16 Noyabr 2024 13:13
135
COP29
A- A+
Səudiyyə Ərəbistanı mediası COP29 çərçivəsində imzalanan sənədlərdən yazıb  

Səudiyyə Ərəbistanı mediası COP29 çərçivəsində imzalanan sənədlərdən yazıb  

Səudiyyə Ərəbistanı Krallığının nüfuzlu qəzetlərində (“Əş-Şərq Əl-Avsət”, “Əl-Mədinə”, “Əl-Yaum”, “Əl-İqtisad”, “Əl-Əxbariyya”) Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Səudiyyə Ərəbistanı Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanan mühüm sənədlər haqqında xəbərlər dərc olunub.

Ölkəmizin Səudiyyə Ərəbistanındakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, bu materiallarda COP29 tədbiri çərçivəsində “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi”ndə Səudiyyə Ərəbistanı Krallığının iştirakını təmin edən və Azərbaycanla yaşıl enerji əməkdaşlığını genişləndirən bir neçə sənədin imzalandığı qeyd olunub.

Səudiyyə Ərəbistanı mediası diqqətə çatdırıb ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin iştirakı ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev, Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri şahzadə Əbdüləziz bin Salman Əl Səud tərəfindən “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Özbəkistan Respublikası və Səudiyyə Ərəbistanı Krallığının energetika nazirlikləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində İcra Proqramı” imzalanıb. İmzalanan digər sənədlər “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi arasında Enerji Əməkdaşlığı üzrə Yol Xəritəsi” və “Səudiyyə Elektrik Şirkəti (SEC) ilə “AzərEnerji” ASC arasında elektrik enerjisi sahəsində bilik və təcrübə mübadiləsi üzrə Anlaşma Memorandumu”dur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İqlim üzrə maliyyə boşluğunun aradan qaldırılması: uşaqlar üçün iqlim fəaliyyətinə investisiya  

16:13
16 Noyabr

ICESCO kosmos əsaslı texnologiyalardan istifadə edərək iqlim dəyişikliyi ilə mübarizə üçün əməkdaşlığı təşviq edir  

15:57
16 Noyabr

COP29 çərçivəsində Xəzər dənizinin kritik vəziyyəti ilə bağlı müzakirə aparılıb  

15:53
16 Noyabr

Gənclər və İdman Nazirliyində Fatih Terimlə görüş keçirilib  

15:42
16 Noyabr

Britaniyalı professor: İqlim maliyyəsi üçün G20 ölkələrinin siyasi liderliyi vacibdir  

15:35
16 Noyabr

COP29: Məşhur futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradılıb  

15:33
16 Noyabr

İkiillik Şəffaflıq Hesabatları Paris Sazişinin həyata keçirilməsində qlobal etimadın artırılması üçün vacibdir  

15:30
16 Noyabr

COP29-un Prezidenti: Çalışacağıq ki, yekun sənəddə mədəniyyətin iqlim fəaliyyətindəki roluna yer ayıraq  

15:28
16 Noyabr

Bu il əsas kapitala yönəldilmiş investisiyaların 72 faizdən çoxu tikinti işlərinə sərf olunub  

14:39
16 Noyabr

Azərbaycanla ICCROM arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

14:37
16 Noyabr

Şoltsun Putinə telefon zənginin təfərrüatı açıqlanıb  

14:37
16 Noyabr

RIBA-nın prezidenti Azərbaycanda - AzMİU ilə əməkdaşlıqda yeni dövrün başlanğıcı  

14:36
16 Noyabr

Azərbaycanda ÜDM 4,9 faiz artıb  

14:34
16 Noyabr

Parlamentlərarası İttifaqın Baş katibi: Biz parlamentləri iqlimə uyğun qanunvericiliyi dəstəkləmək üçün səfərbər etməyə çalışacağıq  

14:34
16 Noyabr

Türkiyəli nazir müavini COP29 çərçivəsində keçirilən tədbirləri yüksək qiymətləndirib  

14:33
16 Noyabr

Qırğız Respublikasının birinci xanımı Türk Mədəniyyəti və İrsi Fondunda olub  

14:31
16 Noyabr

COP29 çərçivəsində “İqlim dəyişikliyinə dayanıqlı kiçik orta bizneslər” mövzusu müzakirə edilib  

14:18
16 Noyabr

COP29 çərçivəsində Beynəlxalq Muzeylər Şurası ilə əməkdaşlıq məsələləri müzakirə olunub  

14:02
16 Noyabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

14:01
16 Noyabr

COP29-un Prezidenti Azərbaycan QHT-lərinin pavilyonundakı şərait barədə məlumandırılıb  

13:59
16 Noyabr

Tacikistan Nümayəndələr Palatasının sədri: COP29-da qəbul edilən qərarlar əməkdaşlıq mexanizminin qurulmasına kömək edəcək  

13:55
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!