21 Avqust 2026 16:22
251
İQTİSADİYYAT
A- A+
Sahibkarlar yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar

Sahibkarlar yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar


İqtisadiyyat nazirinin müavini Azər Bayramov Masallı şəhərində Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirib.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi siyasətə uyğun olaraq sahibkarların investisiya və istehsal fəaliyyətinin təşviqi, regionlarda iqtisadi aktivliyin artırılması məqsədilə dövlət dəstəyi tədbirlərinin əhatə dairəsinin genişləndirildiyi və yeni mexanizmlər tətbiq olunduğu vurğulanıb. Sahibkarlar yaradılmış əlverişli biznes mühitindən fəal yararlanmağa, yeni təşəbbüslərini reallaşdırmağa dəvət ediliblər.

Qeyd olunub ki, Lənkəran-Astara iqtisadi rayonunun mövcud iqtisadi potensialından daha səmərəli istifadə edilməsi, xüsusilə sənaye sahələrinin inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsullarının emalı və sənaye istehsalının genişləndirilməsi, əlavə dəyər yaradan və ixracyönümlü istehsal sahələrinin yaradılması regionun iqtisadi inkişafına mühüm töhfə verə bilər.

Görüş çərçivəsində biznesə yeni dövlət dəstəyi mexanizmlərinin tətbiqi və genişləndirilməsi, həmçinin sənaye və investisiya layihələrinin təşviqi imkanları ilə bağlı təqdimat keçirilib.

Bildirilib ki, ixracda daşıma xərclərinin kompensasiyası üzrə: Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixracı zamanı çəkilən daşıma xərclərinin 70 faizədək hissəsi dövlət tərəfindən qarşılanacaq. Sahibkarlara ödəniləcək dəstəyin məbləği ixracda istifadə olunacaq nəqliyyatın növünə görə nəqliyyat xərci və gömrük dəyəri əsasında müəyyən ediləcək. Yeni mexanizm bu il sentyabrın 1-dən etibarən 10 il müddətində tətbiq ediləcək və yerli məhsulların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasına, logistika xərclərinin azaldılmasına, ixrac coğrafiyasının genişləndirilməsinə xidmət edəcək.

Gömrük rəsmiləşdirmə xərcləri kompensasiyası üzrə: Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracının genişlənməsi məqsədilə gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsi dövlət tərəfindən qarşılanacaq. Dəstəkdən mikro, kiçik və orta sahibkarlıq subyektləri olan ixracatçılar yararlana biləcəklər. Bu ilin sentyabrın 1-dən tətbiq olunacaq mexanizm 5 il müddətində qüvvədə olacaq.

Kreditlərə təminat və faiz subsidiyası mexanizminin təkmilləşdirilməsi üzrə: Sahibkarların maliyyələşmə imkanlarını artırmaq, xüsusilə investisiya layihələrinin həyata keçirilməsi prosesini asanlaşdırmaq məqsədilə kredit zəmanəti və faiz subsidiyası mexanizmi vahid yanaşma əsasında daha çevik və operativ şəkildə tətbiq olunacaq. Bu mexanizmə əsasən, sahibkarlara kredit faizlərinin 50 faizi həcmində subsidiya verilir. Subsidiya Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, Azərbaycan Respublikasının digər ərazilərində tətbiq edilir.

Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə verilən kreditlərin əsas borcunun 90 faizədək, digər regionlarda isə (Bakı və Abşeron istisna olmaqla) 50 faizədək hissəsinə dövlət zəmanəti təqdim olunacaq. Yeni dəstək mexanizmi regionlarda investisiya fəallığının artmasına, sahibkarların maliyyə yükünün azalmasına və qeyri-neft-qaz sektorunun inkişafına əlavə stimul verəcək.

Sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulması mexanizmi üzrə: 2027-2030-cu illərdə tətbiq olunacaq mexanizmə əsasən, yeni sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulması zamanı sahibkarın ödədiyi qoşulma haqqının 50 faizi dövlət tərəfindən qarşılanacaq.

Strateji investisiya layihələrinin sürətləndirilmiş qaydada icrası üzrə: Strateji investisiya layihələrinin daha operativ reallaşdırılması və qurumlararası əlaqələndirmənin gücləndirilməsi məqsədilə yaradılmış komissiya tərəfindən iri layihələrin vahid pəncərə prinsipi ilə sürətləndirilmiş qaydada icrası təmin ediləcək. Yeni yanaşmanın layihələrin icra müddətini təxminən 30-40 faiz qısaltması gözlənilir.

