10 May 2024 10:05
2098
SİYASƏT
A- A+
Qüdrətli Azərbaycan Ordusunun yaradıcısı

Qüdrətli Azərbaycan Ordusunun yaradıcısı

 

Bəşər yaranandan həmişə belə olub: xalqının, millətinin taleyində misilsiz xidmətləri olan böyük şəxsiyyətlər heç vaxt unudulmayıb. Onlar daim yaddaşlarda yaşayıb, tarixin bütün dönəmlərində zaman-zaman ehtiramla xatırlanıblar. Bu cür böyük tarixi şəxsiyyətlər isə dünyaya yüz ildən, min ildənbir gəlir. Ümummilli Lider Heydər Əliyev xalqımızın tarixində, taleyində mühüm və əvəzsiz yeri olan belə böyük şəxsiyyətlərdəndir. 
Azərbaycanlı olmağı ilə həmişə fəxr edən Ulu Öndər bütün ömrünü xalqının rifahına, Azərbaycanı qurub yaratmağa və dünyada tanıtmağa sərf etdi, bacarığını, qüvvəsini dövlət quruculuğuna yönəltdi. Və son nəticədə istəyinə, amalına nail oldu - güclü, qüdrətli və yenilməz bir dövlət qurdu, tarixin səhifələrində heç vaxt pozulmayan dərin izlər qoydu. Buna görə də xalqın əbədi ehtiramını, hörmətini və sevgisini qazandı. 
1991-ci il Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə ictimai-siyasi vəziyyət çox gərgin idi. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması haqqında qərar qəbul olunsa da, heç bir iş görülmürdü. Hər şey kağız üzərində qalmışdı. 
Ozamankı iqtidarın dövründə ölkədə yaranan xaos və özbaşınalıq ordu quruculuğuna da mənfi təsir göstərirdi. O dövrdə hakimiyyətdə olanların dövlətçilik təcrübəsi, dövləti idarə etmək qabiliyyətləri yox idi. Ona görə də hər yerdə özbaşınalıq hökm sürürdü. Bundan istifadə edən erməni işğalçıları addım-addım torpaqlarımızı ələ keçirirdilər. Yeni qurulmağa başlayan orduda baş alıb gedən özbaşınalıq, vahid komandanlığın olmaması ərazilərimizin 20 faizinin işğalı, bir milyondan çox vətəndaşımızın ata-baba yurdundan didərgin düşməsi ilə nəticələndi.       
1993-cü ilin iyununda isə ölkədə vəziyyət gərgin xarakter aldı. Yenicə müstəqillik qazanmış Azərbaycan dövləti dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı. Zaman və vəziyyətin ağır durumu, həyatın özü tələb edirdi ki, xalqı bu fəlakətdən qurtarmağa qadir olan bir şəxsiyyət hakimiyyətə gəlsin. Məhz ölkəmiz, Vətənimiz üçün belə çətin və keşməkeşli  bir zamanda milyonların dəvəti və təkidi ilə Heydər Əliyev hakimiyyətə qayıtdı. 
Ulu Öndərin hakimiyyətə qayıdışı və dövlətçiliyimizi inkişaf etdirməsi ölkəmizin hər bir vətəndaşını sevindirdi. Bütövlükdə isə Azərbaycan xalqı bu tarixi qayıdışı böyük ümidlə qarşıladı. Və xalq yanılmamışdı. Çox çəkmədi, Azərbaycan  dövlətçiliyinin bərpası yolunda inamlı və uğurlu dönüş yarandı. Ümummilli Liderin qətiyyəti, sarsılmaz iradəsi sayəsində ölkədə sabitlik bərqərar olundu, xaosun qarşısı alındı, sivil, demokratik inkişaf yolu seçildi, islahatlar aparıldı. Bu nailiyyətləri saymaqla, yazmaqla qurtaran deyil. Sonrakı hadisələr və quruculuq işləri bir daha sübut etdi ki, 1993-cü ilin iyun hadisələri zamanı xalq Ulu Öndəri hakimiyyətə dəvət etməkdə yanılmayıb. 
Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğu istiqamətində də inamlı addımlar atıldı. Ulu Öndər 1993-cü il noyabr ayının 2-də radio və televiziya ilə çıxış edərək, ölkədə yaranmış vəziyyətlə bağlı Azərbaycan xalqına tarixi müraciət etdi. Azərbaycan övladlarını ordu sıralarına, yurdumuzun müdafiəsinə səslədi. Qısa müddət ərzində yüzlərlə, minlərlə vətənpərvər gənc ordu sıralarına yazıldı. Onlar silaha sarılaraq, torpaqlarımızın müdafiəsinə qalxdılar. Təcavüskar Ermənistanın torpaqlarımızı işğal etməsinə yalnız Heydər Əliyevin Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi cəbhə bölgələrinə səfərlərindən, zabit və əsgərlərlə görüşündən sonra son qoyuldu. Onun cəbhə xəttinə gəlişi, çıxışları, dəyərli və qiymətli tövsiyələri hərbçilərin qələbə əzmini daha da artırdı, döyüş ruhunu yüksəltdi. 
