16 Noyabr 2026 12:16
135
İQTİSADİYYAT
A- A+
Sahil Babayev: Azərbaycan ÜDM-dən artıq valyuta ehtiyatlarına malik olan azsaylı ölkələrdəndir  

Sahil Babayev: Azərbaycan ÜDM-dən artıq valyuta ehtiyatlarına malik olan azsaylı ölkələrdəndir  


Cari ilin 1 oktyabr tarixinə ölkənin məcmu valyuta ehtiyatları 89,4 milyard dollar təşkil edib, xarici dövlət borcunu təqribən 20 dəfə üstələyib, proqnozlaşdırılan illik ÜDM-in isə 110 faizinə bərabər olub.

AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan ÜDM-dən artıq valyuta ehtiyatlarına malik olan azsaylı ölkələrdəndir.

“Belə yüksək ehtiyat səviyyəsi makroiqtisadi sabitliyin, milli valyutanın dayanıqlılığının və xarici öhdəliklərin mühüm təminatıdır. 2027-ci il üçün Azərbaycanda ümumi daxili məhsulun real ifadədə 2,7 faiz artımla 141 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. İqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində, ÜDM-in 77,4 faizi və yaxud 109,1 milyard manatı qeyri-neft sektorunun payına düşəcək. Bu isə 2026-cı illə müqayisədə nominal ifadədə 9,1 milyard manat, real ifadədə 4,4 faiz çoxdur. Monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi nəticəsində növbəti ildə də manatın məzənnəsi sabit saxlanılmaqla 1,7 manat, illik inflyasiya isə 5,3 faiz proqnozlaşdırılıb. 2027-ci il üçün “Azəri light” markalı xam neftin bir barelinin dünya bazarlarındakı satış qiyməti orta hesabla 65 dollar səviyyəsində proqnozlaşdırılıb. Beynəlxalq maliyyə bazarlarındakı dalğalanmalar nəzərə alınmaqla, neftin qiymətinin müəyyən olunmasında mühafizəkar yanaşma əsas götürülüb”, - deyə S.Babayev bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sabah" - "Barselona" oyununa satılmış biletlərin sayı açıqlanıb

13:01
16 Noyabr

2018-ci ildən bəri aktiv vergi ödəyicilərinin sayı 2 dəfə artıb

12:58
16 Noyabr

Neftin qiyməti hələ ki, yüksək səviyyədə qalmaqda davam edir  

12:53
16 Noyabr

İqtisadiyyat naziri: Dövlət şirkətləri büdcə üçün gəlir mənbəyinə çevrilir  

12:49
16 Noyabr

Nazir: Növbəti ildə bütün rayonlar öz gəlirləri hesabına xərclərini tam qarşılayacaq  

12:41
16 Noyabr

Mikayıl Cabbarov: Azərbaycan şirkətləri beynəlxalq bazarlara çıxır, gəlir bazası şaxələnir  

12:38
16 Noyabr

Gələn il işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma işlərinin maliyyə təminatı tam təmin olunacaq  

12:34
16 Noyabr

2027-ci il dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorunun payı 60,6 faiz olacaq  

12:29
16 Noyabr

Bu ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizləri ilə 32 milyon tonadək yük daşınıb  

12:23
16 Noyabr

Sahil Babayev: Azərbaycan ÜDM-dən artıq valyuta ehtiyatlarına malik olan azsaylı ölkələrdəndir  

12:16
16 Noyabr

Sahil Babayev: 2027-ci ilin dövlət büdcəsi ölkənin inkişaf prioritetləri nəzərə alınmaqla hazırlanıb  

12:11
16 Noyabr

Gəncədə media nümayəndələri ilə görüş keçirilib  

12:07
16 Noyabr

Rusiya Müdafiə Nazirliyi gecə saatlarında 1336 dronun məhv edildiyini bildirib  

12:01
16 Noyabr

Sahibə Qafarova: Əhalinin gəlirlərinin artırılması üçün tədbirlər görülür  

11:59
16 Noyabr

Autoimmun xəstəlikləri olan qadınlara daha çox yalnış diaqnoz qoyulur – Səbəbləri  

11:53
16 Noyabr

Azad edilmiş ərazilərdə daha 1459,5 hektar sahə minalardan təmizlənib

11:42
16 Noyabr

Milli Məclisdə 2027-cı ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanılıb

11:28
16 Noyabr

Diş itkisi demensiyadan xəbər verə bilər

11:05
16 Noyabr

Həftəsonu ölkə ərazisində 59 cinayətin açılması təmin olunub

11:02
16 Noyabr

Ombudsman beynəlxalq ictimaiyyəti Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə dəstəyi gücləndirməyə çağırıb  

11:00
16 Noyabr

Şahdağda qar örtüyünün hündürlüyü 20 santimetrdir - FAKTİKİ HAVA

10:53
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!