16 Noyabr 2024 15:28
144
COP29
A- A+
COP29-un Prezidenti: Çalışacağıq ki, yekun sənəddə mədəniyyətin iqlim fəaliyyətindəki roluna yer ayıraq  

COP29-un Prezidenti: Çalışacağıq ki, yekun sənəddə mədəniyyətin iqlim fəaliyyətindəki roluna yer ayıraq  

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 16-da Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu (GFCBCA) və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “İqlim üçün mədəniyyət” adlı panel keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin moderatoru, Birləşmiş Ərəb Əmirliklərinin Mədəniyyət Nazirliyinin baş tədqiqatçısı Mahnaz Anvar Fancy iqlim dəyişikliyinin mədəni abidələrə də ciddi zərər vurduğunu deyib. Bildirib ki, mədəniyyəti iqlim fəaliyyətinə daxil etmək üçün Azərbaycan tərəfindən “İqlim üçün mədəniyyət” (C4C) təşəbbüsü irəli sürülüb. Bu təşəbbüs mədəniyyətin iqlim müzakirələrinin mərkəzində olması baxımından əhəmiyyət daşıyır, eyni zamanda, qlobal səviyyədə mədəniyyətin davamlı gələcək üçün güclü vasitə olduğunu göstərməyi hədəfləyir.

UNESCO-nun xoşməramlı səfiri, Petra Milli Trestinin prezidenti, İordaniyanın şahzadəsi Dana Firas çıxış edərək, iqlim dəyişikliyinin mədəniyyətə vurduğu zərərdən danışıb, ölkəmizin irəli sürdüyü C4C təşəbbüsünün əhəmiyyətini vurğulayıb.

UNESCO-nun mədəniyyət sektoru icra aparatının rəhbəri Dorine Dubois isə bildirib ki, əsas məsələ iqlim dəyişikliyinin mədəniyyətə təsirini diqqətdə saxlamaq və bu istiqamətdə fəaliyyət göstərməkdir.

Afina Milli və Kapodistrian Universitetinin ətraf mühit və iqlim fizikası üzrə professoru Constantinos Cartalis mədəni təbliği təşviq etmək üçün müxtəlif elmi sahələri bir araya gətirməyin vacib olduğunu deyib.

Asiya İnkişaf Bankı İnstitutunun baş iqtisadçısı Akbar Riznaldi maliyyə imkanına çıxışdan söhbət açıb.

Ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev isə çıxışında bildirib ki, COP29 çərçivəsində bir çox sahələrə həsr olunmuş tədbirlər keçirilir: "Çox şadam ki, bu gün təşkil olunan tədbir məhz mədəniyyətə həsr edilib. Mən də öz növbəmdə iqlim fəaliyyətinə töhfə verdiyinə görə Mədəniyyət Nazirliyinə təşəkkür edirəm. Biz də çalışacağıq ki, COP29-un yekun sənədində mədəniyyətin iqlim fəaliyyətindəki roluna yer ayıraq".

Panel mədəni yanaşmaların iqlimlə bağlı məsələləri təşviq etməsi, milli, beynəlxalq səviyyədə inklüzivliyin və davamlılığın artırılması, insanlar arasında təşviqatın aparılması, özəl-dövlət sektorları arasında tərəfdaşlıq mövzusunda müzakirələrlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gürcüstanın Baş prokuroru: Yüksək səviyyədə təşkil olunmuş COP29 dünyaya böyük töhfələr verəcək  

18:17
16 Noyabr

Cənubi Afrika nümayəndəsi: İqlim dəyişikliyi ilə mübarizədə ən vacib məqam birlikdə işləməkdir  

18:14
16 Noyabr

İtaliya Kosmik Agentliyinin rəhbəri: COP29-dan gözləntim olduqca yüksəkdir  

18:12
16 Noyabr

Damın uçması zamanı “Taştaqolskaya” mədənində 183 şaxtaçı olub 

17:59
16 Noyabr

Avstriya Milli Şurasının üzvü: COP29-dakı təcrübələrimizdən müntəzəm olaraq faydalanmalıyıq  

17:48
16 Noyabr

Əliyar Ağayev Bosniya və Herseqovina – Niderland oyununu idarə edəcək  

17:43
16 Noyabr

Tramp Karolin Levitti Ağ Evin mətbuat katibi təyin edib

17:37
16 Noyabr

Yaşıl bizneslərin yaradılması üçün sahibkarların ehtiyacları müzakirə olunub  

17:28
16 Noyabr

Medianın İnkişafı Agentliyində Çin Qitələrarası Kommunikasiya Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib  

17:16
16 Noyabr

Sədr: Azərbaycan su təchizatının yaxşılaşdırılması və iqlim dəyişkənliyinə qarşı davamlılığı artırmaq istiqamətində fəal addımlar atır  

17:03
16 Noyabr

Səudiyyə qəzeti COP29 haqqında silsilə məqalələr dərc edir  

16:59
16 Noyabr

Cari ildə sənaye məhsulu istehsalı 2,2 faiz artıb  

16:43
16 Noyabr

Tulia Akson: Hökumətlərimizin bu cür konfranslarda götürdüyü öhdəlikləri həyata keçirməsini istəyirik  

16:31
16 Noyabr

Azərbaycan və Pakistan fövqəladə halların qarşısının alınması sahəsində əməkdaşlığı dərinləşdirir  

16:21
16 Noyabr

İqlim üzrə maliyyə boşluğunun aradan qaldırılması: uşaqlar üçün iqlim fəaliyyətinə investisiya  

16:13
16 Noyabr

ICESCO kosmos əsaslı texnologiyalardan istifadə edərək iqlim dəyişikliyi ilə mübarizə üçün əməkdaşlığı təşviq edir  

15:57
16 Noyabr

COP29 çərçivəsində Xəzər dənizinin kritik vəziyyəti ilə bağlı müzakirə aparılıb  

15:53
16 Noyabr

Gənclər və İdman Nazirliyində Fatih Terimlə görüş keçirilib  

15:42
16 Noyabr

Britaniyalı professor: İqlim maliyyəsi üçün G20 ölkələrinin siyasi liderliyi vacibdir  

15:35
16 Noyabr

COP29: Məşhur futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradılıb  

15:33
16 Noyabr

İkiillik Şəffaflıq Hesabatları Paris Sazişinin həyata keçirilməsində qlobal etimadın artırılması üçün vacibdir  

15:30
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!