sülh, əmin-amanlıq şəraitində yaşaması, sosial qayğı ilə əhatə olunması üçün mühüm işlər görür. 2003-cü ildə Azərbaycan Prezidenti seçiləndən sonra ölkə iqtisadiyyatını və infrastrukturunu daha da inkişaf etdirmək, xalqın həyat standartlarını yüksəltmək üçün strateji planlar həyata keçirdi. Son illər enerji sahəsindəki irimiqyaslı layihələr və digər sahələrdə görülən böyük işlər Azərbaycanın iqtisadi gücünün daha da artmasına səbəb olub. Həyata keçirilən uğurlu sosial proqramlar vətəndaşlarımızın xoşbəxt yaşamasını, gənc nəslin sağlam və firavan böyüməsini təmin edir. Təsadüfi deyil ki, dövlətimizin başçısı ad günlərində də xalqın yanında olur, sosial obyektlərin açılışını edir, şəhid ailələri ilə görüşür. Bu onun idarəçiliyinin mahiyyətini, xalqına olan dərin məhəbbətini göstərir. Əlli illik yubileyini o vaxtlar doğma yurd-yuvasından didərgün düşmüş soydaşlarımızla Ağcabədidə qeyd edən möhtərəm Prezident 60 illik yubileyini də Qarabağda - Şuşada keçirdi. Azərbaycan xalqına sıx bağlılığı, milli-mənəvi dəyərlərimizə sonsuz hörmət və ehtiram bəsləməsi cənab İlham Əliyevə ümumxalq sevgisini qazandırıb. Dövlətimizin başçısı bu sevginin şəriksiz ünvanıdır.

Şimalla Cənub, Şərqlə Qərb arasında Azərbaycan tutduğu strateji coğrafi mövqe, həyata keçirdiyi qlobal layihələr sayəsində dünyada nüfuzunu davamlı olaraq artırır. Cənab Prezident İlham Əliyev sülhü və konstruktiv əməkdaşlığı tərənnüm etdiyi üçün onun beynəlxalq təşəbbüsləri xüsusi önəm kəsb edir. 

Bütün bunların nəticəsidir ki, ölkəmizin beynəlxalq imici daha da yüksəlir, beynəlxalq tərəfdaşlarımızın sayı sürətlə artır. Heç də təsadüfi deyil ki, bu gün paytaxt Bakı mütəmadi olaraq nüfuzlu beynəlxalq tədbirlərə evsahibliyi etməklə dünyanın əsas mərkəzlərindən birinə çevrilib. Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu və onlarla digər mühüm tədbirlərin keçirilməsi nəticəsində Azərbaycan qlobal münasibətlər sistemində nüfuzlu beynəlxalq siyasi meydanlardan biri kimi tanınır.

Bu sırada cari ilin noyabrında keçirilən qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan COP29 başda dayanır. Dünyanın ən böyük tədbiri sayılan COP29-un ölkəmizdə keçirilməsi hər bir azərbaycanlını qürurlandırır. Xalqın maraq və istəklərini hər şeydən uca tutan dövlətimizin başçısı cənab İlham Əliyevin Azərbaycanın milli mənafeyinə əsaslanan qətiyyətli fəaliyyətində ən yaxın silahdaşı Birinci vitse-prezident Mehriban xanım Əliyevadır. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlara, irəli sürdüyü təşəbbüslərə görkəmli dövlət xadimi Mehriban xanım Əliyeva yaxından dəstək olur, gördüyü işlərlə xalqımızın davamlı olaraq yüksələn rifahını reallaşdırır. 

