29 Oktyabr 2023 10:10
461
CƏMİYYƏT
A- A+
"Şəhid olsam, ağlamayın"...

"Şəhid olsam, ağlamayın"...

 

Oğul dünyaya gətirəndə analar sevinər, atalar fərəhlənər, qürurlanar… "Oğul düşmən çəpəridir" deyib ulularımız. Hələ qundaqdaykən oğlan uşaqlarının beşiyinin başında dayanıb körpə balasına lay-lay çalanda, dilini oxşayıb "İgid balam, qorxmaz balam, ay lay-lay" deyərdi nənələrimiz. "Qorxaqdan oğul olmaz" deyərdi babalarımız. 
Yəqin ki, Coşqunun valideynləri də ona alqış edəndə "Görüm səni əsgər gedəsən" kəlməsini işlədiblər. 
Coşqunun ürəkləri parçalayan, sinələri dağlayan həyat hekayəsi qısa olsa da, çox şərəflidir. Bir ailənin oğlu kimi doğulub vətənə dirək oldu. Özü yaşamadı, Vətəni yaşadanlardan oldu… 
 Coşqun halal zəhmətlə böyüyən, çalışan bir ailənin oğlu idi. Elə, bəlkə də, kökə bağlılıq, halallıq, dürüstlük, haqq-ədalət ona gendən keçmə, qandan gəlmə olduğu üçün ömrün qısası ilə də kifayətlənməyi bacardı. Az yaşadı, kişi kimi yaşadı. Babası Əvəz həmişə zəhməti, şərəfi, namuslu yaşam tərzi ilə çoxlarına nümunə göstərilən bir insan idi. Coşqun da Vətən sevgisi, qəhrəmanlığı ilə hər kəsə örnək ola bildi. 
Coşqun Məmmədov 9 mart 1994-cü ildə dünyaya gəlmişdi. Gözünü açıb ağlı söz kəsəndən atası, babası ona halal yaşamağı tövsiyə etdilər. Vətən sevgisindən, el qeyrətindən danışdılar. Vətən kişinin şərəfi, torpaq onun namusudur dedilər… Şərəfsiz yaşamaqdansa ölüm yaxşıdır, dedilər. Ölümsüzlüyə gedən yolu göstərdilər Coşquna. Bax beləcə, kiçik bir bədəndə Vətən üçün döyünən böyük bir ruh böyütdülər. 
2000-ci ildə Ucar şəhər 5 nömrəli məktəbə gedən Coşqun Məmmədov 2011-ci ildə həmən məktəbi bitirdi, 2012-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırıldı. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda hərbi xidmət keçən Coşqun Məmmədov əsgərlikdən əsl vətənpərvər gənc kimi qayıtdı. Amma Coşqun Məmmədovun yeganə bir arzusu vardı, hərbçi olub işğalda olan torpaqlarımızın azadlığına nail olmaq… Çox təəssüf ki, Coşqun o dövrdə bu arzusunu həyata keçirə bilmir. Lakin bu da çox keçmir, zaman yetişir, 2020-ci ilin isti yay günlərində xalqın ürəyi qəzəb, intiqam hissi ilə alışıb yananda, ürəklərdə vətən, torpaq təəssübkeşliyi coşub-daşanda Coşqun da evdə sakit dura bilməyib Hərbi Səfərbərlik İdarəsinə üz tutub könüllü olaraq döyüşmək üçün qeydiyyatdan keçir. Lazım gəldiyi an düşmənin başına od ələyənlərdən olmaq istədiyini, Vətən yolunda şərəflə ölümə belə getməyə hər zaman hazır olduğunu deyir.
2020-ci ilin 21 sentyabrında Coşqun Məmmədov hərbi təlimlərə cəlb olunmaq üçün çağırış alanda gözlənilən məqamın yetişdiyini düşünür. Sevinir… Yumruğunu düyünləyib, Qarabağ problemini biz gənclər həll etməliyik, deyir…
Anası Gülbahar xanım o günü belə xatırlayır:
- Həyətdə iş görürdüm. Coşqunun tələsik evə gəldiyini gördüm. Kefi çox yüksək idi. Üzündə sanki güllər açmışdı. Mənə salam verib evə keçdiyini gördüm. İlkini, körpəsini alıb qucağına mahnı oxuyurdu. Vallah, onun belə gözəl səslə oxuya biləcəyini heç ağlıma belə gətirmirdim. Bir qədər dinlədikdən sonra: 
