14 Yanvar 2026 17:29
953
Mədəniyyət
A- A+
Son 20 ildə ölkə üçün xüsusi əhəmiyyət kəsb edən 36 eksponat xaricdən geri qaytarılıb  

Son 20 ildə ölkə üçün xüsusi əhəmiyyət kəsb edən 36 eksponat xaricdən geri qaytarılıb  


2003–2025-cü illər ərzində Azərbaycan Respublikasında mədəniyyət sahəsində əhəmiyyətli işlər görülüb. Kinematoqrafiyanın və kino sənayesinin inkişafına dövlət dəstəyi göstərilib, akademik, milli və aparıcı teatrların sayı artıb, ölkə ərazisində 100-dən artıq beynəlxalq festival, xarici ölkələrdə isə 60-dan çox Azərbaycan mədəniyyəti günləri, 100-dən artıq yubiley və digər mədəniyyət tədbirləri keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında yer alıb.

Bildirilib ki, mədəni irsin qorunması sahəsində də mühüm işlər görülmüş, 2003–2023-cü illər ərzində Azərbaycanın 4 mədəni və təbii irsi UNESCO-nun “Dünya irsi siyahısı”na daxil edilib, bununla da həmin siyahıda Azərbaycanın mədəni və təbii irsinin sayı 5 olub. Həmçinin Bakı, Şəki və Lənkəran şəhərləri UNESCO-nun “Yaradıcı Şəhərlər Şəbəkəsi”nə daxil edilib. Azərbaycanın 24 qeyri-maddi mədəni irs nümunəsi UNESCO-nun “Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”nda (22 nümunə) və “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı”nda (2 nümunə) yer alıb.

Bu illər ərzində ölkədə fəaliyyət göstərən muzey və qalereyalarda 42700-dən artıq sərgi açılıb, ölkə üçün xüsusi əhəmiyyət kəsb edən 36 eksponat xaricdən geri qaytarılıb, 20085 eksponat bərpa olunub.

Qeyd edilib ki, mədəniyyət sahəsində təhsil fəaliyyətini həyata keçirən müəssisələr yaradılıb, habelə son 20 il ərzində 60-dan çox mütəxəssis dövlət dəstəyi ilə xarici təhsil müəssisələrində mədəniyyət ixtisasları üzrə təhsil alıb.

Həmçinin beynəlxalq əməkdaşlığın inkişafı məqsədilə 6 xarici ölkədə (Almaniya, Avstriya, Fransa, İtaliya, Özbəkistan, Türkiyə) Azərbaycan mədəniyyət mərkəzi yaradılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada hibrid qatar idarəetmə modeli hazırlanıb  

20:46
13 Oktyabr

Alimlər adi buzdan 10 dəfə möhkəm yeni material hazırlayıblar  

20:17
13 Oktyabr

Azərbaycan–Kamboca münasibətlərinin inkişafı daha da sürətlənəcək  

19:52
13 Oktyabr

İspaniyada neandertallara aid taxta alətlərin izləri aşkar edilib  

19:45
13 Oktyabr

  Papa XIV Lev əməliyyata hazırlanır

19:35
13 Oktyabr

Laos Prezidenti Milli Məclisdə olub  

19:28
13 Oktyabr

Kosmetik vasitələrin gözlərdə ciddi zədələnmələrə səbəb olduğu üzə çıxıb   

19:18
13 Oktyabr

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

19:03
13 Oktyabr

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

18:53
13 Oktyabr

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi inteqrasiya genişlənir  

18:42
13 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb  

18:31
13 Oktyabr

Kredit tarixçəsi olmayanlara da şans  

18:30
13 Oktyabr

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

18:19
13 Oktyabr

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub  

18:17
13 Oktyabr

Alimlər hüceyrələrin cavanlaşdırılmasına nail olublar  

18:13
13 Oktyabr

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb  

18:07
13 Oktyabr

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib  

18:01
13 Oktyabr

İqtisadi Şuranın növbəti iclası olub

17:58
13 Oktyabr

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

17:56
13 Oktyabr

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

17:56
13 Oktyabr

Panamada 6 maqnitudalı zəlzələ baş verib  

17:52
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!