09 Fevral 2025 08:10
577
SİYASƏT
A- A+
Siyasi riyakarlığın mərkəzinə çevrilmiş qurumun sonu

Siyasi riyakarlığın mərkəzinə çevrilmiş qurumun sonu


Tramp hakimiyyətinin USAID-in layihələrini dayandırması gözlənilən idi


"Müasir dünyanın ən ciddi bəlasına çevrilən və durmadan qol-qanad açan siyasi riyakarlıq ölkələri və xalqları yeni fəlakətlərə aparır. Beynəlxalq hüquq normalarını, demokratiyanı, insan haqlarını ayaqlar altına atan Bayden, Makron, Şolts, Blinken, Ursula fon der Lyayen kimi başa bəla dövlət rəhbərləri, siyasətçilər son illər dünyanın sülh, əmin-amanlıq nizamını pozmuşdular, müharibələrə, qarşıdurmalara, insan qırğınlarına rəvac vermişdilər".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Deputat bildirib ki, Avropa İttifaqı, Qərbin bəzi parlamentləri, senatlar, konqreslər bu zalım siyasətçilərin oyuncağına çevrilib. Onların təzyiqi ilə istənilən saxta qərarlar, qətnamələr qəbul olunurdu. Müstəqilliyini qorumaq, suverenliyini tam bərpa etmək istəyən, böyük dövlətlərin dedikləri ilə oturub durmayan, onlara baş əyməyən ölkələr təhdidlərlə, maneələrlə qarşılaşırdılar. Rusiya-Ukrayna, Fələstin-İsrail müharibələri, Suriya qarşıdurmaları, bir çox ölkədə çevriliş cəhdləri bu günün reallığıdır. Bu və digər fəlakətlər bilavasitə Qərbin vasitəsilə törədilir, demokratiya, insan hüquqları adı ilə pərdələnir. "Azərbaycan da uzun illərdir bu hadisələrin mərkəzindədir və siyasi riyakarlıqla üz-üzədir. Torpaqlarımızın 30 il erməni təcavüzünə məruz qalması, bir milyondan çox soydaşımızın illərlə çətin vəziyyətdə yaşaması, şəhər və kəndlərimizin xarabazarlığa çevrilməsi insan azadlıqlarından, ədalətdən-haqdan danışan Qərbi bir an belə düşündürmədi, narahat etmədi. Qərb Azərbaycana hüquqlarının bərpası üçün dəstək vermək əvəzinə, əksinə, təcavüzkarı, faşist Ermənistanı alqışladı, ona silahla, pulla kömək göstərdi. İşğal altında olan torpaqlarını öz gücünə azad edən, erməni cəlladlarını ərazilərindən çıxaran Azərbaycana qarşı dünən və bu gün yönəldilən təhdidlər, təsirlər siyasi riyakarlığın aydın ifadəsidir", - deyə siyasətçi əlavə edib.

Deputat vurğulayıb ki, bu təsirlər Avropanın bəzi ölkələrinin demokratiyanı deyil, separatizmi, təcavüzü, müharibəni dəstəklədiyini və yeni fəlakətlərə rəvac verdiyini bir daha göstərir. Ermənistanın müasir silahlarla təmin edilməsi, təcavüzkar dövlətə külli miqdarda vəsaitin ayrılması, hərbi məsləhətçilər göndərilməsi buna sübutdur. Bu ölkələr Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında maraqlı deyillər və əslində, onun uzadılmasının tərəfdarıdırlar. Bayden Administrasiyasının Ermənistana 65 milyon dollar, Qərbin Sülh Fondu bəhanəsi ilə 10 milyon avro ayırması, ABŞ ilə Ermənistan arasında strateji müttəfiqlik sazişinin imzalanması, Makron hakimiyyətinin açıq-aşkar təcavüzkara dəstək verməsi, silah göndərməsi regionda  müharibənin yenidən başlamasına göstərilən cəhdlərdir.