- Ay Coşu, xeyir olsun, üzündə güllər açıb. Nədir səni belə oxudub-oynadan? Nədir səni belə dilləndirən, ay bala, - dedim.
- Ana, gəldi qisas məqamı. Yetişdi intiqam vaxtı. Çağırıblar…Təlimlərə gedirəm. Yəqin ki…
Elə bil bu an dilim ağzımda qurudu. Yer-göy başıma fırlandı. "Sən nə danışırsan? Nə dediyini heç dərk edirsən?" - deyə soruşdum.
- Əlbəttə, ana, dərk edirəm. Nə deyirsən? Qaçım gizlənim, sizi də, özümü də rəzil edim? Bizim görməli olduğumuz işi bu körpəyə saxlayım? Uşaq böyüyəndə, ağlı söz kəsəndə deyim ki, sənin atan bir qorxaqdır? Çağırdılar, qaçıb gizləndi? Yox, ana, belə fürsət ələ düşməz. Gedəcəm, bu vətənə, bu millətə layiqli oğul kimi də döyüşəcəyəm. Əgər şəhid olaramsa, ağlamayın, başınızı dik tutun. Bilin ki, sizin Coşqun namusla, kişi kimi döyüşüb, qəhrəman kimi şəhid olub. Evdən çıxıb döyüşə gedəndə küçə qapısında qəfil geri döndü. Elə bildim evdə nəyi isə unudub. Soruşdum ki, nəyi isə unutmusan?
"Heç nə yadımdan çıxmayıb, bu dəqiqə gəlirəm", - dedi. Oğlu yuxuda idi. Yatmışdı. Qayıdıb 11 aylıq körpəsini sinəsinə sıxdı. Qoxuladı… Uşağın ətrini dəfə-dəfə içinə çəkib, yatağına qoyub: "Elə edəcəm ki, hər zaman başını dik tutacaqsan, atanla fəxr edəcəksən", - dedi.
 Müharibə başlanan ilk gündən Coşqun döyüşlərdə iştirak edirdi. Sonuncu dəfə 13 oktyabrda zəng vurdu. Xocavənd istiqamətində döyüşdüklərini, dağlara qalxdıqlarını dedi. "Oralarda rabitə zəif olur. Məndən nigaran olmayın. Zəng edə bilməsəm, bilin ki, başqa bir şey yoxdur. Sadəcə rabitə kəsilib".
Coşqun evdən çıxan günü İlkinin səsi kəsilmirdi. Uşaq yuxu nə olduğunu bilmirdi, ağlayırdı. Heç nə ilə ovundura bilmirdik. Telefonda Coşqunun səsini qoyurduq, eşidib bir az sakitləşirdi. Hiss edirdi ki, səs atasının səsidir. Amma atasının iyini, nəvazişini hiss etmirdi. Təkrar başlayırdı daha da bərk ağlamağa. Oktyabrın 14-dən İlkin yenə başladı ağlamağa. Nə qədər əlləşdik, vuruşduq, hətta həkimə apardıq, xeyri olmadı. Uşaq ah-nalə qoparırdı. Anlaya bilmirdik, bu nə olan işdir… Sən demə, körpə atasının şəhid olduğunu hamımızdan tez hiss edibmiş…
13 oktyabr Suqovuşan uğrunda gedən döyüşlər Vətən müharibəsinin ilk günündən torpaqlarımızın azad olunması uğrunda savaşa qoşulan Coşqun Məmmədovun son döyüşü oldu. Coşqun canından çox sevdiyi torpağı qucaqlayıb əbədi yuxuya getdi. Səssizlik, qeyri-müəyyənlik bir ailəni göz yaşında boğdu, dərddən üzdü… Anası, atası oğlunun nəşinin tapılması üçün qurban dedilər. Noyabrın 22-də Coşqunun nəşi ailəsinə təhvil verildi…
Coşqun Məmmədovun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar layiqincə qiymətləndirilib. Xalqımızın qəhrəman oğlu ölümündən sonra "Cəsur döyüşçü", "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. 
Qəhrəmanlar ölmürlər. Coşqunlar coşqulu vətən sevgisi ilə illərdir işğal altında əzab çəkən torpaqlarımızı vətən etdilər. Yurda azadlıq, qəlblərə rahatlıq gətirdilər. 

E.QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb  

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!