04 May 2024 14:53
400
İQTİSADİYYAT
A- A+

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

 

Bu gün iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, SOCARın prezidenti Rövşən Nəcəf və Müşahidə Şurasının üzvləri şirkətin “Neftçi” mənzil-tikinti kooperativi tərəfindən inşa olunan yaşayış kompleksində görülən işlərlə tanış olublar.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, Bakının Səbail rayonunda Bibiheybət ərazisində yerləşən yaşayış kompleksində tikinti işlərinə 2020-ci ildə başlanılıb. Yaşayış kompleksində ümumilikdə 676 mənzildən ibarət səkkiz binanın inşası nəzərdə tutulub. 2023-cü ildə inşası tamamlanmış 17 mərtəbəli iki binada birotaqlı, ikiotaqlı və üçotaqlı olmaqla, ümumilikdə 252 mənzil var. Mənzillər tam təmir olunub, kommunal xidmətlərlə təchiz edilib. Kompleksdə digər altı binanın inşası davam edir.

Müşahidə Şurasının üzvləri və sakinlər arasında keçirilən görüşdə Prezident İlham Əliyev tərəfindən neft-qaz sənayesi işçilərinin sosial təminatı və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasının daim diqqət mərkəzində saxlanıldığını vurğulanıb. Neftçilərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyi qeyd edilib.

Ötən il mənzil növbəsində olan SOCAR əməkdaşları arasında inşası tamamlanmış binalardakı evlərin bölgüsü aparılıb. Yeni mənzil sahibləri arasında birinci və ikinci Qarabağ müharibələrində iştirak etmiş SOCAR əməkdaşları da var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video