26 Yanvar 2023 00:41
7968
Oxucu məktubları
A- A+

Soyuq hava, odun sobası və... maraqlı kitab

 

Bizim Sədan Siyəzənin dağ kəndlərindəndir. Sakinlərinin çoxu oxumuş insanlardır. Hər il məktəbi bitirən gənclərin bir hissəsi ali məktəblərdə təhsillərini davam etdirir. 
Kəndimizin mərkəzində hamının "klub" adlandırdığı Mədəniyyət evi yerləşir. Ayda bir dəfə orada "Oxu günü" keçirilir. Tanınan yazarlar, mədəniyyət işçiləri qonağımız olurlar. Aralarında kitablarını gətirib kənd sakinlərinə hədiyyə edənlər də tapılır. 
Kitabdan söz düşmüşkən. Kəndimizdə kitabxana da var. Üzvlərinin arasında şagirdlər çoxdur. Hətta qonşu kəndlərdən də bura kitab dalınca  gəlirlər. 
Qarşıdan isə qış gəlir. Soyuq havada odun sobasının böyründə oturub kitab oxumağın özgə ləzzəti var. O ləzzət ki, uzun müddət "dad"ı nostalji hiss kimi yaddaşımızdan çıxmayacaq. 

Amin MURADZADƏ,
Siyəzən rayonunun Sədan kənd sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video