Bu mexanizmlərin sahibkarların maliyyə yükünün azaldılması, yeni investisiyaların təşviqi, istehsalın genişləndirilməsi, ixracın stimullaşdırılması və regionlarda iqtisadi fəallığın artırılmasına mühüm imkanlar yaratdığı vurğulanıb.

Görüşdə Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarların təklif və təşəbbüsləri dinlənilib, onları maraqlandıran məsələlərə dair suallar cavablandırılıb.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov yeni dövlət dəstəyi mexanizmlərinin və sahibkarlarla keçirilən bu cür görüşlərin regionda biznes fəallığının artırılması baxımından mühüm rol oynadığını qeyd edib.

Səfər çərçivəsində Masallı Sənaye Məhəlləsində rezidentlərlə də görüş keçirilib, sahibkarların həyata keçirdikləri layihələrlə tanışlıq olub, onları maraqlandıran məsələlər müzakirə edilib.

Qeyd edək ki, Masallı Sənaye Məhəlləsi regionda sənaye və sahibkarlıq fəaliyyətinin inkişafının, yeni istehsal sahələrinin yaradılmasının və məşğulluğun artırılmasının dəstəklənməsi məqsədilə yaradılıb. On hektar sahəni əhatə edən Sənaye Məhəlləsi əlavə dəyər yaradan istehsalın genişləndirilməsi və Lənkəran-Astara iqtisadi rayonunun sənaye potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. 2018-ci ildən fəaliyyət göstərən sənaye məhəlləsində sahibkarların fəaliyyəti üçün zəruri infrastruktur imkanları yaradılıb, müxtəlif istehsal və emal layihələri həyata keçirilir. Burada plastik tara, mebel, tikinti materialları və digər məhsullar istehsal olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı ilə Daşkənd arasında formalaşan münasibətlər ikitərəfli əməkdaşlıqdan daha geniş məna daşıyır 

18:58
21 Avqust

Xocavənddə mina partlayıb, 1 nəfər yaralanıb

18:44
21 Avqust

Azərbaycan-Özbəkistan müttəfiqliyi davamlı tərəqqinin ən etibarlı təminatçısıdır

18:39
21 Avqust

“AzInTelecom” MMC kibertəhlükəsizlik sahəsində beynəlxalq nüfuza malik "FIRST" təşkilatına üzv qəbul edilib

18:36
21 Avqust

Azərbaycan–Özbəkistan əlaqələri yeni regional düzənin formalaşmasına xidmət edir

18:20
21 Avqust

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyib

18:17
21 Avqust

TRIPP Naxçıvanın iqtisadi xəritəsini necə dəyişəcək?

18:15
21 Avqust

Kənd təsərrüfatı naziri Qobustanda vətəndaşların müraciətlərini dinləyəcək

18:13
21 Avqust

Qırğızıstan Ali Məhkəməsinin sədr müavini: Azərbaycan təcrübəsini ölkəmizdə reallaşdıracağıq 

18:11
21 Avqust

Prezidentin UzA-ya müsahibəsi: Özbəkistanla əlaqələrə dair strateji mesajlar

17:40
21 Avqust

Davam edən mina terroru: Beynəlxalq ictimaiyyət fəlakətin miqyasına biganə qalmamalıdır

17:38
21 Avqust

Dayaz Dunaydan motosiklet və iki alman əsgərinin qalıqları tapılıb

17:27
21 Avqust

Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq genişlənir

17:23
21 Avqust

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazanıb

17:17
21 Avqust

Deputat: Yeni güzəşt mexanizmi qeyri-neft-qaz ixracının artmasına imkan verəcək 

17:15
21 Avqust

Süni intellekt və təhsilin rəqəmsal transformasiyası

17:13
21 Avqust

Gürcüstanın dəniz limanları ikinci rübdə 4700 sərnişinə xidmət göstərib

17:11
21 Avqust

Azərbaycan terrorun acı nəticələri ilə üzləşmiş ölkədir

17:05
21 Avqust

Der SPİEGEL: “Berlin "Rus Evi"nə qarşı sanksiyalar tətbiq etməyi müzakirə edir”

16:43
21 Avqust

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş poçt markası təqdim edilib

16:40
21 Avqust

Zaur Qardaşov: TRIPP Azərbaycan sahibkarları üçün yeni biznes modeli təklif edir

16:36
21 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!