19 Yanvar 2026 15:03
129
CƏMİYYƏT
A- A+
Sankt-Peterburqda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib  

Sankt-Peterburqda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib  


20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Azərbaycanın Rusiyanın Sankt-Peterburq şəhərindəki Baş konsulluğunda anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Baş konsul vəzifəsini icra edən Anar Yusifzadə tədbirdə çıxış edərək bildirib ki, 1990-cı ilin 20 Yanvar günü Azərbaycan tarixinə azadlığa gedən yolda canlarını qurban verən Vətən övladlarının misilsiz qəhrəmanlıq səhifəsi kimi yazılıb.

O diqqətə çatdırıb ki, keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən təcavüzkar Ermənistanı açıq-aşkar dəstəkləməsinə və respublikanın ozamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun hərbi birləşmələri yeridilib. Nəticədə Bakıda və sonrakı günlərdə digər bölgələrdə misli görünməmiş faciə baş verib, 150-dən çox günahsız insan həlak olub.

Anar Yusifzadə qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev faciənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bəyan edib, baş vermiş hadisəni hüquqa, demokratiyaya və humanizmə zidd adlandırıb, Azərbaycan xalqına qarşı törədilmiş tarixi cinayət kimi qiymətləndirib.

Bildirilib ki, 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi məhz Ulu Öndər Heydər Əliyevin sayəsində həllini tapıb. Onun təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edilib. Yalnız Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 1994-cü il 5 yanvar tarixli “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi tövsiyə edilib. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda isə 20 Yanvar faciəsi Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını və iradəsini qırmaq məqsədilə totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirilib.

Çıxışda qeyd olunub ki, 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib.

Tədbirdə çıxış edən çıxış edən digər natiqlər də 20 Yanvar faciəsinin Azərbaycan xalqına və bütün insanlığa qarşı törədilmiş terror aktı olduğunu bildiriblər.

Anım tədbiri çərçivəsində 20 Yanvar faciəsinə həsr olunmuş fotosərgi təşkil edilib və həmin hadisələrdən bəhs edən sənədli film nümayiş olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb  

16:52
19 Yanvar

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

16:51
19 Yanvar

Qeyri-sabit hava şəraiti yanvarın 21-i gündüzədək davam edəcək - XƏBƏRDARLIQ 

16:49
19 Yanvar

Dövlət Xidmətinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib  

16:48
19 Yanvar

Ekspert: Orta Dəhlizin iriölçülü yüklərin daşınması üçün də etibarlı olduğu sübut edilib  

16:47
19 Yanvar

Viktor Orban: Qələbə tərəfdarlarımızı seçki məntəqələrinə gətirəcəyimizdən asılıdır  

16:45
19 Yanvar

Milyarderlərin sərvəti tarixi maksimuma - 18,3 trilyon dollara çatıb  

16:43
19 Yanvar

Azərbaycanın sülh diplomatiyası və Zayed Mükafatı 

16:40
19 Yanvar

Leyla Əliyeva Əddis-Əbəbədə bir sıra sosial və mədəni obyektlərlə tanış olub  

16:37
19 Yanvar

Prezident İlham Əliyev 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb  

16:34
19 Yanvar

Ötən ilin on bir ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 44 milyard dollara yaxınlaşıb  

16:30
19 Yanvar

Mədəniyyət Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

15:57
19 Yanvar

Cənubi Afrikada məktəbli avtobusu qəzaya uğrayıb: 12 şagird həlak olub  

15:41
19 Yanvar

Beynəlxalq Valyuta Fondu qlobal iqtisadi artım proqnozunu açıqlayıb  

15:33
19 Yanvar

Fərdi sahibkarların sayı 1 milyon 454 mini ötüb  

15:29
19 Yanvar

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 2025-ci ilin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib  

15:26
19 Yanvar

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar prokurorluq əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib  

15:20
19 Yanvar

İqtisadiyyatın neft-qaz sektorunda çalışanların sayı açıqlanıb  

15:19
19 Yanvar

Ötən il Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi açıqlanıb  

15:19
19 Yanvar

Neft məhsullarının istehsal dəyəri 14 faizə yaxın artıb  

15:18
19 Yanvar

Azərbaycan ilə Malayziya arasında fövqəladə hallarla bağlı əlaqələrin genişləndirilməsi müzakirə edilib  

15:17
19 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!