17 Oktyabr 2025 16:14
12606
Səhiyyə
A- A+
Səhiyyə Nazirliyinin nümayəndə heyəti Naxçıvanda aparılan səhiyyə islahatları ilə tanış olub  

Səhiyyə Nazirliyinin nümayəndə heyəti Naxçıvanda aparılan səhiyyə islahatları ilə tanış olub  


Səhiyyə Nazirliyinin nümayəndə heyəti səhiyyə infrastrukturunun inkişafı, tibbi xidmətlərin keyfiyyətinin artırılması və yeni yaradılan tibb müəssisələrinin fəaliyyəti ilə yerində tanış olmaq məqsədilə Naxçıvan Muxtar Respublikasına işgüzar səfər edib.

İki gün davam edən səfər çərçivəsində əvvəlcə nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, önünə güllər düzüb, xatirəsinə ehtiramlarını bildirib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nümayəndə heyəti Azərbaycan Prezidentinin rəhbərliyi altında Naxçıvanda tibb sahəsində həyata keçirilən islahatlar çərçivəsində xroniki böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərə göstərilən tibbi xidmətin vahid mərkəzdən və müasir səviyyədə təşkili məqsədilə yaradılan Naxçıvan Muxtar Respublikası Hemodializ Mərkəzinin açılışında iştirak edib. Eyni zamanda, şəhid ailələrinin və müharibə iştirakçısı olan veteranların sosial və psixoloji rifahının gücləndirilməsi, onların psixoloji reabilitasiyasına sistemli şəkildə dəstək göstərilməsi məqsədilə yaradılan Naxçıvan Muxtar Respublikası Psixoloji Sağlamlıq Mərkəzi və Təcili Tibbi Yardım Xidməti ilə tanışlıq olub.

Tədbirlərdə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov və səhiyyə naziri Samiq Sadıxov iştirak ediblər.

Hemodializ Mərkəzində yaradılan şəraitlə tanışlıq zamanı bildirilib ki, müasir tibbi avadanlıqlarla təchiz olunmuş müəssisədə pasiyentlərə komfortlu şəraitdə xidmət göstərilməsi üçün bütün imkanlar yaradılıb. Həmçinin mərkəzin yaradılma məqsədi, tikinti və texniki təchizat işləri, eləcə də gələcək fəaliyyət istiqamətləri barədə geniş məlumat verilib.

Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Psixoloji Sağlamlıq Mərkəzində şəhid və veteran ailələrinə psixoloji yardım və reabilitasiya xidmətləri, habelə fərdi və qrup terapiyası otaqları fəaliyyət göstərəcək. Eyni zamanda bildirilib ki, Təcili Tibbi Yardım Xidmətinin mövcud avtomobil parkı müasir avadanlıqlarla təchiz olunub.

Nümayəndə heyətinə muxtar respublikada səhiyyə sisteminin modernləşdirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər və dövlət proqramları çərçivəsində icra olunan layihələr barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramı çərçivəsində bir sıra mühüm layihələr icra olunur.

Qonaqlar Treninq və Simulyasiya Mərkəzinin fəaliyyəti, habelə Ağız və Diş Sağlamlığı Mərkəzində aparılan təmir-tikinti işləri ilə tanış olublar.

Səfər çərçivəsində Babək rayonu üzrə Qahab, Culfa rayonu üzrə Əbrəqunus, Ordubad rayonu üzrə Vənəd və Dəstə Kənd Ailə Sağlamlıq Mərkəzlərində yaradılan şəraitə baxış keçirilib.

Nümayəndə heyəti səfər çərçivəsində yeni Naxçıvan Səhiyyə Kompleksi layihəsi ilə tanış olub. Kompleks çərçivəsində pediatriya, cərrahiyyə, reanimasiya, fizioterapiya və digər ixtisaslaşmış tibbi xidmətlərin vahid məkanda, müasir standartlara uyğun şəkildə təşkili nəzərdə tutulur.

İstismara verilməyə hazırlanan Oksigen İstehsalı Müəssisəsi ilə də tanışlıq olub. Qeyd edilib ki, müəssisədə oksigenin istehsalı, tibb müəssisələrinə çatdırılması və təhlükəsizliyə nəzarət proseslərinin müasir tələblərə uyğun təşkili nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Dəstək və Çağrı mərkəzləri, Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanası, İctimai Səhiyyə Xidmətinə baxış keçirilib, müəssisələrin ümumi vəziyyəti, tibbi xidmətin təşkili və burada yaradılan şəraitlə tanışlıq olub.

Sonda Naxçıvan Muxtar Respublikasında səhiyyə sisteminin müasirləşdirilməsi və infrastrukturun inkişafı istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağıb  

12:13
25 Oktyabr

Brüsseldə azərbaycanlı itkin ailələrinin daha bir dinc aksiyası  

12:09
25 Oktyabr

Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb 

12:02
25 Oktyabr

Qubadlıda yaradılan müasir infrastruktur əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir  

11:56
25 Oktyabr

“Turandot” – Heydər Əliyev Sarayında çoxdan gözlənilən premyera

10:44
25 Oktyabr

Qubadlının azad edilməsi dövlət müstəqilliyinə sarsılmaz sədaqətin təntənəsi idi

10:37
25 Oktyabr

Qubadlıya öz sahibləri qayıdıb

09:43
25 Oktyabr

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib YENİLƏNİB 2

22:55
24 Oktyabr

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!