16 Yanvar 2026 09:05
634
CƏMİYYƏT
A- A+
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümünə hazırlıq işləri aparılır

Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümünə hazırlıq işləri aparılır


20 Yanvar faciəsinin baş verdiyi vaxtdan 36 il keçir. 36 il əvvəl 1990-cı il yanvar ayının 20-də keçmiş sovet ordusunun xüsusi təyinatlı dəstələri heç bir xəbərdarlıq etmədən Bakı şəhərinə hücum edərək dinc əhaliyə qarşı böyük amansızlıq göstərmişdilər. Faktlardan da göründüyü kimi, faciə xüsusi qəddarlıqla törədilmişdir. Məlum olduğu kimi, çoxumuz bu dəhşətli hadisənin, haqsızlığın canlı şahidi olmuş, o gecənin ağrı-acılarını yaşamışıq. 

Ürəkləri ağrıdan, qəlbləri göynədən 20 Yanvar faciəsi xalqımızın yaddaşına qanla yazılmış tarixdir. Baş verdiyi günün üstündən illər keçsə də, xalqımız müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda şəhid olan övladlarını heç vaxt yaddan çıxarmır. Yaddaşlara qanla yazılmış bu tarix həm də xalqımızın qəlbində milli azadlıq uğrunda mübarizənin rəmzi kimi yaşayır. Azadlıq və istiqlal yolunda canlarını qurban vermiş şəhidlərin xatirəsi həmişə əziz tutulur, hörmətlə anılır. 

Azərbaycan xalqı hər il 20 Yanvar şəhidlərini dərin ehtiramla yad edir. Faciənin ildönümü ilə əlaqədar həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində anım mərasimləri, sərgilər təşkil olunur. 20 Yanvar faciəsinə həsr olunmuş konfranslar keçirilir. Bütün bunların təşkilində və keçirilməsində bir məqsəd də 36 il əvvəl xalqımızın başına gətirilmiş bu qanlı faciə barədə beynəlxalq ictimaiyyəti ətraflı məlumatlandırmaqdır. Azərbaycan xalqının müstəqillik əzmini, dönməz qətiyyətini, sarsılmaz iradəsini dünyaya göstərməkdir.

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hər il olduğu kimi, bu il də Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən ənənəvi hazırlıq işləri aparılır. Xiyabanın hər tərəfində təmizlik, abadlaşdırma işləri görülür, yeni gül kolları, dekorativ bitkilər əkilir, qazon örtüyü təzələnir. Xiyabanın girişi qan rəngli güllərlə bəzədilir, ziyarətçilərin diqqətini çəkən kompozisiya yaradılır. 

Şəhidlər xiyabanında böyük canlanma var. Bakı Şəhər İcra Hakimiyyətinin qurumları iş başındadır. Xüsusi geyimdə olan işçilər ətrafda abadlıq işləri aparırlar. Kimi ağac və dekorativ bitkilər əkir, kimi sanki yerə gül toxuyur, kimi ətrafda səliqə-sahman yaradır. Yalnız xiyabanın girişində deyil, məzarlığa tərəf uzanan yolun hər iki tərəfindəki divarlarda da qərənfillərdən müxtəlif formalar düzəldilir. Yanvar ayının 20-də xiyabana gələcək ziyarətçilər üçün rahat şərait yaradılır. 

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən verilən məlumata görə, Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı hazırlıq işləri davam edir. Ərazi Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir. Xiyaban ərazisində ənənəvi olaraq müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub.

Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən Şəhidlər xiyabanında geniş təmizlik və abadlıq işləri görülür, zədələnmiş plitələr dəyişdirilir, ağacların budaqları, bəzi kollar budanır, qazon örtüyü yenilənir, yeni güllər və kollar əkilir, işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur, Xiyabandakı hər iki məşəldə profilaktika işləri aparılır. 

Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev şəhidlərin xatirəsinin yad edilməsini, adlarının həmişə uca tutulmasını, şəhid ailələrinin sosial problemələrinin həll olunmasını daim diqqət mərkəzində saxlayır. Şəhidlərin xatirəsini həmişə əziz tutan dövlətimizin başçısı hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək "Əbədi məşəl" abidə kompleksinin önünə əklil qoyur, müstəqilliyimiz və azadlığımız uğrunda canlarından keçmiş oğul və qızlarımızı ehtiramla anır.

Hər il olduğu kimi, bu il də Azərbaycan xalqı 20 Yanvar faciəsinin 36-cı ildönümündə şəhidlərin məzarını hörmətlə ziyarət edəcək. Qəbirlərinin üstünə gül, çiçək dəstələri düzəcək, ruhlarına dualar oxuyacaq. 


Vahid MƏHƏRRƏMOV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:40
03 Aprel

Antonio Quterreş Yaxın Şərqdə müharibənin daha da genişlənəcəyi barədə xəbərdarlıq edib  

10:34
03 Aprel

Dünya birjalarında neft bahalaşması davam edir

10:31
03 Aprel

Aprel döyüşləri Vətən müharibəsindəki Qələbənin konseptual başlanğıcı kimi tarixə düşdü 

10:29
03 Aprel

Rusiyada sərnişin qatarı relsdən çıxıb, 7 nəfər xəsarət alıb

10:25
03 Aprel

Nazir Məcnun Məmmədov Naxçıvanda təsərrüfatlara baş çəkib, su obyektlərinin vəziyyəti ilə tanış olub  

10:24
03 Aprel

Azərbaycan nefti 141 dollardan baha satılır

09:57
03 Aprel

Tramp yenidən İranı körpülərə və elektrik stansiyalarına zərbələr endirməklə hədələyib  

09:42
03 Aprel

Tramp administrasiyasından daha çox məmur ayrıla bilər

09:41
03 Aprel

CNN: İran hələ də əhəmiyyətli raket imkanlarına malikdir

09:32
03 Aprel

Hava çirkliliyi qlobal böhrandır

09:10
03 Aprel

"Ən böyük arzumuz doğma yurda qayıtmaqdır"

09:05
03 Aprel

Qərbi Azərbaycanın bərpaolunan enerji mənbələri

09:00
03 Aprel

Samidin qəhrəmanlıq dastanı

08:55
03 Aprel

Zəfərə cığır açanlardan oldu

08:50
03 Aprel

İranda Kərəc körpüsü ikinci dəfə hədəf alınıb, 8 nəfər ölüb

08:45
03 Aprel

Döyüş bölgəsinə köməyə getdi, şəhid oldu

08:45
03 Aprel

Aprel Zəfərindən Bütöv Azərbaycana

08:40
03 Aprel

Hərb tariximizi şərəfləndirən Aprel döyüşləri

08:35
03 Aprel

Bakının diktəsi, İrəvanın etirafları

08:30
03 Aprel

Təhlükəsizliyin və sabitliyin Azərbaycan nümunəsi

08:25
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!