14 Dekabr 2022 02:27
2553
SİYASƏT
A- A+
SÜLHMƏKRLİLƏRƏ SÜLHSEVƏRLƏRİN DƏRSİ

SÜLHMƏKRLİLƏRƏ SÜLHSEVƏRLƏRİN DƏRSİ

 

34 il əvvəl Topxana harayı ilə başlanan xalq hərəkatı iki müharibədən keçdikdən sonra bu gün Laçın yolunda yeni vüsətlə davam edir

 

Deyir ayının yüz oyunu var, o da bir armudun başında.

(Əlbəttə, bütün növ ayılar nəzərdə tutulur).

Əsrlərdir ki, Qarabağı nifaq almasına çeviriblər!

Buraya köçürülən hayların, alət millət sayılan ermənilərin əli ilə!

Əsrlərdir ki, Qarabağda insanların dinc şəraitdə rahat yaşamalarına imkan vermirlər!

Çünki Qarabağı, üstəlik, Şərqi Zəngəzuru zorla Azərbaycandan alıb Ermənistana vermək istəyirlər.

Hətta bizim ərazilər hesabına Ermənistan dövləti də yaratdılar.

Sonrakı mərhələdə yenə Azərbaycandan hissə-hissə torpaq qopartmaqla Ermənistanı böyütməyə can atdılar.

Beyni "Böyük Ermənistan" mifologiyası ilə zəhərlənmiş ermənilər bununla kifayətlənmirlər, bütün qonşularına torpaq iddiaları irəli sürürlər.

Necə deyərlər, iştah diş altında olur!

Amma 2020-ci ildə 44 günlük Zəfər müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev ermənilərin XX əsrdə rəzil və şərəfsiz yollarla qazandıqlarını burunlarından tökdü!

Əgər RSK (Rusiya sülhməramlı kontingenti) araya girməsəydi, indi vəziyyət tam başqa cür olardı.

Bəli, ermənilər aşkar və "gizli" dostlarının köməyi ilə Qarabağı ələ keçirərək düz otuz il çapıb taladılar!

 O qədər qudurdular ki, nə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoydular, nə ATƏT-in Minsk qrupunu adam yerinə saydılar, nə də sülh yolu ilə bircə qarış torpaq qaytardılar!

Hətta cızıqlarından o qədər çıxdılar ki, "Qarabağ Ermənistandır və nöqtə" deyərək məsələnin bitdiyinə işarə vurdular!

"Dəmir yumruq" başlarına dəyənə qədər Allaha bəndəlik etmədilər!

***

Rusiya Prezidenti V.Putinin təşəbbüsü və zəmanəti ilə 10 noyabr 2020-ci ildə Ermənistanın kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanat imzalandı.

Sonralar daha üç dəfə üçtərəfli görüş keçirilərək bəyanatın bəndlərinin icrasına və sülh müqaviləsinin hazırlanaraq imzalanmasına sadiqlik təsdiq olundu.

Amma hələ də sülh sazişi imzalanmayıb!

Ermənistan yenə nala-mıxa vurur!

Gah KTMT-dən kömək tələb edir, gah "böyük bacısı" Fransanın yanına qaçır, gah da ABŞ-dən dəstək dilənir.

Görünən isə odur ki, Ermənistana ümid verirlər...

Təkcə ümid vermirlər, həm də silahlandırırlar və yenidən xam xəyallara düşməsinə şərait yaratmaq istəyirlər.

Hazırda Qarabağda müvəqqəti yerləşən RSK xalqları bir-birinə yaxınlaşdırmaqla deyil, sülhməkrliliklə məşğul olur:

* Hələ də Qarabağdakı qanunsuz erməni silahlı qüvvələri çıxarılmayıb!

* Hələ də RSK-nin arxasından Azərbaycan ərazilərinə güllə atılır və hər gün atəşkəs pozulur!

* Hələ də Laçın dəhlizindən Azərbaycan ərazisinə qanunsuz silah-sursat, hərbi texnika daşınır!

* Hələ də Fransadan, Rusiyadan kim istəsə, sərbəst şəkildə Xankəndiyə gəlib pozuculuq işləri aparır!

* Hələ də İran casusları və hərbçiləri bu yolla Azərbaycana gəlib, gizli işlər görürlər!

