23 İyun 2026 11:23
164
CƏMİYYƏT
A- A+
Şahmar Mövsümov: Qlobal bazarlarda artan rəqabət kənd təsərrüfatına yanaşmanı dəyişir  

Şahmar Mövsümov: Qlobal bazarlarda artan rəqabət kənd təsərrüfatına yanaşmanı dəyişir  


Bu gün dünyada ərzaq təhlükəsizliyi, iqlim dəyişiklikləri, su ehtiyatlarının məhdudluğu və qlobal bazarlarda artan rəqabət kənd təsərrüfatına yanaşmanı dəyişir. Belə şəraitdə uğur yalnız istehsalın həcmi ilə deyil, məhsuldarlıq, səmərəlilik, texnologiya və əlavə dəyər yaratmaq bacarığı ilə ölçülür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Qax rayonunda keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirədə çıxışı zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

“Bu baxımdan Dövlət Proqramının əsas məqsədi kənd təsərrüfatında məhsuldarlığın, gəlirliliyin və rəqabət qabiliyyətinin artırılması, emal imkanlarının genişləndirilməsi, ixrac potensialının gücləndirilməsi və aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsidir. Bu mərhələdə əsas məqsəd mövcud torpaq və su ehtiyatlarından daha səmərəli istifadə etməklə hər hektardan daha çox məhsul əldə etmək, hər təsərrüfatın gəlirliliyini artırmaq, istehsal olunan məhsulun daha böyük hissəsini emal etmək və daha yüksək əlavə dəyər yaratmaqdır. Bugünkü regional müşavirənin əsas məqsədi Dövlət Proqramında nəzərdə tutulan hədəf və vəzifələri birgə müzakirə etmək, fermerlərin və sahibkarların rəy və təkliflərini dinləmək, yerlərdə mövcud vəziyyəti qiymətləndirmək və proqramın icrası ilə bağlı qarşıda duran vəzifələri dəqiqləşdirməkdir. Əminik ki, bugünkü müzakirələr Dövlət Proqramının daha səmərəli icrasına, qarşıda duran vəzifələrin düzgün müəyyənləşdirilməsinə və aqrar sahədə daha yüksək nəticələrin əldə olunmasına mühüm töhfə verəcəkdir”, - deyə Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir müavini: İntensiv bağların genişləndirilməsinə görə fermerlərə ilkin investisiya dəstəyinin göstərilməsi nəzərdə tutulur  

12:37
23 İyun

Azərbaycanda damazlıq heyvan subsidiyasının və heyvandarlıqda məhsul subsidiyasının tətbiqi nəzərdə tutulur  

12:36
23 İyun

Xidmət sədri: Mil-Muğan ölkənin əsas pambıqçılıq regionlarından biridir

12:35
23 İyun

Litva hökuməti istefa verib

12:30
23 İyun

Bakıda İslam mədəni irsinin və dini təsisatların mühafizəsi, islamofobiya ilə mübarizə məsələləri müzakirə olunub  

12:28
23 İyun

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

12:27
23 İyun

Mariela Modeva: Bolqarıstan ilə dost Azərbaycan arasında turist axınını artacağına ümid edirik

12:26
23 İyun

Bakıda AQEM ölkələrinin dairəvi yaşıl turizm imkanları müzakirə edilir-YENİLƏNİB

12:25
23 İyun

Azərbaycanda pambıq istehsalı üzrə orta məhsuldarlığın 50 sentnerə çatdırılması əsas hədəflərdəndir  

12:23
23 İyun

GUAM-a üzv ölkələr korrupsiya və çirkli pulların yuyulması istiqamətində səyləri artıracaq

12:22
23 İyun

Alüminium qiymətləri 3 ayın minimumuna enib

12:21
23 İyun

Natiq Əmirov: Aqrar sahədə əldə olunan nailiyyətlərlə yanaşı, son illərdə müşahidə edilən durğunluq yeni yanaşmaların tətbiqini zəruri edib  

12:20
23 İyun

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib  

12:19
23 İyun

Tehran və Vaşinqton arasında yüksəksəviyyəli danışıqların növbəti mərhələsi hazırlanıb  

12:16
23 İyun

Ali Məclisin komitə iclasında iki qanun layihəsi müzakirəyə çıxarılıb

12:15
23 İyun

Zaur Əliyev: Rəqəmsallaşma fermer üçün də, dövlət üçün də vacib alətə çevrilir

12:07
23 İyun

Ötən gün 57 cinayətin açılması təmin olunub

12:04
23 İyun

Nazir müavini: Subsidiya qaydalarına və kənd təsərrüfatı texnikalarına güzəştlərin tətbiqi ilə bağlı mexanizmlərə dəyişikliklər edilməsi nəzərdə tutulur  

12:03
23 İyun

Bu ilin beş ayında sanatoriya-kurort müəssisələrinə verilən yollayışların sayı açıqlanıb 

12:02
23 İyun

Azərbaycan və Türkmənistan prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər

11:46
23 İyun

Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

11:42
23 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!