15 Avqust 2026 00:49
3616
Fərmanlar
A- A+
"Seleksiya nailiyyətləri haqqında", "Dövlət rüsumu haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 456-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

"Seleksiya nailiyyətləri haqqında", "Dövlət rüsumu haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 456-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Seleksiya nailiyyətləri haqqında", "Dövlət rüsumu haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 456-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. "Seleksiya nailiyyətləri haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 12-ci maddəsinin üçüncü hissəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulur;

1.3. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 18.89.1-ci və 18.89.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.4.  həmin Qanunun 18.89.1-ci və 18.89.2-ci maddələrində "orqanın (qurumun) informasiya sistemi" dedikdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "Elektron kənd təsərrüfatı" informasiya sistemi nəzərdə tutulur;

1.5. "Lisenziyalar və icazələr haqqında"Azərbaycan Respublikası Qanununun 3 nömrəli əlavəsinin 88-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.6. həmin Qanunun 3 nömrəli əlavəsinin 88-ci maddəsində "orqanın (qurumun) informasiya sistemi" dedikdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "Elektron kənd təsərrüfatı" informasiya sistemi nəzərdə tutulur.

2. "Seleksiya nailiyyətləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 17 yanvar tarixli 538 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 4, maddə 270 (Cild I) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. ikinci abzasda "maddəsində nəzərdə tutulmuş "Azərbaycan Respublikasının" sözləri "və 12-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş" sözləri ilə əvəz edilsin;

2.2. üçüncü abzasda "və 13-cü maddələrində, 14-cü maddəsinin üçüncü hissəsində" sözləri "maddəsinin birinci hissəsində, 13-cü maddəsində, 14-cü maddəsinin üçüncü hissəsində, 16-cı maddəsinin ikinci hissəsinin ikinci cümləsində" sözləri ilə əvəz edilsin;

2.3. dördüncü abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:

"həmin Qanunun 12-ci maddəsinin üçüncü hissəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulur.". 

3. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 767 (Cild I); 2024, № 7, maddə 788; 2025, № 2, maddə 109; 2026, № 3, maddə 214) aşağıdakı dəyişikliklər edilsin:

3.1.  2.1-ci bəndə "7.2-ci" sözlərindən sonra ", 18.89.1-ci, 18.89.2-ci," sözləri əlavə edilsin;

3.2.  2.12-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.13-cü bənd əlavə edilsin:

"2.13. həmin Qanunun 18.89.1-ci və 18.89.2-ci maddələrində "orqanın (qurumun) informasiya sistemi" dedikdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "Elektron kənd təsərrüfatı" informasiya sistemi nəzərdə tutulur.".

4. "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 671 (Cild I); 2024, № 7, maddələr 788, 806, № 8, maddə 950; 2025, № 5, maddə 450, № 7, maddə 659) aşağıdakı dəyişikliklər edilsin:

4.1.  2.1-ci bənddə "və 9.2-ci maddələrində" sözləri ", 9.2-ci maddələrində və həmin Qanunun 3 nömrəli əlavəsinin 88-ci maddəsində" sözləri ilə əvəz edilsin;

4.2.  2.7-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.8-ci bənd əlavə edilsin:

"2.8. həmin Qanunun 3 nömrəli əlavəsinin 88-ci maddəsində "orqanın (qurumun) informasiya sistemi" dedikdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "Elektron kənd təsərrüfatı" informasiya sistemi nəzərdə tutulur.".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 14 avqust 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

22:03
27 Sentyabr

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

20:58
27 Sentyabr

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib

19:59
27 Sentyabr

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

19:52
27 Sentyabr

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

19:23
27 Sentyabr

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

19:17
27 Sentyabr

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

19:16
27 Sentyabr

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

19:14
27 Sentyabr

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

19:13
27 Sentyabr

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

19:12
27 Sentyabr

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

18:21
27 Sentyabr

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

18:08
27 Sentyabr

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

17:41
27 Sentyabr

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

17:05
27 Sentyabr

FHN kollektivi Zəfər parkını ziyarət edib

16:58
27 Sentyabr

Anım günü xalqımızın əyilməzliyinin, birliyinin simvoludur

16:50
27 Sentyabr

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

16:39
27 Sentyabr

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub

16:29
27 Sentyabr

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

16:09
27 Sentyabr

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

16:01
27 Sentyabr

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər

15:57
27 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!