06 İyun 2024 09:40
269
CƏMİYYƏT
A- A+
Şəhidin arzuları yerinə yetirildi

Şəhidin arzuları yerinə yetirildi

 

Yurd həsrəti, nisgili ilə keçdi uşaqlıq illəri. 1990-cı il iyunun 3-də Füzuli rayonunun Musabəyli kəndində dünyaya gələn Vüsal Məmmədov körpə ikən el-obasından didərgin düşdü. O zaman üç yaşı vardı...
Azərbaycan xalqının humanistliyindən istifadə edərək torpaqlarında yaşamaq üçün yer almış, məskən salmış təcavüzkar ermənilər XX əsrin sonlarında yenə öz mənfur xislətlərini göstərdilər. Azərbaycandan yeni ərazilər qoparmaq iddiasına düşdülər. Xarici havadarlarından aldıqları yardımlarla güclənmiş, təpədən-dırnağa qədər silahlanmış erməni quldurları Qarabağı, Şərqi Zəngəzuru müharibə ocağına çevirdilər. Dinc, günahsız insanları öz evlərində, öz yurdlarında şəhid etdilər. 
Qarabağda, Şərqi Zəngəzurda yaşayan bütün azərbaycanlılar kimi, Vüsalgil də dədə-baba yurdlarından baş götürüb çıxmalı oldular. Üç yaşlı uşağın yadında nə qalacaqdı ki... Vüsal Məmmədov üçün dünyaya göz açdığı yurd  - Füzuli rayonunun Musabəyli kəndi sanki bir xəyal idi. Bu xəyal böyüklərin danışdıqları ilə durulub aydınlaşırdı. Bir də anası Xasa Məmmədova ona tez-tez Birinci Qarabağ döyüşləri zamanı şəhid olmuş qardaşından danışırdı. Vüsal dayısı və onun kimi Vətən torpaqları uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinə ehtiramla böyüyürdü. 
İllər keçir, Vüsal Məmmədovun doğma yurdunu görmək istəyi ilə bərabər düşmənə olan nifrəti də artırdı. Vüsal gələcəyin hərbçisi olmaq arzusu ilə yaşayırdı.
O, ailəsi ilə birlikdə uzun illər çadır şəhərciyində yaşadı. Məcburi köçkünlük həyatının çətinlikləri ağır mənəvi yük kimi Vüsalın da qəlbinə çökdü. Sonralar ailəsi ilə yeni salınan Zobucuq qəsəbəsində məskunlaşdı. Vüsal Füzuli rayonu Zobucuq qəsəbə 26 saylı tam orta məktəbini bitirdi.
Vüsal Məmmədov həqiqi hərbi xidmətini Dəniz Donanmasında yerinə yetirdi. Sonra Vətənin keşiyində müddətdən artıq həqiqi hərbi xidmət quluqçusu kimi dayandı. O, 2015-ci ildə hərbi hissə nəzdində təməl xüsusi təyinatlı kursunu bitirdi. Vüsal Məmmədov əvvəl kiçik miçman rütbəsini aldı. 2017-ci ildə isə miçman rütbəsinə yüksəldi. Xidmətini taqımın manqa komandiri, Xüsusi Təyinatlı Qrupun dalğıc-kəşfiyyatçısı olaraq davam etdirdi. Peşəkar, bacarıqlı hərbçi Vüsal Məmmədov 2019-cu ildə Azərbaycan Ordusunun 100 illiyi medalı ilə təltif edildi.
2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda Vətən torpaqlarını işğaldan azad etmək uğrunda döyüşlərə atılmaq istəyən gənclərimizdən biri oldu. O, Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı piyadalarının tərkibində döyüşə qatıldı.
Döyüş yolu müharibənin ilk günü - sentyabrın 27-də Murov dağından başladı. İlk tapşırığı döyüşçü yoldaşları, silahdaşları ilə birlikdə layiqincə yerinə yetirdi. Növbəti tapşırıq Cəbrayıl rayonu istiqamətində oldu...
Ləqəbi Rembo idi. Hərbçi dostları onu belə çağırırdılar. Vüsal Məmmədov döyüşlərdə düşmənə aman vermirdi. O, Cəbrayılın azad edilməsində, eləcə də bir sıra yüksəkliklərin alınmasında şücaət göstərdi. Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlısı Vüsal döyüş meydanlarında düşmənin bağrını yaran qəhrəman Azərbaycanın oğullarından biri idi. 
Vüsal Məmmədovun da tərkibində olduğu qrupun növbəti tapşırığı Füzuli istiqamətində oldu. Həmin döyüşlərdə strateji mövqeyə malik bir çox ərazinin alınmasında iştirak etdi. Vüsal Məmmədov oktyabrın 12-də gərgin döyüşlərdə şəhid oldu. Füzuli rayonunun Babı qəbiristanlığında dəfn edildi.
Onun döyüş yolunu davam etdirən vətənpərvər oğullar Ermənistan silahlı qüvvələrini məğlubiyyətə uğradaraq Vətən torpaqlarını işğaldan azad etdilər. Şəhid Vüsal Məmmədov kimi qəhrəmanlarımızın qisası alındı. Və onların torpaqlarımızı işğaldan azad etmək arzusu yerinə yetdi.
Vüsal Qüdrət oğlu Məmmədov döyüşlərdə göstərdiyi şücaətə görə, ölümündən sonra "Qarabağ ordeni", "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə"  medalları ilə təltif edildi.
Müharibə başlayanda Vüsal yeddi ay idi ki, ailə qurmuşdu. Ata olacaqdı. Oğluna ad da seçmişdi. O, şəhid olduqdan üç ay sonra oğlu dünyaya gəldi. Şəhidin istəyi ilə oğluna Hüseyn adı verildi...

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!