Üstəlik, Qarabağdakı qızıl, mis və molibden yataqlarımız talan edilir və çıxarılan məhsullar Laçın yolu ilə asudə şəkildə Ermənistana daşınır...

Sülhməkrlilərin havadarlığı ilə Xankəndidə köhnə qazan qaynadılır...

Ötən əsrin 90-cı illərinin ssenarisi yenidən işə salınıb...

***

Biz bu yolu bir dəfə keçmişik...

Onun əzab, əziyyət və faciələrini kifayət qədər çəkmişik!

M.Qorbaçovun razılığı ilə 1988-ci ildən başlanan "miatsum" hərəkatına Moskva rəhbərlik edirdi.

Yerli ermənilər bölgənin "iqtisadi cəhətdən zəif inkişafından" narazılıqlarını bildirirdilər.

Sonra mərkəz işi "asanlaşdırmaq" üçün "Xüsusi İdarəetmə Komitəsi" yaradaraq Qarabağı Azərbaycanın tabeliyindən çıxardı.

Moskvadan quruma rəhbər kimi göndərilən A.Volski Qarabağın Azərbaycandan qoparılması üçün mümkün olan hər şeyi edirdi.

"Moskvanın adamı" sayıldığından heç kəs ona söz deyə bilmirdi.

Bütün günü donuz əti yeyib, tut arağı vurmaqla erməni maraqlarını təmin edirdi.

***

366-cı sovet-rus polku Xocalı soyqırımını törədərək işğalın dəstəkçisi oldu.

İndi isə Moskva Xankəndiyə Vardanyanı göndərib!

Nə Ermənistan, nə də Azərbaycan vətəndaşlığı olmayan rusiyalı erməni milyarder Xankəndiyə gəlib!

Nəyə?

Pul qazanmağa?

Xankəndidə pul var ki, onu da qazana?

Bəlkə pul xərcləməyə gəlib?

Məsələn, elə sülhməkrlilərin ehtiyaclarının ödənilməsinə...

Çünki RSK elə günə düşüb ki, onun əsgərləri erməni sahibkarın taxtasını maşından boşaltmaqla qəpik-quruş qazanırlar...

Amma Vardanyan "dövlət naziri" olub Azərbaycan əleyhinə açıqlamalar verəndən, müəyyən separatçı, antisülh addımlar atandan sonra məramı tam dəqiqləşdi.

Vardanyan Volskinin işini davam etdirməyə gəlib!

Doğrudur, onun sərəncamında 366-cı alay yoxdur!

Amma görünən odur ki, RSK rusiyalı erməni milyarderin dediyini edir.

Lap sonuncu hadisələrdə olduğu kimi!

***

Ekologiyanın pozulması, faydalı qazıntı yataqlarının talan edilib daşınması ilə bağlı faktlar aşkarlandıqdan sonra mütəxəssislər, həmçinin bir qrup Azərbaycan jurnalisti və QHT təmsilçiləri Xankəndiyə gedərək general Volkovla görüşdülər və həmin mədənlərə baxış keçirmək üçün növbəti günə razılaşdılar.

Lakin Azərbaycan hakimiyyətinin nümayəndələri mədənlərə buraxılmadılar!

Azərbaycan jurnalistlərinə peşə vəzifələrinin icrasına imkan vermədilər!

Azərbaycan QHT təmsilçilərinin monitorinqinə şərait yaratmadılar!

Səbəb...

Yerli "sakinlər" mitinq keçirərək mədənlərə girişi bağlamışdılar.

RSK isə onları kənarlaşdırıb, Azərbaycanın dövlət nümayəndələrinin və vətəndaş cəmiyyəti üzvlərinin işləməsinə şərait yarada "bilmirdi"!

İnandınız?

Azərbaycana sülh yaratmağa, qarşıdurmanı aradan qaldırmağa, ermənilərlə azərbaycanlıları barışdırmağa gələn RSK "dinc" əhalinin öhdəsindən "gələ bilmirdi"!

Çünki "mitinqçilərə" Vardanyan rəhbərlik edirdi.

Çünki "müdafiəçiləri" mülki paltar geyinmiş qanunsuz erməni silahlı qüvvələrinin nümayəndələri ruhlandırırdı!

Çünki Volkov onların qarşısında gözükölgəli idi və xətirlərinə dəymək istəmirdi!

