07 Noyabr 2024 20:38
1594
Mədəniyyət
A- A+
“Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açılıb  

“Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açılıb  

Bu il Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən biri, Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 115, vəfatının 50 illiyidir.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə Azərbaycan Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açılıb.

Sərginin açılış mərasimində ADA Universitetinin rektoru professor Hafiz Paşayev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli və tanınmış incəsənət xadimləri iştirak ediblər.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) çərçivəsində Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın muzeyin kolleksiyasından seçilmiş 40-dan çox rəngkarlıq və qrafika əsəri yer alıb. Bununla yanaşı, görkəmli sənətkarın muzey tərəfindən yeni əldə olunan 2 rəsm albomu ilk dəfə nümayiş etdirilir. Sərginin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikovadır.

Tədbirdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Xalq rəssamı Səlhab Məmmədov, tarixçi-alim Həsən Həsənov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, muzeyin Elmi-tədqiqat şöbəsinin müdiri Telman İbrahimov çıxış edərək Səttar Bəhlulzadənin milli təsviri sənətdə qoyduğu təkrarsız izdən danışıblar.

Qeyd olunub ki, hələ sağlığında adı əfsanəyə çevrilmiş Səttar Bəhlulzadə bütün yaradıcılığı boyu böyük məhəbbətlə sevdiyi doğma yurdun təbiətini tərənnüm edib və öz əsərlərində onun bütöv obrazını əbədiləşdirib. Rəssamın tablolarının koloritində hansısa aparıcı rəng üstünlük təşkil edir və onun köməyi ilə çox zaman əsərin aid olduğu konkret yaradıcılıq mərhələsini təyin etmək mümkündür. Sərginin ekspozisiyasında yer alan əsərlər də məhz bu prinsip əsasında təqdim olunur.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Sənət yolunun başlanğıcını təcəssüm edən mavi rəngli ilk zalda realizmdən qaynaqlanan təbiət təsvirləri, əbədi gənclik, mənəvi hüzur, təbiət gözəlliklərinə məhəbbətlə əlaqələndirilən yaşıl zalda isə Azərbaycan mənzərələrinin ayrı-ayrı cizgiləri, qrafik rəsmləri yer alıb.

Qırmızı zalda sənətə böyük məhəbbətlə bağlanan rəssamın öz dəst-xətini formalaşdıraraq milli mənzərə rəngkarlığında yeni səhifə açdığı dövr əks olunub. Sarı zal isə odlar yurdu Azərbaycanın valehedici mənzərələrini təcəssüm etdirərək həm də rəssamın sakral dünyasının ifadəçisidir.

Yaradıcılığının kulminasiya nöqtəsini həyatı boyu yaşatdığı mənəvi paklığı, daxili nuru, sənətkar və şəxsiyyətin bir varlıqda vəhdətini özündə ehtiva edən bəyaz zal isə xəyal etdiyi “Gülüstan”a, sanki ağ duvağa bürünmüş “Xəzər gözəli”nə, “Mavi əfsanə”yə, tərənnüm etməkdən usanmadığı Abşerona əbədi sevgisinin izharıdır.

Multimedia vasitələrindən istifadə edilən sərgidə rəssamın “Gülüstan” əsəri animasiya formasında da təqdim olunur. Bununla yanaşı, sənətkarın vitrində sərgilənən albomlarının bütün səhifələri sensorlu ekran (touchscreen) vasitəsilə nümayiş edilir, həmçinin “Bu, Səttar Bəhlulzadədir” sənədli filmindən fraqment göstərilir.

Sərgi 2025-ci il yanvarın 31-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ulu Öndərin anım günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunub  

13:36
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsi Gəncədə də ehtiramla anılır  

13:31
12 Dekabr

Ceyhun Bayramov: Ermənistanın Konstitusiya Məhkəməsinin qərarı vəziyyəti daha da mürəkkəbləşdirir  

13:26
12 Dekabr

Ceyhun Bayramov: Araz çayı üzərində körpü tikintisi davam edir  

13:21
12 Dekabr

Nazir: Sülh müqaviləsi prosesində bəlli irəliləyişlər əldə edilib  

13:16
12 Dekabr

Ankarada səfərdə olan Azərbaycan nümayəndə heyəti Heydər Əliyevin xatirəsini ehtiramla yad edib  

13:11
12 Dekabr

Sabah Azərbaycanın bəzi ərazilərində qar yağacaq  

13:06
12 Dekabr

Bakı metrosunun kollektivi Ulu Öndər Heydər Əliyevin vəfat ildönümünü qeyd edib  

13:01
12 Dekabr

Səhiyyə işçiləri Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib

12:56
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Berlində dərin ehtiramla yad edilib  

12:51
12 Dekabr

Tacikistanda Ulu Öndər Heydər Əliyevin anım mərasimi təşkil olunub  

12:46
12 Dekabr

Nazir: Azərbaycanda keyfiyyətli təhsil modelinin formalaşdırılması üçün mühüm addımlar atılıb  

12:41
12 Dekabr

Hikmət Hacıyev: Ermənistanın hərbi quruculuq siyasəti üzərində ciddi məhdudiyyətlər olmalıdır  

12:36
12 Dekabr

Baş Prokurorluğun əməkdaşları anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət edib  

12:31
12 Dekabr

DİN-in əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər  

12:26
12 Dekabr

Azərbaycan nümayəndə heyəti Həştərxanda Ümummilli Lider abidəsi ziyarət edib  

12:21
12 Dekabr

Baş nazir Əli Əsədov Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib  

12:16
12 Dekabr

DTX-nin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər  

12:11
12 Dekabr

Hikmət Hacıyev: Ermənistan regionda ən çox mina istehsal edən ölkələrdən biridir  

12:06
12 Dekabr

Qarabağ Universitetində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb  

12:01
12 Dekabr

Prezidentin köməkçisi: Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti başa çatmalıdır  

11:56
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!