Ölkə rəhbəri cənab İlham Əliyev yüksək sərkərdəlik bacarığı və zəngin diplomatik səriştəsi ilə uzun illərin münaqişəsinə son qoydu, Şərqi Zəngəzur və Qarabağ əbədi azadlığa qovuşdu. Bu möhtəşəm Zəfərin qazanılmasında xalqımızın sıx birliyindən, effektiv ordu quruculuğundan tutmuş, ana yurda bağlılıq və dərin sevgi, Ali Baş Komandanın mətin iradəsi, qətiyyəti, dəqiq və vaxtında verilmiş düzgün qərarları mühüm rol oynadı. Rəşadətli ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 günə düşmən üzərində bənzərsiz qələbə qazandı, təcavüzkarı diz çökdürərək ağ bayraq qaldırmağa məcbur etdi. Qələbəmizdən 4 ildən çox vaxt keçməsinə baxmayaraq, dünya hələ də bu Zəfərin sirrini axtarır, misli görünməyən hərbi uğurumuzla bağlı məqalələr yazılır, geniş tədqiqat işləri aparılır. Əminliklə deyə bilərik ki, Qələbənin əldə olunması, ölkəmizin ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması cənab Prezident İlham Əliyevin Zəfər zirvəsidir. Bu Zəfərlə Azərbaycan vətəndaşlarının, həmçinin ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızın öyünməyə, qürurlanmağa tam haqqı var. 

Azərbaycanın işğalçı dövlət üzərində qazandığı parlaq Qələbə ümumilikdə regionun inkişafına geniş yol açıb. Qarabağ və Şərqi Zəngəzur Ermənistanın işğalı altında olduğu dövrdə terror yuvasına çevrilmişdi. Bu isə bütövlükdə region üçün böyük təhlükə mənbəyi idi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyat və lokal xarakterli antiterror tədbirləri Qarabağda terror yuvasını dağıtdı, qanunsuz və başıpozuq silahlı birləşmələrin darmadağın edilməsi ilə nəticələndi. Azərbaycan bu fəaliyyəti ilə dünyada sülhün və ədalətin təmin olunmasına əvəzsiz töhfələr verdi. Tərəqqipərvər bəşəriyyət bu tarixi missiyaya görə Azərbaycan dövlətinə, onun müdrik rəhbəri cənab İlham Əliyevə və Azərbaycan xalqına minnətdar olmalıdır.


Sahib MƏMMƏDOV,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ağırlıqqaldırma Federasiyası ilə yekun vurub, ən yaxşılar mükafatlandırılıb

22:22
24 Dekabr

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Andrey Kondraşovdan

21:58
24 Dekabr

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilldən

21:51
24 Dekabr

bp şirkəti tarixi Azərbaycan xalçalarının xüsusi sərgi üçün Vətənə qayıdışına dəstək olub  

21:36
24 Dekabr

Azərbaycanın tanınmış güləş hakimi karyerasını başa vurub

21:11
24 Dekabr

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən

20:57
24 Dekabr

Rusiyanın Rostov vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Yuri Slyusardan  

20:51
24 Dekabr

“Texnologiya və innovasiyalar” işçi qrupunun 2025-ci il üzrə Fəaliyyət Planının layihəsi müzakirə olunub  

20:41
24 Dekabr

Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiçdən

20:36
24 Dekabr

Britaniyanın Müdafiə Nazirliyi: 10 mindən çox hərbçi döyüşə yararsızdır

20:31
24 Dekabr

Azərbaycan-Koreya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub  

20:27
24 Dekabr

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Oleq Storçevoydan

20:17
24 Dekabr

Türkiyənin dövlət rəsmiləri Balıkesirdə meydana gələn partlayışla bağlı açıqlama veriblər  

20:07
24 Dekabr

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

20:02
24 Dekabr

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2025-ci ilin yanvar ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

19:52
24 Dekabr

Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Seretelidən

19:51
24 Dekabr

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

19:46
24 Dekabr

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyevdən

19:42
24 Dekabr

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

19:41
24 Dekabr

Avropa Parlamentinin üzvü Tierri Marianidən

19:32
24 Dekabr

Niderland Krallığı Senatının sabiq sədri Rene Van der Lindendən

19:12
24 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!