19 Yanvar 2026 15:26
138
CƏMİYYƏT
A- A+
Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 2025-ci ilin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib  

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 2025-ci ilin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib  


Yanvar ayının 19-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhər və digər tabe rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə videoformat rejimində 2025-ci il ərzində cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət mühakimə və cinayət təqibindən kənar icraatlarda insan hüquq və azadlıqlarının müdafiəsi və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Giriş nitqi ilə çıxış edən Baş prokuror, Azərbaycan Prokurorluğunun qanunçuluğun etibarlı təminatçısı kimi cinayətkarlığa qarşı barışmaz mübarizəsinin və qanunun aliliyinin bərqərar olunmasında sarsılmaz mövqeyinin, fəaliyyətinin hərtərəfli təminatı üçün qanunvericilik və maddi-sosial bazanın formalaşdırılmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə aparılan hüquq islahatlarının, görkəmli dövlət xadiminin Prokurorluğa olan xüsusi qayğısı və dəstəyi nəticəsində mümkün olmasını qeyd edib, o cümlədən Naxçıvan Muxtar Respublikasının da hərtərəfli inkişafının Ulu Öndər Heydər Əliyev tərəfindən daim diqqətdə saxlanıldığını xüsusilə vurğulayıb.

Baş prokuror qeyd edib ki, Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin hərtərəfli, o cümlədən iqtisadi-sosial inkişafı, insanların yüksək səviyyədə rifahının təmin edilməsi istiqamətində mühüm islahatlar aparılmış və bu hazırda da davam etdirilməkdədir.

Çıxışda həmçinin qeyd edilib ki, yola saldığımız 2025-ci il eyni zamanda tarixi və əlamətdar hadisələrlə zəngin bir il olub.  2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 28 dekabr 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi  ilə bağlı  suveren ərazilərimizdə  bir sıra tədbirlər keçirilib.

 Baş prokuror 2025-ci ilin avqust ayının 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını xüsusi vurğulayaraq, bu addımın dövlətimizin beynəlxalq siyasi müstəvidə və diplomatiya sahəsində əldə etdiyi uğurlarının kuliminasiya nöqtəsi olduğunu qeyd etdi. 

Daha sonra hesabat məruzəsi ilə çıxış edən Naxçıvan Muxtar Respublikası prokuroru Sənan Paşayev fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etməklə hesabat dövründə Muxtar Respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlərin görüldüyünü qeyd edib. 

Bildirilib ki, 2025-ci il ərzində Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında 31 cinayət işinin ibtidai istintaqı aparılmış və həmin cinayət işlərindən 17-sinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti  məhkəmələrə göndərilib. Hər iki hesabat dövründə Naxçıvan Muxtar Respublikası prokurorluğu orqanları üzrə cinayətlərin açılma faizi 100 % təşkil edib. 

Bundan başqa qeyd olunub ki, 2025-ci ildə Naxçıvan Muxtar Respublikası prokurorluğu orqanlarına daxil olan 647 müraciətə müvafiq qaydada baxılmış, eləcə də Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 296, tabe rayon (şəhər) prokurorluqlarında isə 357 olmaqla, ümumilikdə 653 vətəndaş qəbul edilərək dinlənilmiş, müraciətlərinə müvafiq olaraq izahların verilməsi və onların həlli istiqamətində müvafiq tədbirlərin icrası həyata keçirilmişdir. Bundan əlavə hesabat dövründə Naxçıvan Muxtar Respublikası prokurorluğu orqanları əməkdaşları tərəfindən qanunvericiliyin təbliği ilə bağlı çoxsaylı tədbirlər keçirilmiş, o cümlədən 36 dəfə mətbuatda, 42 dəfə televiziyada çıxışlar edilib. 

 Geniş Kollegiya iclasında görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin icrasına toxunulmaqla əldə olunan uğurlar, habelə xidməti fəaliyyət zamanı yol verilmiş nöqsanlar ətraflı müzakirə edilib. 

Geniş Kollegiya iclasına yekun vuran Kamran Əliyev xidməti fəaliyyətin təkmilləşdirilməsi, hesabat dövründə yol verilmiş nöqsanların aradan qaldırılması ilə bağlı zəruri tapşırıqlar verərək sonda Muxtar Respublikanın Prokurorluq orqanlarının hər bir əməkdaşının gələcək fəaliyyətləri zamanı qanunla üzərlərinə qoyulmuş vəzifələrin icrası istiqamətində öz bilik və bacarıqlarını bütünlüklə səfərbər edəcəklərinə, dövlətimizin və xalqımızın mənafeyi uğurunda xidməti öhdəliklərini layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə edərək, onlara uğur arzu edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən həftə 69 mina və 253 partlamamış hərbi sursat zərərsizləşdirilib  

17:01
19 Yanvar

DSX-nin struktur qurumlarında və hərbi hissələrində Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbirləri keçirilib  

17:00
19 Yanvar

BMTM İtaliyanın Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu tərəfindən dərc edilmiş araşdırmaya münasibət bildirib  

16:55
19 Yanvar

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında birgə tədbirlər planı imzalanıb

16:54
19 Yanvar

Xüsusi ambulator tibb məntəqələrində çalışan tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb  

16:53
19 Yanvar

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb  

16:52
19 Yanvar

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

16:51
19 Yanvar

Qeyri-sabit hava şəraiti yanvarın 21-i gündüzədək davam edəcək - XƏBƏRDARLIQ 

16:49
19 Yanvar

Dövlət Xidmətinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib  

16:48
19 Yanvar

Ekspert: Orta Dəhlizin iriölçülü yüklərin daşınması üçün də etibarlı olduğu sübut edilib  

16:47
19 Yanvar

Viktor Orban: Qələbə tərəfdarlarımızı seçki məntəqələrinə gətirəcəyimizdən asılıdır  

16:45
19 Yanvar

Milyarderlərin sərvəti tarixi maksimuma - 18,3 trilyon dollara çatıb  

16:43
19 Yanvar

Azərbaycanın sülh diplomatiyası və Zayed Mükafatı 

16:40
19 Yanvar

Leyla Əliyeva Əddis-Əbəbədə bir sıra sosial və mədəni obyektlərlə tanış olub  

16:37
19 Yanvar

Prezident İlham Əliyev 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb  

16:34
19 Yanvar

Ötən ilin on bir ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 44 milyard dollara yaxınlaşıb  

16:30
19 Yanvar

Mədəniyyət Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

15:57
19 Yanvar

Cənubi Afrikada məktəbli avtobusu qəzaya uğrayıb: 12 şagird həlak olub  

15:41
19 Yanvar

Beynəlxalq Valyuta Fondu qlobal iqtisadi artım proqnozunu açıqlayıb  

15:33
19 Yanvar

Fərdi sahibkarların sayı 1 milyon 454 mini ötüb  

15:29
19 Yanvar

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 2025-ci ilin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib  

15:26
19 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!