26 May 2023 10:20
1268
Mədəniyyət
A- A+
Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir

Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir

 

Əsası 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulan, zəngin tarixi keçmişə malik olan Şuşa şəhəri Azərbaycanın mədəniyyət mərkəzi olmuşdur.
Şuşa qalası  uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur. XVIII əsrin II yarısında Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhəri özünün xalçası, ipəyi, parçası və süni qabları ilə dünya bazarlarına çıxmış, böyük şöhrət qazanmışdır.
Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Kurortlar şəhəri, muzeylər diyarı, Şərqin musiqi akademiyası sayılan bu şəhər nəinki Azərbaycanın, hətta bütün Qafqazın incisidir. 
Şuşanın etnik və tarixi-memarlıq mənzərəsini müəyyən edən bütün məscidlər, karvansaralar, hamamlar, bulaqlar, qalalar, məşhur saray və imarətlər Azərbaycan xalqına məxsusdur və məhz onun tarixi keçmişidir. Bura həm də özünün musiqiçiləri ilə şöhrət qazanmışdır. Elə buna görə də Şuşanı Azərbaycanın təbii konservatoriyası, musiqi sənətinin beşiyi adlandırırlar. 
1977-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. 
8 may 1992-ci ildə Şuşa erməni qəsbkarları tərəfindən işğala məruz qaldı. Onlar Azərbaycanın tarixi mədəni irsinə aid abidələri yerləyeksan etdilər, şəhəri tanınmaz hala saldılar. Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Üzeyir bəy Hacıbəyli, Bülbül və digər sənətkarların Şuşada yaşayıb-yaratdıqları evlər darmadağın edildi, mədəni irsinə böyük zərbələr endirildi. 
8 noyabr 2020-ci il... Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Zəfər Günü... Yaddaşlardan silinməyən həmin tarixdə Şuşa şəhəri erməni qəsbkarlarından azad edildi. 
Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə Şuşada tarixi abidələrin bərpası və yenilənməsi ilə əlaqədar bu cənnətməkanda hal-hazırda mühüm işlər görülür. Şuşa tezliklə öz əvvəlki şöhrətinə, gözəlliyinə qovuşacaq.
Prezident İlham Əliyevin 7 may 2021-ci il tarixli xüsusi sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdi. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşmanı zəruri etmişdi.
Ümummilli Lider Heydər Əliyev öz nitqində söyləyirdi ki, Şuşa təkcə şuşalılar üçün deyil, bütün Azərbaycan üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir qaladır, əziz bir abidədir.

Təranə HƏSƏNOVA,
Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin kiçik elmi işçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!