19 Noyabr 2026 16:22
122
CƏMİYYƏT
A- A+
Sitrusçuluq, çayçılıq və çiyələk əkini ilə məşğul olan fermerlərin təklifləri dinlənildi  

Sitrusçuluq, çayçılıq və çiyələk əkini ilə məşğul olan fermerlərin təklifləri dinlənildi  


Masallının Mahmudavar kəndində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində sitrus meyvəçiliyi, çayçılıq və çiyələk əkini ilə bağlı rayon müşavirəsi keçirilib.

Rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, ərazi nümayəndəlikləri, bələdiyyə sədrləri, 200-dən çox sahibkar və fermerin iştirak etdikləri tədbirdə çıxış edən RİH-in başçısı Araz Əhmədov ölkəmizdə qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb: “Aqrar sahədə həyata keçirilən ardıcıl tədbirlər, fermerlərə göstərilən dövlət dəstəyi, müasir texnika və avadanlıqlara çıxış imkanlarının genişləndirilməsi, subsidiya və güzəşt mexanizmlərinin tətbiqi kənd təsərrüfatının inkişafına mühüm təkan vermişdir. Bu siyasətin davamı olaraq cari il mayın 25-də Prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün dövlət proqramının təsdiq edilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalanmışdır. Yeni dövlət proqramı qarşıdakı illərdə aqrar sahənin inkişafı üçün mühüm hədəflər müəyyən edir. Proqramın əsas məqsədi kənd təsərrüfatında məhsuldarlığın artırılması, müasir və intensiv istehsal modelinə keçidin sürətləndirilməsi, torpaq və su ehtiyatlarından səmərəli istifadə, məhsul istehsalı ilə emal arasında əlaqələrin gücləndirilməsi və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsidir”.

Məruzə ilə çıxış edən Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyev isə rayonda kənd təsərrüfatına yararlı 32 min 519 hektar torpaq sahəsi, onun 24  min 907 hektarının əkin torpaqları, 10 min 197 hektarın isə suvarılan torpaqlar olduğunu xatırladıb. Bildirib ki, rayonun torpaq-iqlim şəraiti çayçılığın, sitrus meyvəçiliyinin və digər bağçılıq sahələrinin inkişafı üçün əlverişli imkanlar yaradır. S.Nuriyev əlavə olaraq digər əkin növləri və məhsuldarlıq barədə də müşavirə iştirakçılarına geniş məlumat verib.

Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Akif Həmidov çıxışında qeyd edib ki, başçılıq etdiyi kollektivin əsas fəaliyyət istiqamətləri əhalinin və abonentlərin içməli su və kanalizasiya xidmətləri ilə təmin edilməsi, kənd təsərrüfatı bitkilərinin suvarma suyuna olan tələbatının ödənilməsi, eləcə də rayon ərazisində mövcud suvarma şəbəkələrinin istismarının təşkili və onlara nəzarətin həyata keçirilməsindən ibarətdir: “Rayon ərazisində 10 min 131 hektar əkin sahəsinin suvarma suyuna olan tələbatı idarəmizin balansında olan Viləşçay su anbarı, Babaser su anbarı, sututarlar və artezian quyuları vasitəsilə təmin olunur. Suvarma suyunun itkisiz və maneəsiz su istifadəçilərinə çatdırılması üçün idarənin Xırmandalı, Həsənli, Köçəkli, Qarğalıq, Xıl, Göyəçöl, Boradigah, Babaser və digər kəndlərində olan suvarma kanallarında lildən təmizlənmə, sahilbərkitmə işləri görülüb. Hazırda da bu istiqamətdə işlərimiz davam edir”.

Müşavirədə Aqroservis ASC Masallı-Yardımlı rayon bölməsinin rəhbəri Hikmət Xəlilov qurumun mineral gübrələrə, texnikaya və onlara uyğun aqreqatlara olan tələbatın ödənilməsi istiqamətində görülmüş işlər barədə məlumat verib.

Sahibkar və fermerlərdən “Baba Bulağı” MMC-nin direktoru Zəmanə Babayeva-Cəfərzadə sitrus meyvəçiliyi və çayçılıq, eləcə də “Hacıoğlu-2023” MMC-nin nümayəndəsi Allahyar Muradov çiyələkçilik barədə görülmüş işlər, qarşıya qoyulmuş hədəflər və mövcud istehsal gücü barədə məlumat veriblər.

Diskusiya şəraitində keçən müşavirədə sahibkarları və torpaq mülkiyyətçilərini maraqlandıran suallara cavab verilib, onların təklifləri dinlənilib. 

Seyran CAVADOV, 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sitrusçuluq, çayçılıq və çiyələk əkini ilə məşğul olan fermerlərin təklifləri dinlənildi  

16:22
19 Noyabr

Si Cinpin: Çin, Rusiya və ABŞ liderlərinin görüşü məhsuldar olub

16:13
19 Noyabr

Polşanın hərbi təhsil üzrə nümayəndə heyəti Azərbaycana səfər edib  

16:12
19 Noyabr

Gəncədə “Mənəvi dəyərlər” həftəsi çərçivəsində növbəti tədbir   

16:04
19 Noyabr

Belçikada iğtişaşlara qarşı yeni hərbi polis bölməsi yaradılır

16:03
19 Noyabr

Nadir genetik xəstəlik immun sisteminin gizli qüsurunu üzə çıxarıb  

16:00
19 Noyabr

Dövlət Sosial Müdafiə Fondunun vətəndaşlara göstərdiyi 79 xidmətdən 78-i elektronlaşdırılıb  

15:58
19 Noyabr

Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü münasibətilə tədbir keçirilib  

15:07
19 Noyabr

Prezident: Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir  

15:05
19 Noyabr

Tbilisidə baş verən partlayışda 7 nəfər itkin düşüb

15:01
19 Noyabr

“Şəki” sərhəd dəstəsinin ərazisində müasir komendantlıq binası istifadəyə verilib  

14:52
19 Noyabr

Putin Rusiya, ABŞ və Çinin münaqişələrin həllində ortaq maraqlarını qeyd edib  

14:44
19 Noyabr

Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırıb  

14:23
19 Noyabr

Prezident İlham Əliyev: Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır  

14:16
19 Noyabr

Azərbaycan və Xüsusi Olimpiya Avropa-Avrasiya regionu arasında əməkdaşlıq müzakirə olunub  

14:13
19 Noyabr

Azərbaycan Prezidenti: Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir

14:09
19 Noyabr

Prezident İlham Əliyev: Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir  

14:08
19 Noyabr

Soltanlı kəndində daha 16 ailəyə evlərinin açarları təqdim olunub  

14:04
19 Noyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb - PROQNOZ

13:27
19 Noyabr

Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib 

13:27
19 Noyabr

Azərbaycan-Türkmənistan qardaşlıq münasibətləri uğurla inkişaf edir  

13:01
19 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!