23 İyul 2026 10:09
143
İQTİSADİYYAT
A- A+
Tarixi nailiyyət: “GL Group” ABŞ-də dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub

Tarixi nailiyyət: “GL Group” ABŞ-də dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub

Azərbaycanın ilk özəl neft-qaz şirkətləri qrupu olan “GL Group” bu gün ABŞ-nin Texas ştatının Hyuston şəhərində Midland yaxınlığında yerləşən, hazırda istismar edilən dörd neft-qaz yatağında hasilat aktivlərinin satın alınmasını tamamladığını elan edib.

AZƏRTAC xəbər verir ki, satın alınmış aktivlərin tərkibinə 200-dən çox aktiv neft hasilatı quyusu daxildir.

“GL Group”, həmçinin həmin aktivlərin tam operatorluğunu rəsmi olaraq öz üzərinə götürüb. Bu sövdələşmə “GL Group”u ABŞ-də istismarda olan hasilat aktivlərinə sahib olan və onları operator kimi idarə edən ilk Azərbaycan şirkətlər qrupu edib. Bu, Azərbaycanın özəl neft-qaz sektoru üçün tarixi mərhələ olmaqla yanaşı, “GL Group”un ABŞ enerji sənayesinin mərkəzində mövcudluğunu təmin edir.

Perm hövzəsində yerləşən satın alınmış aktivlər “GL Group”u ABŞ-nin ən böyük neft-qaz hasilatı regionunda və dünyanın quruda neft-qaz fəaliyyəti üzrə əsas mərkəzlərindən birində mövqeləndirir. Qərbi Texas və Nyu-Meksiko ştatının cənub-şərq hissəsini əhatə edən Perm hövzəsi təxminən 223 min kvadratkilometr ərazini əhatə edir. 2025-ci ildə hövzədə gündəlik təxminən 6,6 milyon barel xam neft hasil olunub ki, bu da ABŞ-nin ümumi neft hasilatının təxminən yarısına və qlobal xam neft hasilatının 8 faizdən çoxuna bərabərdir. Eyni zamanda, hövzədə 2025-ci ildə gündəlik təxminən 27,6 milyard kub fut əmtəəlik təbii qaz hasil olunub ki, bu da ABŞ-nin əmtəəlik qaz hasilatının təxminən 23 faizini və qlobal təbii qaz hasilatının təxminən 7 faizini təşkil edir.

Bu miqyasda, yüksəktexnoloji səviyyəyə və intensiv rəqabət mühitinə malik hövzədə hasilatda olan aktivlərin həm sahibi, həm də operatoru olmaq “GL Group” üçün mühüm mərhələdir. Bu satınalma “GL Group”un 2024-cü ildə Türkiyənin neft-qaz hasilatı bazarına daxil olmasından sonra beynəlxalq inkişaf strategiyasının uğurlu icrasına töhfə verir. Texasdakı satınalma “GL Group”un ABŞ-də və digər beynəlxalq neft-qaz bazarlarında gələcək inkişafı üçün möhkəm zəmin yaradır.

Bu satınalma bir ildən artıq davam edən ciddi qiymətləndirmənin, tərəfdaşlıq əlaqələrinin diqqətlə qurulmasının və komandanın liderliyi, peşəkarlığı, intizamı və işə sadiqliyi sayəsində məqsədyönlü şəkildə həyata keçirilmiş yeni bazarlara giriş strategiyasının nəticəsidir. Bu, “GL Group”un strateji, əməliyyat və investisiya məqsədlərinin həyata keçirilməsində mühüm mərhələdir.

