21 Avqust 2026 12:11
342
İQTİSADİYYAT
A- A+
Mərkəzi Bank xarici investisiya platformaları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib - AÇIQLAMA

Mərkəzi Bank xarici investisiya platformaları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib - AÇIQLAMA

Mərkəzi Bank (AMB) tərəfindən aparılan monitorinqlər zamanı bəzi xarici investisiya platformalarının Azərbaycan Respublikasında müxtəlif vasitələrlə təşviq edildiyi və ölkə rezidentlərinin bu platformalara cəlb olunduğu müəyyən edilib.

AMB-dən AZƏRTAC-a bildirilib ki, sözügedən platformaların xidmətləri internet resursları, sosial media, təlim proqramları, seminarlar və digər marketinq vasitələri ilə təqdim və təşviq olunur.

“Xarici ölkələrin tənzimləyici qurumları tərəfindən verilmiş lisenziyanın mövcudluğu həmin platformaya Azərbaycan Respublikasının ərazisində investisiya xidmətləri göstərmək və ya bu xidmətləri təşviq etmək hüququ vermir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ölkə ərazisində investisiya xidmətlərinin göstərilməsi yalnız Mərkəzi Bank tərəfindən verilmiş müvafiq lisenziya əsasında mümkündür. İstənilən investisiya xidmətindən istifadə etməzdən əvvəl xidmət təminatçısının Azərbaycan Respublikasında fəaliyyət göstərmək üçün müvafiq lisenziyasının olub-olmadığını yoxlamaq vacibdir.

İnvestor hüquqlarının qanunvericiliklə nəzərdə tutulmuş qaydada qorunması məqsədilə Mərkəzi Bank vətəndaşlara investisiyalarını yalnız AMB tərəfindən verilmiş investisiya şirkəti lisenziyasına malik olan şəxslərə etibar etməyi tövsiyə edir. Mərkəzi Bank tərəfindən lisenziyalaşdırılmış investisiya şirkətlərinin siyahısı Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilib”, - deyə AMB-nin məlumatında qeyd olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı ilə Daşkənd arasında formalaşan münasibətlər ikitərəfli əməkdaşlıqdan daha geniş məna daşıyır 

18:58
21 Avqust

Xocavənddə mina partlayıb, 1 nəfər yaralanıb

18:44
21 Avqust

Azərbaycan-Özbəkistan müttəfiqliyi davamlı tərəqqinin ən etibarlı təminatçısıdır

18:39
21 Avqust

“AzInTelecom” MMC kibertəhlükəsizlik sahəsində beynəlxalq nüfuza malik "FIRST" təşkilatına üzv qəbul edilib

18:36
21 Avqust

Azərbaycan–Özbəkistan əlaqələri yeni regional düzənin formalaşmasına xidmət edir

18:20
21 Avqust

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyib

18:17
21 Avqust

TRIPP Naxçıvanın iqtisadi xəritəsini necə dəyişəcək?

18:15
21 Avqust

Kənd təsərrüfatı naziri Qobustanda vətəndaşların müraciətlərini dinləyəcək

18:13
21 Avqust

Qırğızıstan Ali Məhkəməsinin sədr müavini: Azərbaycan təcrübəsini ölkəmizdə reallaşdıracağıq 

18:11
21 Avqust

Prezidentin UzA-ya müsahibəsi: Özbəkistanla əlaqələrə dair strateji mesajlar

17:40
21 Avqust

Davam edən mina terroru: Beynəlxalq ictimaiyyət fəlakətin miqyasına biganə qalmamalıdır

17:38
21 Avqust

Dayaz Dunaydan motosiklet və iki alman əsgərinin qalıqları tapılıb

17:27
21 Avqust

Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq genişlənir

17:23
21 Avqust

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazanıb

17:17
21 Avqust

Deputat: Yeni güzəşt mexanizmi qeyri-neft-qaz ixracının artmasına imkan verəcək 

17:15
21 Avqust

Süni intellekt və təhsilin rəqəmsal transformasiyası

17:13
21 Avqust

Gürcüstanın dəniz limanları ikinci rübdə 4700 sərnişinə xidmət göstərib

17:11
21 Avqust

Azərbaycan terrorun acı nəticələri ilə üzləşmiş ölkədir

17:05
21 Avqust

Der SPİEGEL: “Berlin "Rus Evi"nə qarşı sanksiyalar tətbiq etməyi müzakirə edir”

16:43
21 Avqust

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş poçt markası təqdim edilib

16:40
21 Avqust

Zaur Qardaşov: TRIPP Azərbaycan sahibkarları üçün yeni biznes modeli təklif edir

16:36
21 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!