Avropa İttifaqının, Qərbin, Brüsselin Ermənistan qarşısında qoyduğu vəzifələr hamıya bəllidir: bu ölkə KTMT-dən çıxmalı, NATO ilə əməkdaşlığı genişləndirməli, Azərbaycanla sülh müqaviləsi imzalamamalıdır. Bu məqsədlə də Avropa İttifaqının mülki müşahidə missiyasının Azərbaycan-Ermənistan şərti sərhədində fəaliyyət müddəti uzadılır. Vaxtı çatmış bu missiya, əslində, casus şəbəkəsidir və sərhədlərdə təxribat törətməklə məşğuldur. Casus şəbəkəsinə imkan yaradan, silahlanmaya, revanş götürməyə can atan, onun-bunun kölgəsinə sığınıb oyunbazlıq edən, sülh müqaviləsini imzalamaqdan çəkinən isə Ermənistan rəhbəri Nikol Paşinyandır.  Komitə sədri qeyd edib ki, Paşinyan reallıqları görmür, hadisələrin gedişini qiymətləndirməyi bacarmır və daha doğrusu, dərk etmir: "Artıq Bayden, Blinken hakimiyyəti yoxdur, Fransa, Makron çətin durumdadır, Soros, USAID kimi dayaqları sarsılıb məhv olmaqdadır. Hər kəsə yaxşı məlumdur ki, Paşinyan Sorosun bilavasitə maliyyə dəstəyi ilə hakimiyyətə gəlib, USAID-in ayırdığı ianələr ilə qidalanır. Hələ 1990-cı illərdən Ermənistan aclıq və səfalət içərisində çabalayanda USAID erməni xalqına ianələr ayırmağa başlayıb. Dilənçilikdən məharətlə istifadə edən ermənilər uzun illərdir bu casus şəbəkəsinin maliyyəsindən gen-bol istifadə edir və bu pulları məkrli planların qurulmasına xərcləyirlər". 

Deputat vurğulayıb ki, USAID-in bağlanması Azərbaycanda və Gürcüstanda razılıqla qarşılanır və bu, təsadüfi deyil. Çünki bu riyakar təşkilat hər iki ölkədə qarşıdurmaların baş verməsinə çalışıb, bunun üçün pullar ayırıb, dönük insanları özünə cəlb edə bilib. Cənubi Qafqazda çirkin məqsədlərini həyata keçirmək üçün USAID bütün vasitələrə əl atıb. Azərbaycan Prezidenti İlham Əliyev hələ bir neçə ay bundan əvvəl bu təşkilatın yaramaz fəaliyyətini diqqətə çatdıraraq, onun məkrli məqsədlərə xidmət etdiyini göstərib. Gürcüstanda uzun müddət davam edən münaqişələrin, etirazların əsas təşkilatçılarından biri məhz USAID-dir. Qonşu ölkədə seçkilərin pozulmasına, insanların küçələrə çıxmasına bu təşkilat milyonlarla dollar vəsait ayırıb. Təşkilatın ümumilikdə 6200 jurnalist və 279 jurnalistika sahəsində fəaliyyət göstərən QHT-lərə maliyyə ayırdığı məlumdur. Bundan başqa, yad dəyərlərin geniş yayılmasına çalışaraq, müxtəlif ölkələrdə LGBT-yə aid təşkilatları maliyyələşdirib. Buna misal olaraq, Qvatemalada cinsin dəyişdirilməsi və LGBT fəallığına 2 milyon dollar ayırmasını göstərə bilərik.  

Artıq Soros və USAID-in məhv olmaqda olduğunu deyən T.Rzayev bildirib ki, Makron hakimiyyəti öz başının hayındadır. Amerikanın Ermənistana münasibəti əvvəlki illərdən fərqlidir. Belə bir vəziyyətdə Ermənistanın müharibə cəhdi erməni xalqını məhvə, dövləti fəlakətə aparır. "Ermənistan hakimiyyəti bir həqiqəti dərindən anlamalı və bilməlidir ki, 44 günlük müharibədə, 23 saatlıq antiterror tədbirlərində onu müharibəyə qızışdıranlar, sülhdən yayındıranlar döyüşlər başlayanda geri çəkildilər və erməniləri tək qoydular. Çünki onlar Azərbaycan Prezidentinin düşünülmüş siyasətinə, ordumuzun gücünə, xalqımızın birliyinə yaxşı bələd idilər. Əslində, onlar Cənubi Qafqazda möhkəmlənmək üçün erməniləri oyuna salmışdılar. Həmin oyunlar yenə davam edir və oyunçular meydandadır", - deyə komitə sədri əlavə edib. 

Deputat qeyd edib ki, Ermənistan bu davanın, mübarizənin əvvəlkindən daha fərqli, dəhşətli olacağını və təcavüzkar dövlətin Yer üzündən silinməsini reallaşdıracağını anlamalıdır.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!