05 Sentyabr 2023 22:22
1815
PARLAMENT
A- A+
Slovakiya Milli Şurasının sədri: Beynəlxalq hüquq və ədalət Azərbaycanın tərəfindədir

Slovakiya Milli Şurasının sədri: Beynəlxalq hüquq və ədalət Azərbaycanın tərəfindədir

 

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 5-də ölkəmizdə səfərdə olan Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətini səmimiyyətlə salamlayan Milli Məclisin sədri qonaqları Slovakiya Respublikasının milli bayramı - Konstitusiya Günü münasibətilə təbrik edib, Azərbaycanla Slovakiya arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərindən söz açıb, iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini, əlaqələrin bundan sonra da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu söyləyib.

Bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edəcək Azərbaycan ilə Slovakiya arasında əlaqələrin müsbət dinamikasından məmnunluğunu ifadə edən spiker, Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclasında ölkəmizin Slovakiya Respublikasında səfirliyinin təsis olunması haqqında qanun layihəsinin qəbul edildiyini diqqətə çatdırıb. Spiker səfirliyin açılmasının ikitərəfli münasibətlərin dərinləşməsinə müsbət töhfələr verəcəyinə əminliyini ifadə edib.

Spiker Sahibə Qafarova iqtisadi münasibətlərdən danışarkən Azərbaycanla Slovakiya arasında yaradılmış birgə İşçi qrupunun gələcək fəaliyyətinin ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyini bildirib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu qeyd edən parlamentin spikeri, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın perspektivlərindən danışıb, Slovakiyanın “Həmrəylik Halqası” STRING layihəsindəki iştirakının gələcək əməkdaşlığımızda yeni səhifə açacağını deyib.

Sıx təmasların və mədəni əlaqələrin möhkəmləndirilməsi, iki ölkənin regionları arasında əlaqələrin qurulması və inkişafına toxunan spiker Sahibə Qafarova gələcəkdə Şuşa və Trençin şəhərlərinin qardaşlaşmış şəhərlərə çevrilməsinin qarşılıqlı anlaşma və etimadın daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə inamını ifadə edib.

Parlamentlərarası əlaqələrin hazırkı vəziyyətini müsbət səciyyələndirən Sahibə Qafarova, qanunverici orqanlar arasındakı əməkdaşlığın inkişafında parlamentlərin dostluq qruplarının üzərinə düşən vəzifələrdən danışıb, dostluq qruplarının müntəzəm qarşılıqlı səfərlərinin təşkil olunmasının, əməkdaşlığa dair geniş fikir mübadiləsinin aparılmasının vacibliyindən söz açıb.

Spiker hazırda regionda mövcud olan vəziyyət barədə də qonağa məlumat verib. Laçın yolu ətrafında Ermənistanın apardığı yalan və uydurma təbliğata diqqət çəkən Milli Məclisin sədri vurğulayıb ki, Laçın yolu açıq olub və indi də açıqdır. Orada hər hansı blokadadan söhbət gedə bilməz. Laçın yolu Azərbaycanın ərazisidir. Spiker Sahibə Qafarova Azərbaycanın Xankəndi şəhərinə və ətraf kəndlərə humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif etdiyini, amma təəssüf ki, Ermənistanın bu yoldan istifadə etmək istəmədiyini qonağın diqqətinə çatdırıb. Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan vətəndaşları olduqlarını bildirən Sahibə Qafarova xatırladıb ki, onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində lazımi addımlar atılır. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin də dəfələrlə dediyi kimi, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar.

Azərbaycan parlamentində olmaqdan məmnunluğunu bildirən Boris Kollar ölkəmizə səfərinin məqsədi və Prezident İlham Əliyevlə bu gün keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb. Qonaq Azərbaycanla Slovakiya arasında münasibətlərin hazırkı durumundan məmnunluğunu bildirib, yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini diqqətə çatdırıb. O, parlamentlərarası əlaqələrin inkişafında qarşılıqlı səfərlərin intensivləşdirilməsinin və parlament komitələri arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyinə də toxunub.

Söhbət zamanı Boris Kollar Azərbaycanda mövcud olan tolerantlıq və multikulturalizmin digər ölkələrə nümunə ola biləcəyini ifadə edib. Beynəlxalq hüququn və ədalətin Azərbaycanın tərəfində olduğunu vurğulayan qonaq, Ağdam rayonunda Slovakiya tərəfindən həyata keçiriləcək “Ağıllı kənd” layihəsi barədə məlumat verib, ölkəsinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında iştirakından məmnunluğunu bildirib. İqtisadi əlaqələrin inkişafından danışan Boris Kollar bu sahədə sahibkarlar arasındakı əməkdaşlığın genişləndirilməsinin perspektivləri barədə fikirlərini bölüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!