16 May 2023 11:05
561
Mədəniyyət
A- A+
Sənətin zirvəsinə yüksələn aktyor

Sənətin zirvəsinə yüksələn aktyor

 

Ölümü öz içində öldürənlər qəhrəman ola bilir, əbədiyaşarlıq qazanırlar. O, ölümdən qorxub geri çəkilmədi, əksinə, ölümün üstünə yeriyənlərdən oldu. Məğrur, qürurlu idi. Şux qaməti, gözəl baxışları, bənzərsiz səsi vari idi. Bəlkə xəstəliyi də "qismət"inə düşən pay kimi qəbul etdiyindən onunla mübarizə aparmadı. Sənətin, şöhrətin zirvəsini fəth edənlərdən oldu. Bir aktyor hansı nailiyyətləri əldə edib, uğura imza ata bilərdisə, o da bunları bacarmışdı. Fəxri adlar, mükafatlar, tamaşaçı sevgisi, alqışlar. Bir sözlə, aktyor şöhrətinin zirvəsini fəth edənlərdən oldu.
Güclü hafizə, fövqəladə istedaddan başqa, həm də Allah ona güclü instinkt vermişdi. Amansız xəstəlik yaxasından yapışanda, xərçəngə yoluxanda da hiss etmişdi ki, Tanrı ona verdiyini alacaq. Ona görə də vaxtında geri çəkilməyi bacardı. Ölümün üstünə mərdi-mərdanə getməyi bacardı. Öz guşəsinə çəkilib qədərini gözlədi. Namərd xəstəlik ilk növbədə onu ən güclü, ən həssas yerindən "vurdu". Səsini əlindən aldı... O, yaxşı bilirdi ki, səhnədə, kinoda yaratdığı obrazlar onu gələcəyə, minillərin yaddaşına apracaq... Sanki tez gedəcəyini özü əvvəlcədən bilib böyük obrazlar qalereyası yaratdı. Belə deyək ki, əsl sənətkar kimi üzərinə düşən işləri layiqincə gördü.
Bəlkə də onu sevənlərin yaddaşında "aciz", "zəif" qalmasın deyə, səhnəmizin Əmir Teymuru, Ağa Məhəmməd Şah Qacarı xəstəliyin "sorağı"nı alan kimi bir daha görünmədi. Əbədi olaraq ürəklərə, yaddaşlara köçdü. Xatirələrdə yaşadı.
İlk dəfə onu 1978-ci ildə "Atayevlər ailəsi"ndə görmüşdüm. Tez-tez alman filosofu Kantdan iqtibas gətirməyi sevən, Lətafəti yoldan çıxarmağı bacaran, şorgöz  polis rəisi Şahsuvarov kimi adı yaddaşımıza yazılmışdı. 
Bu böyük sənətkar yüzlərlə obraza səhnə həyatı verərək mədəniyyət tariximizdə bənzərsiz xidmət göstərmişdi. Söhbət respublikanın Xalq artisti, görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, "Teatr xadimi" qızıl medalını almış, "Qızıl Dərviş", Cəfər Cabbarlı, "Aktrisa" filminə görə "Ən yaxşı kişi rolunun ifası" nominasiyasında "Qızıl Pəri" mükafatını almış Fuad Poladovdan gedir. 
1948-ci il mayın 24-də Bakıda doğulan aktyor 132 saylı şəhər orta məktəbini bitirib. Uşaqlıqdan aktyor sənətinə meyil salan səhnə ustası Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Ədil İsgəndərovun aktyorluq studiyasını bitirib. 1967-1972-ci illərdə isə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.
Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində Səlim rolu ilə gələn aktyor  sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra uğurlu səhnə performansına görə teatrın aktyor truppasına qəbul edilib. Həmin vaxtdan 1989-cu ilə qədər Akademik Milli Dram Teatrının truppasında çalışan görkəmli səhnə ustası "Fridrix Şillerin "Məkr və məhəbbət" əsərində Ferdinandı, Nazim Hikmətin "Məhəbbət əfsanəsi"ində Fərhadı, Məmməd Səid Ordubadinin "Qılınc və qələm"ində Nizamini, Maksim Qorkinin "Həyatın dibində"sində Baronu, Maqsud İbrahimbəyovun "Kərgədan buynuzu"nda Raufu, Nəbi Xəzrinin "Mirzə Şəfi"sində Mirzə Şəfini, İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı", "Məhv olmuş gündəliklər", "Qəribə oğlan", "Büllur sarayda", "Boy çiçəyi" və "Şeyx Xiyabani" əsərlərində  Rəhman, Valeh, Savalan, Qədim, Mübarək, Həsənzadə və onlarca digər obrazlarına səhnə həyatı verib.
Fuad Poladovu tanıyanlar yaxşı bilirlər ki, o, yalnız fitri istedadı, bənzərsiz ifaçılıq məharəti ilə deyil, həm də səbri, sözübütövlüyü, ciddiliyi, kişiyə xas olan bütün müsbət kefiyyəti ilə fərqlənən bir şəxsiyyət olub. Aktyor haqsızlığa qarşı barışmaz, üsyankar mövqeyi ilə də həmişə fərqlənib. Elə illərlə can qoyub şöhrət qazandığı doğma teatrından ayrılması da onun haqsızlığa qarşı bir etirazı idi. Teatrda baş verən daxili çəkişmələrə üsyanı idi…
1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında fəaliyyətə başlayan aktyor ömrünün sonuna kimi bu sənət ocağında çalışaraq onlarla obraza səhnə həyatı verib.
Fuad Poladov Azərbaycan mədəniyyət tarixinə öz adını həm də görkəmli kinoaktyoru kimi yazan sənətkarlardandır. Filmoqrafiyada bu böyük sənətkarın rol aldığı 45 filmin adı keçir. Onun rol aldığı filmlərdə, yaratdığı obrazlarda bu böyük sənətkarın xarakterini görməmək mümkün deyil. "Gülələnmə təxirə salınır" filmində  yaratdığı "Xan" obrazı aktyorun xarakterinin bütün cizgilərini nümayiş etdirdi.
Fuad Poladov may ayında dünyaya göz açmışdı. Elə güllü-çiçəkli bir yaz  günündə uzun sürən xəstəlikdən sonra 4 may 2018-ci ildə əzizlərinə əbədi olaraq vida etdi. Sevdiklərinin ürəyində əbədi məskən salan Xalq artistinin məzarı "Qurd qapısı" qəbiristanlığındadır.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!