13 Fevral 2024 10:40
4306
Səhiyyə
A- A+
Şəkərin "zəhəri"

Şəkərin "zəhəri"

 

Bioloji, psixoloji və sosial səbəblərdən bəzi qidalardan normadan artıq istifadənin müxtəlif asılılıqlar yaratdığı məlumdur. Onlardan biri də şəkər asılılığıdır. Əksər insanlar gündəlik rasionlarında emal olunmuş şəkərdən hazırlanmış qidalara üstünlük verirlər.
Mütəxəssislər gündəlik şəkərdən alınan kalori həcminin 10 faizdən az olmasını tövsiyə edirlər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) böyüklərə və uşaqlara gündəlik sərbəst şəkər qəbulunu təxminən 25 qrama (6 çay qaşığı) qədər azaltmağı tövsiyə edir. Çünki normadan artıq şəkər istehlakı insulin dirənci, artıq çəki, şəkərli diabet, yüksək qan təzyiqi və bir çox xroniki xəstəliklərin yaranmasına səbəb olur. Bura təkcə qənd, şəkər tozu, mürəbbə, şərbət, şirniyyatların tərkibindəki şəkər deyil, həm də meyvə və tərəvəzlərin, balın tərkibində təbii halda olan şəkərin, eləcə də şirinləşdirilmiş içkilərin, qablaşdırılmış qidaların tərkibindəki şəkərin miqdarı da aid edilir. 
Bəs şəkər asılılığı niyə artıb? Tərkibində bol miqdarda şəkər olan qida məhsullarının orqanizm üçün faydaları və zərərləri nələrdir? Ümumiyyətlə, şəkərin insan sağlamlığında rolu nədən ibarətdir?

 

Şirin qidalardan sonra özümüzü yaxşı hiss ediriksə...

 

Kliniki Tibbi Mərkəzin həkim-endokrinoloqu Həcər Kazımovanın sözlərinə görə, şəkər asılılığı və onun səbəb olduğu xəstəliklərlə müraciət edənlərin sayı  ötən illərə nisbətən artıb: "Bunun birinci səbəbi şəkərli qidaların əlçatanlığıdır. 20 il öncəyə nisbətən şəkərli məmulatların, konfetlərin əldə edilməsi dəfələrlə asanlaşıb. Əgər əvvəllər tort yalnız ad günlərində, şəkərbura və paxlava ancaq Novruz bayramında yeyilirdisə, şirniyyat qonaq gələndə süfrəyə qoyulurdusa, indi vəziyyət bunun tam əksidir".
H.Kazımova deyir ki, əgər şəkər istifadə etmədikdə insan aqressivləşirsə, əsəblərini cilovlaya bilmirsə, şirniyyatı qəbul etdikdən sonra özünü rahat hiss edirsə, demək, artıq bu insanda şəkər asılılığı var: "Gündəlik rasionumuza daxil olan karbohidrat miqdarı var. Bu tələbat ödənmədikdə orqanizmdə şəkərə ehtiyac yaranır. İnsan yorğun olduqda, enerji sərf etdikdə orqanizm ilk növbədə tez həzm olunan karbohidrat tələb edir. Bunların içində də birinci yerdə şəkər məmulatları gəlir. Şəkər dildə olan dad reseptorlarına təsir edərək, beyində "xoşbəxtlik hormonu" sayılan endorfin ifrazına gətirib çıxarır ki, bu da şirniyyata tələbatı artırır. Qarşısı zamanında alınmasa, bu, şəkərli diabetə, ürək-damar xəstəliklərinə, hətta onkoloji xəstəliklərə qədər gətirib çıxara bilər".

 

Yuxusuzluq, daimi yorğunluq, aclıq hissi...

 

H.Kazımova bildirir ki, sutkalıq 7-8 saatlıq yuxu rejiminə riayət edilməsinə baxmayaraq, insan yuxululuq hissindən şikayət edirsə, bu, şəkər asılılığının əlaməti kimi qəbul edilir: "Mütəmadi şəkər istifadəsi qanda şəkərin miqdarının sürətlə yüksəlib, daha sonra düşməsinə, yəni şəkərin oynamasına səbəb olur. Bu da daimi yorğunluğa gətirib çıxarır. Proteindən fərqli olaraq, karbohidratın bir növü olan şəkər tez həzm olunur, qana sürətlə sovurulur. Bu zaman avtomatik  olaraq qanda şəkərin miqdarı yüksəlir, lakin elə yüksəldiyi kimi də tez düşür. Aclıq hiss edilir, tez həzm olunacaq qidaya tələbat olur. İnsana əsmə, bayılma hissləri gəlir. Ona görə də ən tez əldə edə bildiyi şəkərdən istifadə edir. Bu hal tez-tez təkrarlandıqca orqanizmdə insulin ifrazı artır, insulin dirənci kimi problemlər meydana çıxır".
İnsulin dirəncinin şəkərli diabetdən fərqli olaraq, genetik olmadığını bildirən mütəxəssis qeyd edir ki, o, qeyri-sağlam qidalanma, passiv həyat tərzi və artıq çəki fonunda yaranmış tibbi problemdir: "İnsulin dirənci insulinin orqanizmdə normadan artıq ifraz olunması və hüceyrələrin ona qarşı həssaslığının itməsi nəticəsində yaranır. Bu zaman mədəaltı vəzi normadan artıq insulin ifraz edir. İnsanlar daha çox şəkər qəbul etsələr də, nəticədə bu, onları daha az qane etməyə başlayır. İnsulin dirənci son illərdə olduqca geniş yayılıb. Cəmiyyətin əksəriyyəti 10-15 il əvvəl onun nə olduğunu belə bilmirdi. İndi isə müraciət edən xəstələr onun əlamətlərini hiss edərək insulin dirəncini yoxlatdırmaq üçün müraciət edirlər".

 

Uşaqlar arasında insulin dirənci geniş yayılıb

 

Problemin ən üzücü tərəfi isə insulin dirəncinin uşaqlar arasında geniş yayılmasıdır. Endokrinoloqun sözlərinə görə, buna səbəb fiziki aktivliyin azalması, uşaqların əyləncəsinin kompüter, telefonlardan ibarət olması, şəkərli məmulatlardan, hazır qidalardan və "fast food"lardan çox istifadə edilməsidir.
Həkim şəkər asılılığının genetikasında şəkərli diabet xəstəliyi olan şəxslər üçün daha təhlükəli olduğunu qeyd edir: "Şəkərli diabetin bir neçə növü var. Onun ən çox yayılmış növü tip 2-dir. O, bədənin hüceyrələri insulinə davamlı olduqda baş verir və insulinin qeyri-adekvat istifadəsinə səbəb olur. Diabet xəstələri daim həkim nəzarətində olmalıdırlar".
Mütəxəssis onu da bildirir ki, maddələr mübadiləsini zəiflədən və xəstəliklərə təkan verən şəkərli qidalardan nə qədər az istifadə etsək, sağlamlığımızı bir o qədər qorumuş olarıq. Şəkər asılılığının qarşısını almaq üçün sağlam həyat tərzi və qida rasionumuzda şəkərdən minimal istifadə tövsiyə edilir. Mümkün olduğu təqdirdə isə emal edilmiş şəkərdən tamamilə imtina edilməlidir.

Ü.XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!