“Bu, “GL Group”da hər kəs üçün qürurverici andır. Bu satınalma dünyanın ən böyük və ən rəqabətli neft-qaz hasilatı bazarında mövcudluğumuzu təmin edən strateji mərhələdir. Bu addım şaxələndirilmiş beynəlxalq kəşfiyyat və hasilat biznesinin qurulmasına dair uzunmüddətli baxışımızı əks etdirir və ABŞ-də davamlı inkişafımız üçün güclü platforma yaradır”, - deyə “GL Group”un Baş icraçı direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov bildirib. “Bu, ABŞ bazarına atdığımız ilk, lakin çox mühüm addımdır. Biz böyüməyə və mövcudluğumuzu genişləndirməyə davam edəcəyik”, - deyə o qeyd edib.

“GL Group” haqqında

“GL Group” Azərbaycanın Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” də daxil olmaqla beş neft və qaz yatağında əməliyyatlar aparır. Şirkətlər qrupunun portfelinə “Salyan Oil Limited” və “Taghiyev Operating Company” əməliyyat şirkətləri, həmçinin neft-qaz sənayesində texniki xidmətlər göstərən “GL Technical Services” şirkəti daxildir. “GL Group” 2024-cü ildə ilk beynəlxalq layihəsinə imza ataraq Türkiyənin Trakya hövzəsində yüksəkperspektivli qaz yatağında 100 faiz pay sahibi olan Kanadanın “Gazelle Energy Limited” şirkətinin 25 faiz payını satın alıb. “GL Group” və onun strateji təşəbbüsləri haqqında ətraflı məlumatı www.gl.world saytından əldə edə bilərsiniz.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət Neft Fondunun investisiya portfelində ABŞ dollarının payı 3 faizdən çox artıb

14:57
23 İyul

Arıçılıq sahəsində yeni dövlət standartı qəbul edilib

14:56
23 İyul

ARDNF-nin “Şahdəniz” yatağından əldə etdiyi gəlirlər artıb

14:47
23 İyul

Avropa İttifaqı “Google” şirkətini 890 milyon avro cərimələyib

14:41
23 İyul

Dövlət Neft Fondunun qızıl ehtiyatları 178 min ton olub

14:24
23 İyul

Birinci yarımildə Dövlət Neft Fondunun neft-qaz gəlirləri 5 milyard manata yaxın olub

14:18
23 İyul

Dövlət Neft Fondunun aktivləri açıqlanıb

14:05
23 İyul

Emin Ağalarov: Brendləşən daşınmaz əmlak Azərbaycanın əmlak bazarının inkişafında yeni mərhələyə çevrilir

13:12
23 İyul

Nazir: “Azərbaycan Mədəniyyəti – 2040” mühüm strateji sənəddir

12:42
23 İyul

Azərbaycanın marşrut coğrafiyasını genişləndirməsi Orta Dəhlizi Avrasiya ticarətinin aparıcı xəttinə çevirir

12:29
23 İyul

Sabah Bakıda hava günəşli olacaq

12:14
23 İyul

IEA: Bu il qlobal elektrik enerjisinə tələbat 3,6 faiz artacaq

11:47
23 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

11:36
23 İyul

2026/2027-ci tədris ili üzrə 78 peşə təhsili müəssisəsində 33 min 120 plan yeri ayrılıb

11:34
23 İyul

Respublika üzrə iyul ayının pensiya ödənişi yekunlaşdırılıb

11:23
23 İyul

Lavrov və Rubio Ukrayna nizamlanmasını və ikitərəfli münasibətləri müzakirə ediblər

11:19
23 İyul

Peşə təhsili müəssisələrinə qəbul prosesi başlayıb

11:14
23 İyul

Azərbaycan - Almaniya strateji tərəfdaşlığında yeni mərhələ: Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin geosiyasi və iqtisadi əhəmiyyəti

11:08
23 İyul

Misir Ərəb Respublikasının Prezidenti Zati-aliləri cənab Əbdülfəttah əs-Sisiyə

11:03
23 İyul

Kilsədağ məbədlər kompleksində 10-dan çox bürc yeri müəyyən edilib

10:52
23 İyul

Qızıl və gümüş ucuzlaşıb

10:35
23 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!