01 Mart 2025 09:50
2735
Səhiyyə
A- A+
Süni rəngləndiricilər orqanizmi zəhərləyir

Süni rəngləndiricilər orqanizmi zəhərləyir


Mağaza rəflərindəki qidaları daha iştahaaçan və gözoxşayan etmək üçün qida boyalarından istifadə edilir. Süni rəngləndiricilərin bəlkə də ən təhlükəlisi uzun müddətdir araşdırmaları aparılan "Qırmızı No.3"dür. Suda həll olan tozşəkilli bu boya eritrosin olaraq da tanınır.

Bu sintetik rəngləndirici neft əsaslı kimyəvi maddələrdən əldə edilir və minlərlə qida məhsulunda, o cümlədən şirniyyatlar, içkilər və hətta öskürək siroplarında istifadə olunur. Sağlamlıq risklərinə görə, o, ABŞ, Böyük Britaniya, Yeni Zelandiya, Avstraliya, Yaponiyada qadağan edilib, bir çox ölkələrdə istifadəsi isə ciddi şəkildə məhdudlaşdırılıb.

Qənnadı məhsullarının, konfetlərin və bəzi qəlyanaltıların tərkibində olan bu al-qırmızı boya hər yaşdan insanı özünə cəlb etsə də, onların arasında uşaqlar daha çox üstünlük təşkil edir. Mütəxəssislər bildirirlər ki, İngiltərədə aparılan tədqiqatlarda "Qırmızı No.3"ün uşaqlarda davranış problemlərini artırdığı, allergik reaksiya, hiperaktivlik, əsəbilik, diqqətsizlik və əhval dəyişikliyi kimi problemlərə səbəb olduğu aşkarlanıb.

ABŞ-nin Qida və Dərman Agentliyinin (FDA) apardığı elmi tədqiqatlarda isə onun qalxanabənzər vəzi şişlərinə səbəb olduğu müşahidə edilib. Buna görə FDA bu qatqının qida sənayesində istifadəsinin hüquqi və elmi baxımdan təhlükəli olduğunu təsdiqləyib. Qida istehsalçıları 2027-ci ilin yanvarına qədər bu boyanı məhsullarından çıxarmalı, dərman istehsalçıları isə 2028-ci ilin yanvarına qədər eyni addımı atmalıdırlar. FDA-nın bu qərarı istehlakçı hüquqlarını müdafiə edən təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Səhiyyə təşkilatları bu qərarın daha geniş qida boyalarının təhlükəsizliyinə dair müzakirələrə yol açacağına ümid edir.

Daha çox uşaqların istehlak etdiyi qidalarda istifadə olunan "Qırmızı No.3"ü aşkar etməyin müəyyən yolları var. Bunun üçün bəzən məhsulların üzərindəki etiketi oxumaq belə kifayət edir. Əgər etiketdə bu barədə heç bir məlumat yoxdursa, yaxud qida məhsulu, ümumiyyətlə, etiketsizdirsə, bəzi ipucları var ki, onunla bunu müəyyənləşdirmək mümkündür. İstehlak olunan qidanın parlaq albalı qırmızısı bunun ilkidir. Bundan əlavə, dildə və dişlərdə uzunmüddətli qalan izlər də boyanın sübutudur.

Ümumiyyətlə, süni rəngləndiricilərdən qorunmağın ən yaxşı yolu təbii alternativlərdən istifadə etməkdir. Azərbaycan mətbəxində, xüsusən Novruz bayramında qədim zamanlardan təbii qida boyalarından istifadə edilir. Əksər ailələrdə ənənənin bu gün də davam etdirilməsi sevindirici məqamdır.

Boyaq maddələrini təbii piqmentli meyvə, tərəvəz, giləmeyvə və bitki kökləri kimi təbii xammaldan istehsal etmək mümkündür. Çuğundur, soğan qabığı, qırmızı kələm, turp və paprika kimi təbii məhsullar süni boyalar əvəzinə istifadə edilə bilər. Qırmızı, çəhrayı rəngləri çuğundur, nar və moruq şirəsindən, narıncı rəngi kök və paprikadan, sarı rəngi sarıkök və zəfərandan, qəhvəyi rəngi çay, kakao, kofe və soğan qabığından əldə etmək mümkündür.

Düzdür, təbii rənglər konsentrasiya cəhətdən daha durudurlar və bu xassə onlardan daha tünd rənglər almaqda çətinlik yaradır. Təbii rəngləndiricilərdən çox istifadə etdikdə isə bu dada mənfi təsir edir. Lakin bu, sağlamlıq məsələsində elə də böyük əhəmiyyət kəsb etmir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhandan  

11:07
11 Mart

BMT-nin hesabatı: Süni intellekt uşaqlara qarşı kiberhücumları daha da artırır

10:49
11 Mart

Dünya birjalarında neft bahalaşıb 

10:41
11 Mart

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:38
11 Mart

Azərbaycan nefti 12 faizdən çox ucuzlaşıb

10:31
11 Mart

Zabuxda torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlər martın 16-dək davam edəcək  

10:26
11 Mart

Gəncədə “qara bazar”da qiyməti 1 milyon 600 min manat olan 27 kq heroin aşkarlanıb

10:17
11 Mart

ABŞ-Azərbaycan Ticarət Palatası 30 yaşını qeyd edir-YENİLƏNİB

10:11
11 Mart

Qırmızı Bazar qəsəbəsinə köçən sakin: İşğaldan azad edilmiş ərazilərdə işləyirəm 

10:08
11 Mart

Xocavənd və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb

10:02
11 Mart

Ərdoğan Zelenskiyə: İran ətrafındakı vəziyyət Ukrayna üzrə sülh səylərinə mane olmamalıdır

10:01
11 Mart

Nazir müavini: 200-dən çox ABŞ şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir

09:52
11 Mart

Timor-Leste Prezidenti Azərbaycana səfərə gəlib

09:51
11 Mart

UEFA Çempionlar Liqası: “Bavariya” səfərdə böyükhesablı qələbə qazanıb

09:50
11 Mart

Rövşən Nəcəf: SOCAR ABŞ-dəki layihələrə çıxış və pay əldə etməkdə çox maraqlıdır

09:50
11 Mart

Avropada insan alveri qurbanlarının sayı artır

09:25
11 Mart

Yaz allergiyası

09:20
11 Mart

Ədəbiyyatımızda Novruzun tərənnümü

09:15
11 Mart

Yel çərşənbəsi - təbiətin görünməz ruhu

09:10
11 Mart

Tovuzlu əkinçilərin çörəyi "ikinci çörək"dən çıxır

09:05
11 Mart

Pambıqçıların işi qurtaran deyil

09:00
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!