27 Yanvar 2022 00:16
2963
SİYASƏT
A- A+
Şuşadan başlayan repressiyalar

Şuşadan başlayan repressiyalar

 

1930-cu illərdə böyük sovet imperiyasının həyata keçirdiyi repressiya siyasəti ozamankı Azərbaycan Sovet Sosialist Respublikasında (SSR) da çox ağır nəticələr verdi. Azərbaycan xalqının sinəsinə dağ çəkildi, çox dəyərli, istedadlı, vətənpərvər övladları həbs olundu, kimisi sürgünə göndərildi, kimisi də güllələndi…

 

1937-ci ilin ilk repressiya qurbanları...

 

1937-ci ildə Azərbaycan Kommunist Partiyasının VI mart tarixli plenumunda Azərbaycanda repressiya siyasətinin əsası qoyuldu. Doğrudur, sovet hakimiyyəti o vaxta qədər də öz hakimiyyətini möhkəmlətmək üçün ən sərt tədbirlərə əl atmışdı. Amma 1937-ci ildən başlayaraq repressiyaların miqyası əhəmiyyətli dərəcədə genişləndi. 1937-1938-ci illərdə repressiya qurbanlarının ümumi sayı 80 min nəfəri ötdü.

İlk qurbanlar, əsasən, rəhbər kadrlardan seçildi. Belə ki, 1920-ci ilin fevralında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvləri olan, 28 Aprel işğalından sonra ilk hökumətin tərkibinə daxil edilən Ruhulla Axundov, Əliheydər Qarayev, Mirzə Davud Hüseynov, Sultan Məcid Əfəndiyev, Qəzənfər Musabəyov, Dadaş Bünyadzadə və digər partiya rəhbərləri xalqa xəyanətdə, əksinqilabi, casusluq fəaliyyətlərində təqsirləndirildilər. Onlar həbs olundular və ölümə məhkum edildilər.

Getdikcə represiya kütləviləşdirildi. Çox keçmədi ki, yoxsul təbəqələr, hətta baş verən hadisələri dərindən dərk etməyən fəhlə və kəndlilər də bu bəlanın girdabına düşdülər. Belə ki, xalqa xəyanətdə, xarici ölkələrin orqanları ilə əlaqədə, millətçilikdə günahlandırılan yüzlərlə fəhlə və kəndli həbs olunaraq işgəncələrə məruz qaldı.

 

Bütün respublikanın kabusuna çevrilən siyasət...

 

Repressiya tufanı Azərbaycanın tanınmış qələm adamlarından da yan keçmədi. Qurbanlar arasında Hüseyn Cavid, Seyid Hüseyn, Əhməd Cavad, Mikayıl Müşfiq, Tağı Şahbazi Simurğ, Salman Mümtaz, Yusif Vəzir Çəmənzəmənli və başqaları vardı. Azərbaycan səhnəsinin məşhur aktyorları  Abbas Mirzə Şərifzadənin, Ülvi Rəcəbin də həyatına son qoydular. Bəkir Çobanzadə, Hənəfi Zeynallı, Boris Nikolayeviç Tixomirov, Əziz Qubaydullin və başqa görkəmli alimlər də sovet hakimiyyətinin repressiya siyasətinin güdazına getdilər...

Məhkumlar xalqa, dövlətə xəyanətdə, müxtəlif ölkələrin xeyrinə casusluqda, pantürkizmdə, panislamizmdə təqsirləndirilirdilər. İttihamlar qədər verilən cəzalar da ağır olurdu. Repressiya qurbanlarının ailə üzvləri və digər yaxın qohumları da “unudulmurdu”. Onlar da repressiyalara məruz qalaraq ya həbsxanada saxlanılır, ya güllələnir, ya da sürgünə göndərilirdilər.

Beləliklə, repressiya təhlükəsi sosial və milli mənsubiyyətindən asılı olmayaraq, hər kəsin başının üstünü aldı. Yalnız 1937-ci ildə Azərbaycanda  22 xalq komissarı, 49 rayon partiya komitəsinin katibi, 29 rayon icrayyə komitələrinin sədri, 57 zavod və mədən direktoru, 95 mühəndis, 110 hərbi qulluqçu, 207 sovet və həmkarlar ittifaqı işçisi, 8 professor həbs edildi. Və əksəriyyəti öldürüldü.

