30 İyun 2026 15:31
169
CƏMİYYƏT
A- A+
Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başlamasının 6 ili tamam olur

Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başlamasının 6 ili tamam olur


Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başlamasından 6 il ötür. Prezident İlham Əliyevin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə Nizamnaməsi təsdiq edilərək fəaliyyətə başlayan Sosial Xidmətlər Agentliyi əhalinin həssas qruplarına dəstək olaraq onları ehtiyac duyduqları sosial xidmətlərlə təmin edir.

Bu barədə AZƏRTAC-a agentlikdən məlumat verilib.

Bildirilib ki, agentlik ölkənin bütün regionlarını əhatə edən filial və sosial xidmət müəssisələri vasitəsilə müxtəlif sosial qruplara aid vətəndaşlara stasionar, yarımstasionar və səyyar formada sosial xidmətlər göstərir.

Son 6 ildə qurum tərəfindən həssas əhali qruplarından olan şəxslərə 600 mindən çox xidmət (evdə sosial xidmət, mənzil və avtomobillə, sanatoriya-kurort göndərişləri ilə təminat, övladlığagötürmə, himayədar ailə, repatriasiya və s.) göstərilib. Qeyd edilən dövrdə 20 minə yaxın şəxs evlərində, 8 mindən çox şəxs agentliyin müəssisələrində sosial xidmətlərlə əhatə olunub.

Bununla yanaşı, agentliyin sifarişi ilə həyata keçirilən layihələr çərçivəsində fəaliyyət göstərən günərzi qayğı, sosial reabilitasiya və məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərində 40 minə yaxın şəxs müxtəlif sosial xidmətlərdən yararlanıb.


Regionlarda yaradılmış 158 günərzi qayğı və 130-dan çox sosial reabilitasiya mərkəzində isə həssas kateqoriyaya aid 18 minədək uşağın idrak, emosional və fiziki inkişafının dəstəklənməsi, həmçinin ilkin oxu və yazı bacarıqlarının formalaşdırılması istiqamətində ardıcıl iş aparılıb.


Ötən illər ərzində agentliyin fəaliyyəti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. Qurum müxtəlif beynəlxalq mükafatlara layiq görülüb, üç istiqamət üzrə ISO sertifikatları əldə edib. Eyni zamanda, agentliyin hazırladığı bir sıra rəqəmsal həllər və mobil tətbiqlər milli mükafatlarla təltif olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kənd təsərrüfatı nazirinin müavini Biləsuvarda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

18:04
30 İyun

Mərkəzi Bank tərəfindən ADU-da keçirilən “İqtisadi jurnalistikanın inkişafına dəstək proqramı” yekunlaşıb  

18:02
30 İyun

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

18:01
30 İyun

“Gemini”nin yeni funksiyası istifadəyə verilib  

17:57
30 İyun

11 milyard illik sirrin həlli: "Xəyalət hissəciyi"nin mənbəyi tapıldı  

17:46
30 İyun

 ABŞ - 250: amerikalılar 4 iyulu necə qeyd edəcəklər

17:33
30 İyun

Marsda "tək deyilik" deməyə əsas verən tarixi kəşf  

17:31
30 İyun

İlkay Gündoğan: Bu, böyük bir məyusluqdur

17:29
30 İyun

Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edir

17:21
30 İyun

Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsini icra edən Zati-aliləri xanım Delsi Rodriqesə  

17:20
30 İyun

Virgil van Deyk Niderlandın uğursuzluğunu şərh edib  

17:12
30 İyun

Şəxsiyyətləri müəyyənləşdirilən daha 6 itkin şəhid dəfn olunacaq

17:09
30 İyun

Süni intellekt və rəqəmsallaşma: yeni dövrün inkişaf konsepsiyası

16:55
30 İyun

TDT ölkələrinin dini məsələlər üzrə dövlət qurumlarının rəhbərləri Şuşa ilə tanış olublar

16:51
30 İyun

İran ABŞ ilə yekun danışıqlar üçün şərtini açıqlayıb

16:46
30 İyun

Azərbaycan və Qazaxıstan arasında miqrasiya sahəsində əməkdaşlıq genişləndirilir

16:19
30 İyun

Xankəndi və Xocalı sakinləri üçün yeni peşə kursu başlayıb

16:17
30 İyun

Qobustan və Şamaxı rayonlarında məhkəmə qərarları əsasında müsadirə olunmuş narkotik vasitələr məhv edilib

16:13
30 İyun

Şuşada TDT ölkələrinin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü keçirilib - YENİLƏNİB

16:07
30 İyun

Kepbanov: Türkmənistan Prezidentinin Azərbaycana səfəri strateji tərəfdaşlığın səviyyəsini təsdiqlədi  

16:02
30 İyun

Agentlik: Bu il 3455 vətəndaşa evdə sosial xidmət göstərilib

16:01
30 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!