1994-cü il may ayının 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqqında müqavilə imzalandı. Bundan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi. Uğurla həyata keçirilən islahatlar nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatı getdikcə yaxşılaşdı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı artdı, döyüş ruhu, qələbə əzmi yüksəldi. Bu gün tam inamla demək olar ki, muasir müstəqil dövlətimizin memarı və qurucusu olan Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır.
Ümummilli Lider hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. 1997-2001-ci illərdə zabit heyətinin təkmilləşdirmə kurslarının, C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının (2004-cü ildən Heydər Əliyev adına Hərbi Lisey), ehtiyat zabitlərin hazırlıq kursunun və Azərbaycan Tibb Universitetində Hərbi tibb fakültəsinin yaradılması da Silahlı Qüvvələrin peşəkar, bilikli, Vətəninə, xalqına sadiq hərbçilərlə təmin olunmasında  böyük əhəmiyyət kəsb etdi.  
 Ulu Öndər Heydər Əliyev dövlətimizin nüfuzunu beynəlxalq aləmdə yuksəltdikdən sonra Silahlı Qüvvələrimizin də dünya ölkələrinin ordularına inteqrasiya etməsinə şərait yarandı. Həyata keçirilən uğurlu islahatlar nəticəsində ordumuzun beynəlxalq əlaqələri qısa vaxt ərzində möhkəmləndi. Ümummilli Liderin təşəbbüsü ilə Silahlı Qüvvələrimizin tərkibində formalaşan sülhməramlı taborun şəxsi heyəti Kosovoda, Əfqanıstanda və İraqda sülhün qorunmasında fəal iştirak etdi. Bütün bunlar ordumuzun beynəlxalq aləmdə artan nüfuzunun bariz nümunəsidir. Orduda xidmət edən hərbçilər xidmətləri ilə belə dəyərli nümunələrin sayını artırmağa çalışırlar. 
Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında başqa sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də uğurlu islahatlar həyata keçirilir. Ordumuzun döyüş hazırlığının daha da artırılması ilə bağlı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin verdiyi bütün əmr və tapşırıqlar Müdafiə Nazirliyi rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır və yüksək səviyyədə icra olunur. Ordumuz gücünü, qüdrətini gündən-günə daha da artırır. Dünyanın hər bir xalqının öz xilaskar ordusu ilə öyünməyə, qürur duymağa haqqı var. Qəhrəman Azərbaycan xalqı da öz ordusu ilə öyünür, fəxr edir. Çünki Azərbaycan Ordusu müstəqilliyimizin və ərazi bütövlüyümüzün ən etibarlı təminatçısıdır.
Qüdrətli Azərbaycan Ordusu bunu Vətən müharibəsində dünyaya göstərdi. 27 sentyabr 2020-ci ildə Ermənistan ordusu müxtəlif istiqamətlərdən mövqelərimiz üzərinə hücuma keçdi. Prezident İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı başladı. Ordumuzun hissələri bu qəfil həmlənin qarşısını qətiyyətlə aldı. Döyüşlərin elə ilk dəqiqələrindən ordumuzun hissələri əks-hücum əməliyyatlarında üstünlük qazanaraq düşmənə sarsıdıcı zərbələr endirdi. İşğalçılar bu dəqiq və sarsıdıcı zərbələrin, güclü əks-hücumların qarşısında tab gətirməyərək 28 ildən bəri əllərində saxladıqları və xeyli möhkəmləndikləri mövqelərdən qaçmağa məcbur oldular. Qüdrətli Azərbaycan Ordusu Ermənistanı diz çökdürdü. 
Vətən müharibəsinin davam etdiyi günlərdə Azərbaycan xalqı müstəqilliyinin təminatçısı olan ordusundan hər gün qələbə xəbərləri eşidirdi. Azərbaycan Ordusu, Azərbaycan əsgəri bununla xəyalları gerçəkləşdirirdi. Silahlı Qüvvələrimizin şəxsi heyəti Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qanı və canı bahasına uzun illər ermənilərin tapdağında qalmış torpaqlarımızı azad etdi. Sentyabr ayının 27-də başlanan Vətən müharibəsi 10 noyabr 2020-ci ildə Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Azərbaycan Ordusu ölkənin müstəqilliyinin təminatçısı olduğunu bir daha sübut etdi. Zabit və əsgərlərimiz döyüş meydanlarında böyük hünər və rəşadət göstərərək, adlarını xalqımızın qəhrəmanlıq tarixinə böyük hərflərlə yazdılar. Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu ordu Vətən müharibəsində Zəfər çaldı. 

