03 Noyabr 2024 08:40
707
İQTİSADİYYAT
A- A+
Şərqdən Qərbə daşınan yüklərin həcmi artacaq 

Şərqdən Qərbə daşınan yüklərin həcmi artacaq 


Əsas tranzit ölkə isə yenə Azərbaycandır


Azərbaycan Orta dəhlizin səmərəli fəaliyyəti və yüklərin daşınmasının həcmini artırmaq üçün tərəfdaşlarla əməkdaşlığı genişləndirir. Bu istiqamətdə dəhliz üzərində yerləşən ölkələrlə yanaşı, marşrutdan istifadə edəcək ölkələrlə də danışıqlar aparılır, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunur.

Müzakirələr zamanı əsas hədəflənən məsələlərdən biri yükgöndərən və yükü qəbul edən tərəflərin maraqlarının uyğunlaşdırılmasıdır. Səbəbi sadədir: tərəflərin istəkləri nəzərə alınmasa, dəhlizə maraq azala bilər. Bunun baş verməməsi üçün yüklərin təhlükəsiz daşınması, daşıma müddətinin azalması, vahid tarifdən istifadə edilməsi, həmçinin gömrük prosedurlarının və digər sənədlərin qeydiyyatdan keçirilməsi məsələlərində məxrəcə gəlinməlidir. Məhz Azərbaycanın bu istiqamətdə göstərdiyi təşəbbüs və səylər tərəfdaşlar tərəfindən yüksək qiymətləndirilir. 

İnfrastrukturun texniki cəhətdən təkmilləşdirilməsində də ölkəmiz xüsusən qonşu dövlətlərə dəstək verir. Belə ki, Azərbaycan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Gürcüstan ərazisindən keçən xəttində aparılan modernləşdirmə işlərində fəal iştirak etmişdir. Nəticədə işlər cari ilin may ayında başa çatmışdır. Bu isə BTQ ilə yükdaşımaların həcminin qısa bir zamanda artmasına imkan yaratmışdır. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti və Çin şirkətləri arasında aparılan danışıqlar sayəsində modernləşmədən sonra 5 milyon ton yükburaxma gücündən səmərəli istifadə etmək barədə razılıq əldə olunmuşdur. Məlumat üçün bildirək ki, bu il Çindən Orta dəhliz vasitəsilə 210-dan çox blok qatarı yola salınmışdır. İlin sonunadək isə əlavə 300-dən çox qatarın göndərilməsi gözlənilir. 

Yüklərin daşınmasının səmərəliliyini artırmaq üçün görülən işlər ölkəmizə dəhliz vasitəsilə fərqli növ yüklərin daşınmasına geniş imkanlar verir. Bunun üçün idarəetmə mexanizmləri yenidən təşkil edilir ki, yüklərin daşınmasında ləngimə halları olmasın. "ADY Ekspress" və "ADY Konteyner" şirkətlərinin birləşdirilməsinin məqsədi də budur.

Onu da əlavə edək ki, Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri vasitəsilə tranzit daşımalarının səmərəliliyinin artırılması üçün konteyner daşımalarının əhəmiyyəti getdikcə artır. Bu sahədə qabaqcıl beynəlxalq təcrübədən, o cümlədən qonşu Türkiyə, Rusiya, Gürcüstan və Qazaxıstanda tranzit daşımaların səmərəli idarə olunması üzrə mövcud təcrübələrdən istifadə edilməsi vacibdir. O üzdən ADY-də konteynerləşmə və ümumilikdə tranzit daşımaları sahəsində idarəetmənin təkmilləşdirilməsi zərurəti yaranıb. Bu baxımdan dəhlizlər üzrə güclü ekspedisiya xidməti göstərən və dəhlizlərin inkişafına töhfə verəcək şirkətlərin mövcudluğu çox vacibdir.

Azərbaycan Orta dəhlizin imkanlarını daha da genişləndirmək məqsədilə Xəzər dənizinin şərq sahilindəki ölkələrlə də əməkdaşlıq edir. Bu hesaba şərq istiqamətindən başlayıb Azərbaycan üzərindən keçəcək daha bir marşrut açılacaq. Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan marşrutunu nəzərdə tuturuq. Bu marşrutun yaxın üç il ərzində tikilib başa çatdırılması proqnozlaşdırılır. İstifadəyə verildikdən sonra onun üzərindən ildə 8-10 milyon ton yük daşınması mümkün olacaq.  


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft bahalaşıb  

10:22
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!