19 Yanvar 2024 10:25
494
CƏMİYYƏT
A- A+
Şəhidlər xiyabanı qırmızı qərənfillərə bürünür

Şəhidlər xiyabanı qırmızı qərənfillərə bürünür

 

Boyun-boyuna vermiş qərənfillərdən tarix yazılır... "20 Yanvar", "1990"... Otuz dörd il qabaq Azərbaycan xalqına qoşulub Qanlı Şənbə şəhidlərinə yas tutan qərənfillər bu dəfə tariximizdən "danışır"...

 

Müxtəlifrəngli güllərdən ibarət kompozisiyalar yaradılıb

 

Yanvarın soyuq küləkli havasında Bakıda, Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin növbəti ildönümü ilə bağlı hazırlıq işləri başa çatıb. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat aldıq ki, Şəhidlər xiyabanının ərazisi daim Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir: "Ənənəvi olaraq faciənin ildönümü ilə bağlı burada Hüzn günü ilə bağlı hazırlıq işləri aparılıb. Müxtəlif rəngli güllərdən ibarət kompozisiyalar yaradılıb. Bu işlərə təcrübəli mütəxəssislər,  landşaft-dizaynerləri cəlb olunublar. Şəhidlər xiyabanı ziyarətçiləri qarşılamağa tam hazırdır. Artıq neçə gündür ki, bu müqəddəs məkana axın-axın insanlar gəlir". Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılıb.

 

Xalqın cəsarəti ilə qalibiyyət qazanılan gün...

 

Yetmiş il dövlətinin müstəqilliyinə həsrət qalan Azərbaycan xalqı otuz dörd il əvvəl imperiya buxovlarından birdəfəlik qurtulmaq üçün haqq səsini ucaltdı. Paytaxtın küçələrinə, meydanlarına çıxan azərbaycanlıların "Azadlıq" sədaları SSRİ rəhbərliyini təşvişə saldı. İmperiyanın mərkəzi hakimiyyəti 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını ayaqları altına salıb tapdaladı. Əhaliyə xəbərdar edilmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başlanıldı. Sovet ordu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində Bakıda dinc əhaliyə amansızlıqla divan tutuldu. Yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü. Ancaq bu müdhiş cinayətə qol çəkənlər məqsədlərinə çatmadılar. Azərbaycan xalqının iradəsini sındıra, yenidən əsarətdə yaşamağa məhkum edə bilmədilər. 20 Yanvar faciəsi totalitar rejimin süqutunu daha da sürətləndirdi. Sovet imperiyası həmişəlik tarixə gömüldü.
Şəhidlər xiyabanına 20 Yanvar şəhidlərini ziyarətə gəlmiş paytaxt sakini Şükufə Zeynalova ilə qeyd etdiyimiz bu tarixi hadisələri birlikdə xatırlayırıq. Müsahibimiz vurğulayır ki, 1990-cı ilin yanvarında Azərbaycan xalqı vətənsevərliyi, mərdliyi, cəsarəti ilə təpədən-dırnağadək silahlanmış imperiya cəlladlarını mənən məğlub etdi.

 

"Uşaqlarımız bilsinlər ki, bizim belə qəhrəmanlarımız  var"

 

Azərbaycanın müstəqilliyinə qovuşmasından artıq on illər ötüb. O dövrün gəncləri yaşa dolub, uşaqları böyüyüb. Ötüb keçən zamanın axarında nəsillər bir-birini əvəz edir. Vətəninin, xalqının müstəqilliyi, azadlığı uğrunda şəhid olanlara ehtiram dəyişməzdir. Xalq öz qəhrəmanlarını sevgi ilə anır.  Təqdirəlayiq bir məqam da odur ki, bu sevgi uşaqlara da aşılanır. Şəhidlər xiyabanında olarkən bunun bir daha şahidi olduq.
20 Yanvar faciəsinin otuz dördüncü ildönümünə qızğın hazırlıq işlərinin aparıldığı bir vaxtda Şəhidlər xiyabanına gələn ziyarətçilərin ardı-arası kəsilmir. Bir çoxu öz övladları, ya da nəvələri ilə gəlir. 
Paytaxt sakini Əntiqə Əliyeva dostları ilə birlikdə şəhidlərin məzarı üstünə qərənfil düzən qızı Aytaca baxa-baxa danışır: "Doğrudur, biz valideynlər, eləcə də müəllimlər tariximizi uşaqlarımıza öyrədirik. Bizi sevindirən onların münasibətidir. Övladlarımız özləri də tariximizi öyrənmək, qəhrəmanlarımızı tanıtmaq istəyirlər". 
Balaca Əli və Töhfə isə anaları ilə gəliblər. Ana söhbətimiz zamanı deyir: "Övladlarımın birinin 8, digərinin 5 yaşı var. Onlara ölkəmizin müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda qurban getmiş şəhidlərimizdən danışıram. Hər il 20 Yanvar faciəsinin ildönümündə onlarla bura gəlirəm. Bu gün də uşaqlarımı gətirmişəm ki, şəhidlərimizi yad etsinlər. Bilsinlər ki, bizim belə qəhrəmanlarımız  var". 
Ziyarətçilər arasında qrup halında gələnlər də diqqəti cəlb edirlər. Bakı şəhərindəki 194 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Şəfəq Rüstəmova şagirdləri arasında idi. Şəfəq Rüstəmova şagirdlərinə 20 Yanvar hadisələri barədə dəfələrlə məlumat verdiyini söyləyir: "Dərslərimizdə xalqımızın azadlığı yolunda qurban getmiş şəhidlərimizdən danışırıq. Bu gün isə bu xiyabanda onlara deyirik ki, biz azad yaşaya biliriksə, şəhidlərimizə borcluyuq. Onlar bizim - öz doğma xalqının övladlarının yolunda canlarından keçiblər".
Ankara liseyinin şagirdləri də Şəhidlər xiyabanına ziyarətə müəllimləri ilə birlikdə gəliblər. Məktəbin müəllimi Səbinə Abdullaqızı bu məqamı xüsusi vurğulayır: "Biz şəhidlərimizlə qürur duyuruq. Onların qəhrəmanlıq dolu real həyat hekayələrini böyük iftixar hissi ilə şagirdlərimizə danışırıq. Uşaqların gözlərində, sözlərində eyni sevgini, fəxarət hissini görüb eşitdikcə daha da qürurlanır, fərəhlənirik".
117 saylı tam orta məktəbin müəllimi Xəyalə Rüstəmova da şagirdləri ilə birlikdə Şəhidlər xiyabanının ziyarətçilərinə qoşulur. Məktəbin 2p sinfinin şagirdləri 20 Yanvar şəhidlərinə həsr olunmuş şeirlər söyləyirlər.
Gələnlərin çoxunun əllərində, ya da çiyinlərində üçrəngli Azərbaycan bayrağı var. Ziyarətçilər 20 Yanvar şəhidlərinin məzarları önünə tər qərənfillər düzürlər...

Zöhrə FƏRƏCOVA,
İlham BABAYEV (foto),
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!