Vahid MƏHƏRRƏMOV, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

02:15
27 Dekabr

“Sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:14
27 Dekabr

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 39.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, müraciət edilməsi və müraciətə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında

02:13
27 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 488 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:12
27 Dekabr

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti tabeliyində olan struktur idarələrə müxtəlif növ kabellərin satın alınması məqsədilə müsabiqə elan edir 

02:11
27 Dekabr

Vyanada təyyarə qəzası qurbanlarının xatirəsi anılır  

23:16
26 Dekabr

Zalsburq Azərbaycan Evində təyyarə qəzası ilə əlaqədar xatirə guşəsi yaradılıb  

22:38
26 Dekabr

Azərbaycanın Küveytdəki səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb  

21:36
26 Dekabr

Aktau yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə ikinci “qara qutu” tapılıb

21:33
26 Dekabr

“Embraer 190” təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirilib VİDEO  

21:08
26 Dekabr

AZAL: Təyyarə qəzasında həlak olanların hər birinin ailəsinə 40 min manat kompensasiya ödəniləcək VİDEO  

21:05
26 Dekabr

Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Rumıniyada ehtiramla anılır  

21:02
26 Dekabr

Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb  

20:58
26 Dekabr

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Gürcüstanda ehtiramla anılıb  

20:44
26 Dekabr

Aktauda qəzaya uğramış təyyarədən sağ çıxan sərnişin stüardessanın şücaətindən danışıb  

20:38
26 Dekabr

Səhiyyə nazirinin müavini: Üç nəfər ağır vəziyyətdə olan yaralının müalicəsi Aktau şəhərində davam edir

20:27
26 Dekabr

Tacikistanın xarici işlər naziri Azərbaycan səfirliyinə gedərək başsağlığı verib  

20:16
26 Dekabr

Təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi bu gün Bakıya gətiriləcək 

20:05
26 Dekabr

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalodan  

19:56
26 Dekabr

Təyyarə qəzası ilə əlaqədar Milli Məclisin ünvanına çoxsaylı başsağlıqları gəlib  

19:36
26 Dekabr

Azərbaycanın Batumidəki baş konsulluğunda xatirə kitabı açılıb  

19:35
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!