22 Noyabr 2024 08:50
155
Mədəniyyət
A- A+
"Şərq qapısı" qəzeti 103 yaşını qeyd edib

"Şərq qapısı" qəzeti 103 yaşını qeyd edib


Noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatının güzgüsünə çevrilən "Şərq qapısı" qəzeti rəsmi statusla 103 yaşını qeyd edib. Bu münasibətlə qəzetin kollektivi Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində yerləşən abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramını bildirib. 

Sonra Heydər Əliyev Muzeyində "Şərq qapısı" qəzetinin müxtəlif tarixi dövrlərə aid nömrələri ilə tanışlıq olub. Qeyd edilib ki, dahi şəxsiyyətin 1990-1993-cü illərdə Naxçıvanda Ali Məclisin Sədri kimi verdiyi tarixi fərman və sərəncamlar, qərarlar ilk dəfə məhz bu mətbuat orqanında işıq üzü görüb. 

Ümummilli Lider Heydər Əliyev qəzetin fəaliyyətini yüksək qiymətləndirib, Moskvadan Naxçıvana qayıtdıqdan sonra "Şərq qapısı"na verdiyi müsahibədə "Mən "Şərq qapısı" qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün "Şərq qapısı"ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb" fikrini səsləndirib. 

Qəzet bütün dövrlərdə muxtar respublikada ictimai-siyasi həyatın, elm, təhsil, maarifçilik, ədəbiyyat sahələrində gedən inkişaf proseslərinin güzgüsünə çevrilib və bu gün də bu yöndə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. 

Vurğulanıb ki, "Şərq qapısı" qəzeti bu gün tarixində ilk dəfə olaraq yaranmasının ildönümünü rəsmi statusla qeyd edir. Belə ki, cari il may ayının 1-də Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin "Şərq qapısı" qəzetinin təsisçisi statusunun qanunvericilikdə təsbit edilməsi və qəzetin fəaliyyətinin təmin olunmasının hüquqi əsasının yaradılması ilə əlaqədar hazırlanan "Media haqqında" qanuna dəyişikliyi təsdiqləyib. 

Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq cari il avqustun 15-də isə mətbuat orqanının əməkdaşlarının əməkhaqları artırılıb. Yaxın gələcəkdə qəzetin maddi-texniki təminatının yaxşılaşdırılması üçün də işlər həyata keçiriləcək. Kollektiv bundan sonra da yaradılan şəraitdən istifadə edərək ölkəmizin, muxtar respublikanın ictimai-siyasi həyatında baş verən ən son yenilikləri geniş oxucu kütləsinə çatdırmaq üçün səylə çalışacaq. 


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zambiyalı iştirakçı: COP29-da alternativ enerji mənbələri ilə bağlı digər ölkələrin təcrübəsini öyrənmək istəyirik  

15:50
22 Noyabr

Qərargah rəisi: Sərhəddə müasir dronlardan istifadə olunur  

15:48
22 Noyabr

“Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda hansı yeni dəyişikliklər var?

15:23
22 Noyabr

Ekspert: Türkiyə iqlim dəyişikliyi ilə mübarizədə daha iddialı planlar elan etməlidir

15:07
22 Noyabr

Ukrayna Prezidenti 34 nəfəri dövlət mükafatlarından məhrum edib  

14:48
22 Noyabr

V. Matviyenko yenidən MDB Ölkələri Parlamentlərarası Assambleyası Şurasının sədri seçilib  

14:46
22 Noyabr

Əfqanıstanda silahlı hücum nəticəsində 10 nəfər həlak olub  

14:45
22 Noyabr

Musa Usman Mdamba: COP29-dan gözləntimiz odur ki, qəbul olunan qərarlar tezliklə reallaşsın  

14:44
22 Noyabr

İstanbulda yaşıl enerji təchizatı məsələləri müzakirə edilib  

14:42
22 Noyabr

Qvineya rəsmisi: COP29-un təşkilati işləri çox yüksək səviyyədə aparılıb  

14:41
22 Noyabr

Kyodo: Yaponiyada “Asiya NATO-su” ideyası müzakirə ediləcək

14:40
22 Noyabr

Media nümayəndələri “Qazax" əlahiddə sərhəd diviziyasında olublar  

14:39
22 Noyabr

Namibiyalı fəal: Şimal liderləri inadkarlığı buraxsınlar və haqqımız olan iqlim maliyyəsini təmin etsinlər  

14:37
22 Noyabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Dövlət Komitəsində olublar  

14:35
22 Noyabr

Afrikalı nümayəndə: COP29 digər ölkələrlə əməkdaşlıq edə biləcəyimiz mühüm konfransdır  

14:13
22 Noyabr

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib  

14:08
22 Noyabr

“Irrigo – dayanıqlı kənd təsərrüfatı ekosistemi” COP29-da təqdim edilib

13:54
22 Noyabr

Sabah hava şəraiti əsasən yağmursuz olacaq  

13:47
22 Noyabr

Azərbaycan Beynəlxalq Tolerantlıq və Sülh Parlamentinin 11-ci plenar sessiyasında təmsil olunacaq  

13:32
22 Noyabr

Hindistanda təhlükəsizlik qüvvələri ilə toqquşmada 10 maoçu öldürülüb  

13:13
22 Noyabr

Türkiyə Yaşıl Hidrogen İstehsalçıları Assosiasiyasının rəhbəri iqlim investisiyalarını artırmağa çağırıb  

13:12
22 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!