16 Noyabr 2024 14:37
198
Mədəniyyət
A- A+
Azərbaycanla ICCROM arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

Azərbaycanla ICCROM arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müxtəlif tədbir və təqdimatlarla davam edir, ikitərəfli görüşlər təşkil olunur, müzakirələr aparılır. Sessiya çərçivəsində noyabrın 16-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə Mədəni Mülkiyyətin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) baş direktoru xanım Aruna Francesca Maria Gujral arasında ikitərəfli görüş keçirilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Adil Kərimli COP29 tədbirində iştirak etdiyinə görə qonağa təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan dövləti mədəni irsin qorunmasını və bərpasını daim diqqətdə saxlayır. Azərbaycan həm dövlət səviyyəsində, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun xətti ilə indiyə qədər bir sıra dinlərə mənsub yerli və beynəlxalq səviyyədə abidələrin qorunmasında uğurla iştirak edib. Azərbaycan Parisdəki Luvr Muzeyinin İslam mədəniyyəti bölməsinin yenidən qurulmasına, Strasburq Kafedral kilsəsinin bərpasına, Romada Kapitolini Muzeyinin “Filiosoflar zalı”nın təmirinə maliyyə vəsaiti ayırıb.

Nazir qonağa 30 ilə yaxın Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində tarixi-mədəni irsimizə qarşı həyata keçirilən vandalizm və talan haqqında da məlumat verib. Deyib ki, hazırda dövlətimiz tərəfindən dağıdılıb talan olunmuş abidələrin bərpası istiqamətində sistemli iş aparılır.

ICCROM-un baş direktoru COP29-un yüksək səviyyədə təşkilinə və görüşmək imkanına görə təşəkkürünü bildirib.

Söhbət zamanı Azərbaycanla ICCROM arasında əməkdaşlığın inkişaf etdirilməsi, mədəni irs nümunələrinin qorunması və bərpası sahəsində təcrübə mübadiləsinin aparılması, bu məqsədlə birgə təlimlərin, seminarların təşkili və digər məsələlərlə bağlı müzakirə aparılıb.

Sonda qonağa xatirə hədiyyəsi təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan multikulturalizmi İspaniyada təbliğ olunub  

18:19
16 Noyabr

Gürcüstanın Baş prokuroru: Yüksək səviyyədə təşkil olunmuş COP29 dünyaya böyük töhfələr verəcək  

18:17
16 Noyabr

Cənubi Afrika nümayəndəsi: İqlim dəyişikliyi ilə mübarizədə ən vacib məqam birlikdə işləməkdir  

18:14
16 Noyabr

İtaliya Kosmik Agentliyinin rəhbəri: COP29-dan gözləntim olduqca yüksəkdir  

18:12
16 Noyabr

Damın uçması zamanı “Taştaqolskaya” mədənində 183 şaxtaçı olub 

17:59
16 Noyabr

Avstriya Milli Şurasının üzvü: COP29-dakı təcrübələrimizdən müntəzəm olaraq faydalanmalıyıq  

17:48
16 Noyabr

Əliyar Ağayev Bosniya və Herseqovina – Niderland oyununu idarə edəcək  

17:43
16 Noyabr

Tramp Karolin Levitti Ağ Evin mətbuat katibi təyin edib

17:37
16 Noyabr

Yaşıl bizneslərin yaradılması üçün sahibkarların ehtiyacları müzakirə olunub  

17:28
16 Noyabr

Medianın İnkişafı Agentliyində Çin Qitələrarası Kommunikasiya Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib  

17:16
16 Noyabr

Sədr: Azərbaycan su təchizatının yaxşılaşdırılması və iqlim dəyişkənliyinə qarşı davamlılığı artırmaq istiqamətində fəal addımlar atır  

17:03
16 Noyabr

Səudiyyə qəzeti COP29 haqqında silsilə məqalələr dərc edir  

16:59
16 Noyabr

Cari ildə sənaye məhsulu istehsalı 2,2 faiz artıb  

16:43
16 Noyabr

Tulia Akson: Hökumətlərimizin bu cür konfranslarda götürdüyü öhdəlikləri həyata keçirməsini istəyirik  

16:31
16 Noyabr

Azərbaycan və Pakistan fövqəladə halların qarşısının alınması sahəsində əməkdaşlığı dərinləşdirir  

16:21
16 Noyabr

İqlim üzrə maliyyə boşluğunun aradan qaldırılması: uşaqlar üçün iqlim fəaliyyətinə investisiya  

16:13
16 Noyabr

ICESCO kosmos əsaslı texnologiyalardan istifadə edərək iqlim dəyişikliyi ilə mübarizə üçün əməkdaşlığı təşviq edir  

15:57
16 Noyabr

COP29 çərçivəsində Xəzər dənizinin kritik vəziyyəti ilə bağlı müzakirə aparılıb  

15:53
16 Noyabr

Gənclər və İdman Nazirliyində Fatih Terimlə görüş keçirilib  

15:42
16 Noyabr

Britaniyalı professor: İqlim maliyyəsi üçün G20 ölkələrinin siyasi liderliyi vacibdir  

15:35
16 Noyabr

COP29: Məşhur futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradılıb  

15:33
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!