Beləcə, sovet hökumətinin repressiyası bütün Azərbaycanı bürüdü. 1937-ci ildə Şamaxıda Həmid Sultanov başda olmaqla, bir qrup kommunistin və bitərəfin açıq məhkəməsi baş tutdu. Gəncədə 1938-ci ildə əksinqilabçı, casus-terrorçu təşkilatın istintaq prosesinə başlanıldı. Müttəhimlər kürsüsünə çıxarılanlar keçmiş partiya işçiləri idilər. Onlar xalq düşmənləri kimi təqsirləndirilir, SSRİ-ni dağıtmağa, kapitalizm qurmağa cəhd göstəməkdə ittiham olunurdular.

 

Qarabağın mərkəzi statusundan məhrum edilən Şuşada kütləvi həbslər

 

Tədqiqatlardan gəlinən nəticələrə görə, Azərbaycan SSR-in ərazilərində gündən-günə genişləndirilən, bütün respublikada kabusa çevrilən repressiyalara, əsasən, Şuşadan başlanıldı. Xalqın aparıcı qüvvəsi, düşünən beyni olan ziyalılardan qurtulmaq qarşıya qoyulmuş əsas məqsədlərdən biri idi. Sovet hakimiyyəti repressiya siyasəti ilə bu məkrli niyyətini həyata keçirmək üçün Şuşanın sayılıb-seçilən, nüfuzlu, istedadlı, tanınmış, söz sahibi olan insanlarını, məşhur sənətkarları, hətta adi peşə sahiblərini məhv etməyə başladı.

 Hələ 1920-ci illərin kütləvi həbsləri zamanı Şuşa və onun ətraf kəndləri çox qurbanlar verməli olmuşdu. İlk qurbanlar Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəallıq göstərənlər idilər. Ümumilikdə min nəfərədək şuşalı repressiyanın güdazına getmişdi.

1920-ci ildə Azərbaycanda bolşeviklərin hakimiyyəti ələ keçirmələri Qarabağın, eləcə də Şuşanın ətraf ərazilərində yaşayan əhalinin etnik tərkibinə təsirsiz ötüşmədi. Sərt şəkildə, böyük qəddarlıqla həyata keçirilən repressiyalar Şuşa şəhərində azərbaycanlıların sayının azalması ilə nəticələndi.

Şəhərin inzibati statusu sovet hakimiyyəti dövründə bir neçə dəfə dəyişikliyə məruz qaldı. Şuşa PK(b)P MK Qafqaz bürosu plenumunun 5 iyul 1921-ci il tarixli qərarı ilə yeni yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi kimi müəyyənləşdirildi. Ancaq həmin qərar 1923-cü il iyulun 7-də həyata keçirilərkən Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Şuşa yox, Xankəndi seçildi. Sonrakı tarixi hadisələr belə düşünməyə və nəticələr çıxarmağa əsas verdi ki, bu qərar təcavüzkar ermənilərin Azərbaycana qarşı hazırladıqları planları Şuşadan reallaşdırmalarının çətinliyi nəzərə alınaraq verilib.

AK(b)P MK Rəyasət heyətinin 16 iyul 1923-cü il tarixli iclasının xüsusi qərarı ilə Şuşa şəhəri də Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil edildi. Şəhər eyni adlı rayonun və 12 kənddən ibarət Malıbəyli volostunun mərkəzinə çevrildi. Şuşanı 170 ildən artıq davam edən Qarabağın mərkəzi statusundan belə məhrum etdilər.

Sovet hakimiyyəti bu şəhərdə yaşayan əhalinin sayına və milli tərkibinə ciddi təsir göstərdi. Vaxtilə Azərbaycanın böyük və abad şəhərlərindən biri olmuş Şuşada, təxminən 50 il ərzində əhalinin sayı 3 dəfədən də çox azaldı. Belə ki, 1917-ci ildə burada 43.869 nəfər əhali yaşadığı halda, 1970-ci ildə onların sayı 13.664 nəfər oldu.

Əslində, sovet hakimiyyətinin Azərbaycanda bərqərar olması ilə başlayan və 1930-cu illərdə daha da genişlənən kütləvi həbslər respublikanın digər yerləri kimi Şuşada da böyük faciələrlə nəticələndi. Həmin illərdə həyata keçirilən repressiya siyasəti Teymur bəy Cavanşirov, Şamxal bəy Vəzirov, Əsgər Hacıyev, Məşədi Baba Quliyev, Cavanşir Rəşid Ağa, Əkbər Piriyev, Cəbiş Bəy Sədrəddinov, Cəfər Haciyev, İslam Hacıyev, Seyid Cəfər Ağamirov, Salman Ağayev və başqa şuşalıların ömrünü yarımçıq qoydu...

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!