Beləliklə, general Volkov verdiyi sözün arxasından qaçdı!

Beləliklə, RSK Azərbaycandan gələn rəsmi

 və qeyri-rəsmi nümayəndələrin öz torpaqlarında işləməsinə şərait yaratmadı!

Sonrası isə sonrakı gün davam etdi!

***

General Volkov azərbaycanlı mütəxəssislərin, jurnalist və QHT təmsilçilərinin üzünə çıxa bilmədi!

Ermənilər qarşısındakı gözükölgəliyi onu azərbaycanlılar qarşısında diligödək etmişdi!

Bizimkilər ha çağırsalar da, ha səsləsələr də faydası olmadı!

General gizləndiyi yerdən çıxmadı!

***

Belədə azərbaycanlı sülhsevərlər rus sülhməkrlilərinə dərs keçməyə başladılar!

General Volkovla görüş yerini tərk etmədilər!

Dinc nümayiş yolu ilə istək və tələblərini çatdırmaqda, monitorinq aparmaqda israrlı olduqlarını təkidlə bildirdilər.

Nəticədə Laçın-Xankəndi yolu bağlandı.

***

Düz 30 ildən sonra ilk dəfə idi ki, bu yola Azərbaycan vətəndaşları sərbəst şəkildə ayaq basdılar.

Məsələnin uzandığını görüb özlərinə çadır qurdular!

30 ildən sonra bu yolun üzərində Azərbaycan bayrağı dalğalandı!

Azərbaycanın oğul və qızları bu yerlərin həqiqi sahibləri olduqlarını əyani şəkildə nümayiş etdirdilər!

***

Azərbaycanda kifayət qədər vətənpər

vər jurnalist var!

Azərbaycanda kifayət qədər vətənpərvər QHT təmsilçisi var!

Azərbaycanda kifayət qədər əliavtomatlıdan qorxmayaraq, dinc yolla mübarizə aparmaqla düşmənə qalib gəlməyi bacaran mərd və igid oğullar, qadınlar var!

Onlar gecə sübhədək qardan, şaxtadan qorxmayaraq durduqları yeri tərk etmədilər!

Sonadək, istəklərinə çatanadək mübarizələrini dinc vasitələrlə davam etdirəcəklərini söyləyirlər!

Eşq olsun xalqın vətənpərvər övladlarına!

***

34 il əvvəl Topxana harayı ilə başlanan xalq hərəkatı iki müharibədən keçdikdən sonra bu gün Laçın yolunda yeni vüsətlə davam edir!

O dövrdə başlanan xalq hərəkatı məqsədinə çata bilmədi!

Nə Topxana meşəsini qırılmaqdan qorudu, nə də Qarabağı əldə saxlaya bildi.

Üstəlik, I Qarabağ müharibəsində də uduzduq!

Xalqı qınamaq da mümkün deyil!

 ÇÜNKİ:

* O dövrdə Azərbaycan Moskvadan asılı idi.

* Azərbaycana "muştuluğumu verin, ermənilər geri qayıtdı" deyərək sevinən Ə.Vəzirov başçılıq edirdi!

* Azərbaycana "SSRİ-nin saxlanılmasına" xidmət edən referendum keçirən A.Mütəllibov prezidentlik edirdi!

* Xalqın həqiqi rəhbəri, inandığı və güvəndiyi lideri yox idi.

* Ordu yaradılmamışdı, silah-sursatsız qalmışdıq.

* Bizə rəhbərlik edənlər siyasətdən baş çıxarmayanlar, şəxsi maraqlarını güdənlər idi.

* Əsl dostumuz yanımızda deyildi, "din qardaşımız" isə aşkar-gizli formada düşmənə kömək edirdi.

Odur ki, xalq 20 min övladını şəhid versə də, torpağını qoruya bilmədi.

İndi isə vəziyyət bambaşqadır!

Azərbaycan müstəqil, güclü dövlətdir!

Azərbaycana 44 günlük Zəfər müharibəsində möhtəşəm qələbə qazandıran, 28 illik işğaldan sonra torpaqları azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərlik edir!

Demək, azərbaycanlı sülhsevərlər bu dəfə də rus və erməni sülhməkrlilərinə əsl dərs verəcəklər!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!